David () — 1501–1504-cü illərdə italyan rəssam, heykəltaraş və memarı Mikelancelo Buonarotti tərəfindən yaradılmış İntibah dövrünün şah əsərlərindən biridir. Ağ mərmərdən hazırlanmış heykəl 5.17 metr (17.0 ft)Əksər mənbələr "David" heykəlinin hündürlüyünü düz göstərmir və bu yanlışlıq incəsənət tarixi ilə bağlı bir çox ədəbiyyatlarda özünə yer tapıb. Heykəlin dəqiq ölçüləri yalnız 1998–1999-cu illərdə Stanford Universitetindən bir qrup elm adamının heykəli tədqiq edərək 3D şəkillərini çəkməsindən sonra müəyyənləşdirilmiş, heykəlin o vaxta qədər bütün ədəbiyyatlarda qeyd ediləndən daha hündür olduğu qeyd edilmişdi. Bax və hündürlüyündə çılpaq kişinin təsviridir. Əsərdə Florensiya incəsənətinin sevilən mövzularından biri olanNümunə üçün, Donatellonun iki versiyada işlədiyi David; Verrokkionun tunc Davidi; Domeniko Qirlandayonun "David" rəsm əsəri; və Bartolomeo Bellanonun tunc Davidi, Bibliya qəhrəmanı David təsvir edilmişdir. Əslində Florensiya kafedralının damının şərq küncündə yerləşdirilməsi nəzərdə tutulan heykəl, Florensiya şəhər hökumətinin yerləşdiyi Palazzo-Vekkyonun qarşısında ucaldılmış, 8 sentyabr 1504-cü ildə açılışı olmuşdur.
Təsvir edilən qəhrəmanın xarakterindən irəli gələrək, əsərdə, bütün tərəflərdən rəqib dövlətlərlə əhatələnmiş və Mediçilərin hegemoniyası təhlüksəinə məruz qalan müstəqil şəhər dövlət olan Florensiya Respublikasında formalaşdırılmış vətəndaş hüquqlarının müdafiəçisi obrazı simvolizə edilmişdir. Davidin qəzəbli şəkildə bərəlmiş gözləri Romaya doğru istiqamətlənmişdir.Bu fikir ilk dəfə Saul Levine "The Location of Michelangelo's David: The Meeting of January 25, 1504, The Art Bulletin 56 (1974): 31–49 mənbəsində nəşr edilmişdir. Həmçinin bax: J. Huston McCulloch, David: A New Perspective , (2007) accessed 15–06–2013 1873-cü ildə heykəl yerindən götürülərək Florensiyadakı Təsviri Sənətlər Akademiyasına yerləşdirilmiş və yerinə sonradan düzəldilmiş bir nüsxəsi qoyulmuşdur.
