Dəjəl — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Şükürbəyli kənd inzibati ərazi dairəsində kənd.
Tarixi 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 4 oktyabr 2020-ci ildə Qarabağ döyüşlərində kənd erməni işğalından azad edilmişdir.
Toponimikası Düzənlikdədir. Yerli əhalinin verdiyi məlumata görə, kəndi şıxalıağanın qardaşı Əhmədxan salmışdır. Kəndin adı 1917-ci ildə Dejaq variantında qeydə alınmışdır. Dəjək sözü dialektlərimizdə "nişangah" mənasında işlənir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq idi.
Həmçinin bax Cəbrayıl rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Cəbrayıl Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Cəbrayıl rayonunun kəndləri