Qaralı — Azərbaycan Respublikasının Sabirabad rayonunun Surra kənd inzibati ərazi dairəsində kənd. Qaralı oyk., sadə. Kürün sahilində, Şirvan düzündədir. Ehtimal olunur ki, yaşayış məntəqəsini Qəzvin mahalından köçüb gələnlər salmışlar. Kənd XIX əsrdə Birinci Qaralı Qəzvinli adlanırdı. Xalq arasında Qaralu kimi də işlənir. Oykonim “Qaralı nəslinə mənsub yaşayış yeri” mənasındadır.Azərbaycan toponimləri.Ensiklopedik lüğət.2000-ci il

İstinadlar

Kateqoriya:Sabirabad rayonunun kəndləri