Tarixi
Erkən çətinliklər thumb|150px|left|Leonardo da Vinçi, Mikelancelonun "David"i üzərində çalışmalar (studio del David di Michelangelo), Kral Kolleksiyası, Vindzor sarayı Heykəlin tarixi 1501–1504-cü illərdə Mikelancelonun onu hazırlamasından əvvəl başlanır.Davidin mənşəyi Seymour tərəfindən 1967-ci ildə nəşr etdirilmiş tədqiqatda müzakirə edilmişdir. Mikelancelonun bu işə cəlb edilməsindən əvvəl, əksəri Florensiyanın məşhur ipək gildiyası Arte della Lananın üzvlərindən ibarət olan, Florensiya kafedralının ofis işləri üzrə müfəttişləri "Santa Maria Del Fiore" kafedralı üçün Əhdi-Ətiq qəhrəmanlarının 12 iri heykəlini sifariş etmək istəyirdilər.Charles Seymour, Jr. "Homo Magnus et Albus: the Quattrocento Background for Michelangelo's David of 1501–04," Stil und Überlieferung in der Kunst des Abendlandes, Berlin, 1967, II, 96–105. Həmin heykəllərdən biri 1410-cu ildə Donatello tərəfindən hazırlanmış Yeşuanın heykəli olur, növbəti heykəl florensiyalı heykəltaraş Aqostino di Duçço tərəfindən 1463-cü ildə hazırlanmış Herkules heykəli olur. Tədqiqatçılar qeyd edirlər ki, Aqostino, bu heykəli Donatellonun nəzarəti altında işləmişdir.Seymour, 100–101. Layihəni davam etdirmək niyyətində olan müfəttişlər, 1464-cü ildə Aqostinoya Davidin heykəlini işləməyi sifariş edirlər. Heykəl üçün nəzərdə tutulmuş mərmər blok Şimali Toskaniya ərazisində, Apuan Alp dağları ərazisində yerləşən Karrara şəhərindən gətirilir. Aqostino daşda ayaq yerlərini və bədən quruluşunu müəyyənləşdirmiş, daşın bəzi kubud çıxıntılarını qoparmış və gələcək iki ayaq arasında kiçik bir deşik açmışdır. Lakin, 1466-cı ildə Donatellonun ölümündən sonra, naməlum səbəbə görə Aqostino layihənin icrasından uzaqlaşdırılmışdır. On il sonra Antonio Rosselinoya eyni daş üzərində Aqostinonun qaldığı yerdən işə davam etmək tapşırılır.
Qısa müddət sonra Rosselino da Davidin heykəlinin hazırlanması işindən uzaqlaşdırılır və nəhəng mərmər bloku iyirmi beş il ərzində işlənməmiş vəziyyətdə kafedralın işlər həyətində saxlanılır. Bu cür nəhəng mərmər parçası təkcə öz yüksək qiyməti ilə deyil, həmçinin Florensiyaya gətirilməsinin çətinliyi ilə də diqqəti cəlb edirdi. Kafedralın, 1500-cü ilə aid işlər sənədində həmin daş "David adlandırılan məlum mərmər fiqur üçün nəzərdə tutulmuş daş kobud şəkildə həyətə tullanmışdır"Giovanni Gaye, Carteggio inedito d'artisti del sec. XIV, XV, XVI, Florence: 1839–40, 2: 454 and Charles Seymour, Michelangelo's David: A Search for Identity, Pittsburgh: Pittsburgh University Press, 1967, 134–137, doc. 34. deyə qeyd edilir. Bir il sonra müfəttişlər bu nəhəng mərmər parçasından tamamlanmış sənət əsəri düzəltməyi öhdəsinə götürəcək sənətkar axtardıqlarını elan edirlər. Onlar "Nəhəng" adlandırdıqları bu mərmər blokunu "ayağa qaldırmaq üçün" bu işdə təcrübəsi və səriştəsi olan birini axtarırdılar. Leonardo da Vinçi də daxil olmaqla, bir neçə artıq özünü təsdiq etmiş sənətkarın bu işi öhdəsinə götürməsi məsələsi müzakirə edilsə də, sonda iş, müfəttişləri işin öhdəsindən gələ biləcəyinə inandırmış iyirmi altı yaşlı Mikelanceloya həvalə edilir. 16 avqust 1501-ci ildə Mikelancelo ilə yeni işi ilə bağlı müqavilə imzalanır.Gaetano Milanesi, Le lettere di Michelangelo Buonarroti pubblicati coi ricordi ed i contratti artistici, Florence, 1875, 620–623: "…the Consuls of the Arte della Lana and the Lords Overseers being met Overseers, have chosen as sculptor to the said Cathedral the worthy master, Michelangelo, the son of Lodovico Buonarrotti, a citizen of Florence, to the end that he may make, finish and bring to perfection the male figure known as the Giant, nine braccia in height, already blocked out in marble by Maestro Agostino grande, of Florence, and badly blocked; and now stored in the workshops of the Cathedral. The work shall be completed within the period and term of two years next ensuing, beginning from the first day of September next ensuing, with a salary and payment together in joint assembly within the hall of the said of six broad florins of gold in gold for every month. And for all other works that shall be required about the said building (edificium) the said Overseers bind themselves to supply and provide both men and scaffolding from their office and all else that may be necessary. When the said work and the said male figure of marble shall be finished, then the Consuls and Overseers who shall at that time be in authority shall judge whether it merits a higher reward, being guided therein by the dictates of their own consciences." Mikelancelo 13 sentyabrda, Bazar ertəsi günündən etibarən heykəli yonmağa başlayır. İki il ərzində o, məşhur Bibliya qəhrəmanının fiquru üzərində çalışır.
