Zəhmətabad (əvvəlki adı: Novomixaylovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Zəhmətabad kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Bağbanlar kənd Sovetindəki Novomixaylovka kəndi Zəhmətabad kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Biləsuvar rayonunun Zəhmətəbad kəndi Bağbanlar kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Zəhmətabad kənd Soveti yaradılmışdır.
Toponimikası Kənd XIX əsrin ortalarında Rusiyanın mərkəzi quberniyalarından köçürülmüş rus ailələrinin məskunlaşması nəticəsində yaranmışdır. Kənd əvvəllər rusların köçüb gəldiyi yerin adı ilə Abazovka, sonralar Novomixaylovskoye və nəhayət Novomixaylovka adlanırdı. 1991-ci ildən indiki adla adlandırılmışdır. Oykonim rəmzi məna daşıyır.
Tarixi
Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi Kənd Muğan düzündə yerləşir. Bəydili, Əliabad, Bağbanlar kəndləri və Biləsuvar şəhəri ilə sərhəddir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19992800139114092009↗3374↗1719↗1655
İqtisadiyyatı Kənddə 748 təsərüffat var.
Mədəniyyəti Kənddə Zəhmətabad kənd kitabxana filialı və Zəhmətabad Poçt Agentliyi (AZ1392) fəaliyyət göstərir.
Təhsil Kənddə Zəhmətabad kənd tam orta məktəbi və Zəhmətabad kənd ümumi orta məktəbi fəaliyyət göstərir.
Bundan başqa kənddə Zəhmətabad kənd uşaq bağçası fəaliyyətdədir.
Din Kənddə 1991-ci ildə inşa edilmiş Zəhmətabad kənd məscidi yerləşir.
Səhiyyə Kənddə Zəhmətabad kənd həkim məntəqəsi yerləşir.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Biləsuvar rayonunun kəndləri Kateqoriya:Zəhmətabad (Biləsuvar) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri