İdris Fərhad oğlu Ağalarov () — Azərbaycan opera müğənnisi (lirik bariton), Azərbaycan SSR xalq artisti (1958).
Həyatı Bariton səsə malik İdris Fərhad bəy oğlu 20 oktyabr 1917-ci ildə Tiflisdə anadan olmuşdur. 1939-cu ildə Bakı Musiqi Texnikumunu bitirmişdir. 1937-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuşdur. 1943-cü ildə konservatoriyanı (S. K. Qolskayanın sinfi) bitirmişdir. Şahvələd (Qlier, "Şahsənəm"). Yavər (C. Cahangirov, "Azad") və başqa operalarda oxumuşdur.
İdris Ağalarov 4 may 1975-ci ildə Bakıda vəfat edib.
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 17 iyun 1943 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 26 aprel 1958
İstinadlar
Kateqoriya:Azərbaycan müğənniləri Kateqoriya:Opera ifaçıları Kateqoriya:Azərbaycanın opera müğənniləri Kateqoriya:Ağalarovlar Kateqoriya:SSRİ-nin opera müğənniləri