Nizami — Azərbaycan Respublikasının Goranboy rayonunun Nizami kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Goranboy rayonunun Nizami kəndi Xoylu kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Nizami kənd Soveti yaradılmışdır.
Toponimikası Kəndin keçmiş adı Mollavazlı olmuşdur. Yerli məlumata görə, kəndi vaxtilə Türkiyədən gəlmiş Molla Avaz adlı şəxs salmışdır. Kənddəki nəsillərdən biri indi də avazlı adlanır. Tədqiqatçıların bir qismi bu fikirdədir ki, çox qədim tarixə malik bu kənd vaxtilə Nizami Gəncəviyə vəqf olunmuş və bu kəndə onun adı verilmişdir.
Coğrafiyası və iqlimi Kənd Gəncə-Qazax düzənliyində yerləşir.
Ətrafında Kəpəz dağları yerləşir
Qışı mülayim keçən yarımsəhra quru çöl iqlimi Landşaft tipi Yarımsəhra və quru çöllər
Torpaq tipi açıq şabalıdı boz,boz-çəmən,şoran
Tarixi Kənd ilk dəfə XIX-XX əsrlərdə yaranmışdır Türkiyə den gəlmiş tayfa başçısı Molla Avaz
kəndi salmışdır. Sonralar ilk adı Həmdünya sonra Mollavazlı olmuşdur 7 fevral 1991 çi ildə Nizami kənd inzibati-ərazi kimi Kənd adı almışdır kənd ətrafı Kəpəz dağları yerləşir və yanında Murovdağ silsiləsi yerləşir.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1631 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İstinadlar
Həmçinin bax
Kateqoriya:Goranboy rayonunun kəndləri