Arvadım mənim, uşaqlarım mənim — kinoalmanaxı 1978-ci ildə ekranlaşdırılmışdır. Kinoalmanax 3 qısametrajlı film-novelladan ibarətdir: "Toy" (rejissor: Nicat Feyzullayev), "Bağçada rahat yer" (rejissor: Ziyafət Abbasov) və "Arvadım mənim, uşaqlarım mənim" (rejissor: Cəmil Fərəcov). Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Kazım Abdullayev, Hacı İsmayılov, Məlahət Salmanova, Həsən Məmmədov, Ofeliya Məmmədzadə, Şamil Süleymanov, Gülşən Qurbanova və Kamil Məhərrəmov ifa edirlər.
Məzmun Filmin adı MəzmunToyƏhvalat kənddə baş verir. Şamil (Kazım Abdullayev) əsgərlikdən gələndən sonra öyrənir ki, sevdiyi qız (Məlahət Salmanova) sözünə xilaf çıxaraq başqasına (Hacı İsmayılov) ərə gedir. O, toy günü traktoru ilə gəlin karvanının qarşısını kəsir. Və şərti də o olur ki, bəy onunla döyüşməlidir...
Kinonovella mənəvi təmizlik probleminə həsr olunmuşdur.Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.98.Bağçada rahat yerFilmin qəhrəmanı şəhərin məşhur bərbəri Məmmədəlidir (Həsən Məmmədov). O, öz peşəsinin vurğunudur. Onun müştəriləri məmurlar, məşhur adamlardır. Xaraktercə zarafatcıl, yumşaq adam olan Məmmədəlinin arvadıyla (Ofeliya Məmmədzadə) münasibətləri çətindir. Onun arvadı müəllimədir, meşşan təbiətli qadındır, ərinin peşəsinə də aşağılayıcı münasibət bəsləyir...
Arvadı, böyük oğlu Məmmədəliyə etinasız yanaşsa da, o bunu faciəyə çevirmir, əksinə anlayışlı olmağa çalışır. Və onun sevgisi peşəsinə də, ailəsinə də yetir. Hətta on altı yaşlı oğlu atasından ad günündə evdən getməsini, dostlarıyla tək qalmaq istədiyini xahiş edəndə belə o bunu anlayışla qarşılayır. Ani məyusluqla yanaşsa da.
Kinonovella sadə peşə adamlarının vicdan təmizliyindən, əxlaqi keyfiyyətlərindən söhbət açır.Arvadım mənim, uşaqlarım mənimƏhvalat kənddə yaşayan böyük bir ailə haqdadır. Ailədə 11 uşaq böyüyür. Fazil (Kamil Məhərrəmov) bostançı, Güldəstə (Gülşən Qurbanova) isə evdar qadındır. Günlərin birində Güldəstəyə 11 uşaq böyütdüyünə görə mükafat verilir və avtomobil hədiyyə olunur.
Toylarda müğənnilik edən qonşusu Səfər (Ramiz Əzizbəyli) Fazili tovlayır, avtomobili ona satmağı, onunla toylara getməyi məsləhət görür, daha çox pul qazana biləcəklərini deyir. Fazil daha bostançı da işləmək istəmir, ailəsini də unudur. Güldəstə minik maşınını paltaryuyan maşına dəyişir...
Müəllif mərkəzə sevgini gətirir. Məhz sevgi ailəni dağılmaqdan xilas edə bilər.
Kinonovella müasir birgəyaşayış qaydaları barədədir.
Film haqqında Filmin adı Film haqqındaToyFilm yazıçı İsa Hüseynovun hekayəsi üzrə çəkilmişdir.Rejissor Nicat Feyzullayevin diplom işidir.
Filmin heyəti Filmin adı Filmin üzərində işləyənlər RollardaKinoalmanaxRəssam: Nadir ZeynalovSəs operatoru: Kamal SeyidovMontaj edən: Gülşən SəlimovaToyRejissor: Nicat FeyzullayevSsenari müəllifi: İsa HüseynovOperator: Hüseyn MehdiyevKazım Abdullayev — ŞamilHacı İsmayılov — bəyMəlahət Salmanova — gəlin Şahmar Ələkbərov — ŞahmarMəmmədrza Şeyxzamanov — Xan dayıBağçada rahat yerRejissor: Ziyafət AbbasovSsenari müəllifi: Maqsud İbrahimbəyovOperator: Teyyub AxundovBəstəkar: Adil BəbirovHəsən Məmmədov — MəmmədəliOfeliya Məmmədzadə — SolmazŞamil Süleymanov — Qəzənfərİlham Namiq Kamal — MİS rəisiDaşqın Turabov — SəmədElxan Cəfərov — FazilArvadım mənim, uşaqlarım mənimRejissor: Cəmil FərəcovSsenari müəllifi: Fərman KərimzadəOperator: Ələsgər ƏləkbərovBəstəkar: Azər DadaşovGülşən Qurbanova — GüldəstəKamil Məhərrəmov — FazilRamiz Əzizbəyli — SəfərEldəniz Zeynalov — inspektor
İstinadlar
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 218; 370.
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1978-ci ilin Azərbaycan filmləri 1970-ci illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:1978-ci ilin Azərbaycan filmləri