Divağac — Azərbaycan Respublikasının Lerik rayonunun Qosmalıan kənd inzibati ərazi dairəsində kənd.Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.

Əhalisi Əhalisi 123 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.

Toponimiyası Kəndin əsl adı Divağaşdır. Bir sıra yerlərdə və ensiklopedik lüğətlərdə "Dibağac" kimi göstərilsə də bu kənddə yaşayan sakinlər bunun düzgün olmadığını bildirirlər. Kəndin yaşlı sakinləri bildirirlər ki, kəndin adı bu kəndin ilk sakini olan "Div Ağammədin" adı ilə bağlıdır. Div Ağaş, yəni, Div Ağammədin adı ilə bu kənd Divağaş adlandırılmışdır. Digər mənbələrdə isə kəndin adi "Dibağac" kimi gostərilmişdir. Oykonim dib (ətək, dağın Aşağı hissəsi) və ağac (meşə, ağaclıq) komponentlərindən düzəlib, "dağ ətəyində meşə" deməkdir.”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 236.

İstinadlar

Kateqoriya:Lerik rayonunun kəndləri