Yerin müəyyənləşdirilməsi right|thumb|150px|Mikelancelonun "David"i, Donatellonun "Yudif və Holofernes" heykəlinin yerində ucaldılmışdır. 25 yanvar 1504-cü ildə heykəlin tamamlanmasına az qalmış, Florensiya rəhbərliyi altı ton çəkisi olan nəhəng mərmər fiqurun kafedralın damına qaldırılmasının çətinliklərini müzakirə etməyə başladı.The statue has not been weighed, but an estimate of its weight was circulated in 2004, when the statue was cleaned. See a CBS news report of 8 March 2004 . Onlar aralarında Leonardo da Vinçi və Sandro Botiçellinin də olduğu 30 florensiyalıdan ibarət komissiya yaratdılar ki, bu komissiya da, Davidin ucaldılmalı olduğu yeri müəyyənləşdirməli idi.Müzakirə mətni Covanni Gaye, Carteggio inedito d'artisti del sec. XIV, XV, XVI, Florence, 1839–40, 2: 454–463 tərəfindən nəşr edilmişdir. Sənədin ingilis dilinə tərcüməsi üçün, Seymour, Michelangelo's David, 140–155 and for an analysis, see Saul Levine, "The Location of Michelangelo's David: The Meeting of January 25, 1504, Art Bulletin 56 (1974): 31–49; N. Randolph Parks, "The Placement of Michelangelo's David: A Review of the Documents," Art Bulletin, 57 (1975) 560–570; və Rona Goffen, Renaissance Rivals: Michelangelo, Leonardo, Raphael, Titian, New Haven, 2002, 123–127. Heykəl üçün doqquz müxtəlif yerin müzakirə edilməsinə baxmayaraq, komissiya üzvləri iki qrup şəklində, iki müxtəlif məkana diqqət çəkməyə çalışırdılar. Bunlardan biri Leonardo da Vinçi və Pyero di Kozimonun dəstəklədiyi, Culiano de Sanqallonun rəhbərlik etdiyi qrup idi ki, bu qrup heykəl üçün Sinyorlar meydanındakı Lanzi Lojasını münasib görürdü. Digər bir qrup isə, heykəlin Palazzo-Vekkyonun giriş qapısınən qarşısında ucaldılmasını məsləhət görürdü. Botiçelli tərəfindən dəstəklənən başqa bir fikirə görə isə heykəl Florensiya kafedralının yaxınlığında ucaldılmalı idi.Heykəlin əlavə bəzəkləri həmin ilin yayında əlavə edilmişdi: qələbə əklili, kötüyün qızıl üzü, əncir yarpağından kəmər. Goffen 130.
1504-cü ilin iyununda heykəl Palazzo-Vekkyonun giriş qapısının sol tərəfində, Donatellonun tuncdan hazırladığı "Yudit və Holofernes" heykəlinin yerində ucaldılmışdır. Heykəli Mikelancelonun işlədiyi yerdən Palazzo-Vekkyonun qarşısına gətirmək (yarım mil ərazi) dörd günə başa gəlmişdi.
Sonrakı dövr 1873-cü ildə heykəl, zədələnmələrdən qorunması üçün Palazzo-Vekkyonun qarşısında 300 il ərzində dayandığı yerdən götürülərək Florensiya Təsviri sənətlər akademiyasına yerləşdirilmişdir. 1910-cu ildə heykəlin köhnə yerində onun yeni nüsxəsi ucaldılmışdır.
1991-ci ildə pencəyinin altında çəkic gizlətmiş əsəbi bir kişi heykələ hücum etmiş və bu hücumun qarşısı alınana kimi heykəlin sol ayağının barmaqlarını zədələyə bilmişdi."a man the police described as deranged broke part of a toe with a hammer, saying a 16th century Venetian painter's model ordered him to do so." Cowell, Alan. "Michelangelo's David Is Damaged" . New York Times, 1991–09–15. Retrieved on 2008–05–23.
12 noyabr 2010-cu ildə Davidin şüşə-lifdən hazırlanmış bir nüsxəsi yalnızca bir günlük Florensiya kafedralının damına yerləşdirilmişdir. 2010-cu ildə tarixi sənədlərin incələnməsindən sonra İtaliya Mədəniyyət Nazirliyi heykəlin mülkiyyət hüququnun tarixən yerləşdiyi Florensiya şəhərinə aid olmadığını bildirdi. Bu iddia Florensiyada qarışıqlığa və böyük müzakirələrə səbəb oldu.
Heykəlin yanındakı kötük, 1504-cü ildə qızıl təbəqəsi ilə örtülmüşdü, başına isə zərli çələng qoyulmuşdu. Lakin bu bəzəklər indiyə qədər tapılmamışdır.
Təfsiri
Mikelancelonun "David"i özündən əvvəlki Davidlərdən əlində öldürülmüş Qoliafın başının olmaması ilə fərqlənir, halbuki, Donatello və Verrokkionun məşhur "David" heykəllərində bu detal buraxılmamışdı. Əksər tədqiqatçılar qeyd edirlər ki, əsərdə David döyüşdən əvvəl təsvir edilmişdir.Howard Hibbard, Michelangelo, New York: Harper & Row, 1974, 59–61; Anthony Hughes, Michelangelo, London: Phaidon, 1997, 74. Qələbə qazanacağına əmin olan Davidin üzündə gərginlik və döyüşə hazırlıq görünür. Onun gərgin əzələləri, sərt duruşunu, bəlkə də döyüşmək istəyini göstərir. Yuxarı dodağı və burnu arasındakı əzələlər çox sıxdır; Davidin qaşları çatılmışdır və o, fikrini tamamilə edəcəyi işə yönləndirərək, gözlərini sanki otaqdakı bir yerə deyil, daha uzaqdakı bir məkana zillənmişdir. Onun sağ əlinin əzələləri çox gərgin görünsə də, ümumilikdə bədəni rahat pozada durmuş, sol əli ilə isə çiyninə aşırdığı sapandını tutmuşdur. Davidin bu pozası onun digər təsvirlərindəki pozalarına heç oxşamır; Donatello və Verrokkio hər ikisi qalib gəlmiş Davidi ayaq üstə, əlində öldürülmüş Qoliafın kəsilmiş başı ilə birgə təsvir etmişlər. Andrea del Kastaqno isə Davidi qələbədən sonra özünə arxayın oğlan kimi, ayağı altında Qoliafın başı ilə təsvir etmişdir.Andrea del castagno, scudo di david con la testa di golia Lakin heç bir Florensiya sənətkarı iki obrazı birgə təsvir etməmişdir. Onun üzündəki sərt ifadə ilə, rahat, sərbəst pozası arasındakı konstrast Mikelancelonun Davidi döyüşdən əvvəlki vəziyyətdə təsvir etməsini, lakin onun qazanacağı qələbəyə inandığını düşünməyə əsas verir. Onun çəkisinin əsas ağırlığı, İntibah incəsənətində geniş yayılmış prakitika əsasında işlənmiş, arxada olan ayaq üzərinə düşür. Bu vəziyyət şüurlu seçim və şüurlu hərəkəti təsvir edir.