Coser ehramı — pilləli ehram olub, günümüzədək gəlib çatan ən qədim daş tikilidir. Doqquz ən hündür ehramdan biri sayılır. Eramızdan əvvəl təqribən 2650-ci ildə memar və vəzir İmhotep tərəfindən Sakkarada məqbərə məqsədilə firon Coserin şərəfinə tikdirilmişdir. Ehram Coserin şərəfinə tikilsə də burada onun bütün ailə üzvləri -arvadları və uşaqları dəfn edilmişdir.
Tədqiqatı
Coser ehram kompleksi ilk dəfə 1821-ci ildə Prussiya baş konsulu Haynrix Menu Frayher fon Minutoli və italyan mühəndisi Cirolanio Seqato tərəfindən tədqiq edilmişdir. Bu zaman ehram kompleksinin giriş hissəsi aşkar edilmiş, həmin giriş hissəsində bir küncdə mumiya qalıqları: qızıla tutulmuş kəllə və ayaq pəncəsi tapılmışdır. Firona məxsusluğu təxmin edilən mumiya qalıqları fon Minutoli tərəfindən gəmi ilə Hamburqa aparılarkən gəminin batması nəticəsində itirilmişdir.
1837-ci ildə Con Şae Perrinq sonrakı dövrlərə aid olan məzarlıqları və ehram qalereyasını aşkar etmişdir.
1926-cı ildə Sesil M. Förs sistematik tədqiqatlar aparsa da onun ölümündən sonra bu iş yarımçıq qalır. Ceyms Edvard Kuibel bu işi davam etdirir, lakin o da 1935-ci ildə vəfat edir. İşi fransız tədqiqatçısı Jan-Filip Lauer davam etdirir.
1934-cü ildə kompleksdə digər şəxslərə məxsus olan qalıqlar aşkar edilir. Lakin dəqiq laborator müayinə bu qalıqların Ptolemey dövrünə aid olduğunu göstərir.
Lauer 2001-ci ilə qədər (ölənədək) Coser ehram kompleksinin və Sakkaradakı ölü şəhər Nekropolun tədqiqatı ilə məşğul olmuş, onun rəhbərliyi altında kompleksin divar hissələri bərpa edilmiıdir.Miroslav Verner: Die Pyramiden, Rowohlt, Hamburg 1998, S.131 Die Stufenpyramide des Netjerichet (Djoser)
Forması
Altı qatlı və ya pilləli tikili Qədim Misirin ilk ehramı sayılır. Dövrümüzə demək olar ki, yaxşı saxlanılmış vəziyyətdə gəlib çatmışdır. Tikilən zaman ölçüləri: 125 m x 115 m, hündürlüyü 62,5 m olmuşdur. Hal-hazırda ölçüləri: 121 m x 109 m, hündürlüyü 60 m-dir.
Tikilməsi
Coser ehramının memarı qədim Misir ənənəsinə görə Coserin ən ali əyanı olan İmhotep olmuşdur. Kahin İmhotep dövrünün ən müdrik və bacarıqlı xadimi sayılırdı. O, bacarıqlı müəllim və həkim olmaqla yanaşı, həm də münəccim idi.
Firon Coserin heykəlinin altındakı firon titullarından sonra İmhotepin adının həkk olunması onun nə dərəcədə ali rütbəli və mənsəb, söz sahibi olmasına dəlalət edir: "Aşağı Misir fironunun xəzinədarı Yuxarı Misirdə firondan sonra birinci adam, böyük sarayın ağası (idarəedicisi), Heliopolisin baş rahibi, memar, heykəltaraş İmhotep". Sonralar İmhotep ilahiləşdirlərək onu memarlıq və təbabət tanrısı adlandırmışlar. Yunanlar onu özlərinin təbabət tanrısı – Askleplə eyniləşdirirlər. Qədimdə zəvvarlar Sakkaraya gələrkən güman edildiyi kimi mütləq onun məzarına da baş çəkərmişlər lakin, indiyə qədər onun məzarı tapılmamışdir. Sakkarada Coser kompleksindən şimal-şərqdə İmhoteplə və həmçinin müdriklik, yazı və elm tanrısı Totla eyniləşdirilən ibis (quş) mumyaları günümüzədək gəlib çıxmışdır.
Qatlı ehram
İlk olaraq memar İmhotep sadə daş dördkünc qəbir sərdabə – mastaba tikmək qərarına gəlmiş, sonralar tikinti prosesi inkişaf etdirilərək çoxqatlı ehramın ilk qatı şəklini almış olmuşdur. Ehramın coxqatlılığı fironun göyə ucalması kimi simvolik bir məna daşıyır. Tikili ondan əvvəl tikilmiş mastabalardan tikinti materialı kimi çiy kərpic deyil daşdan istifadə olunması ilə fərqlənirdi. Tikinti qatlara uyğun olaraq 6 mərhələdən ibarət olmuşdur. Belə hesab edilir ki, sərdabənin ortası Coserin qardaşı Sanaxt üçün tikilibmiş. Nəticə etibarilə özül üzərində qaldırılmış ehramın ölçülərin 125 m x 115 m, hündürlüyü isə 61 metrə çatmışdır.
+ Ehramın tikilmə mərhələləri: M1, M2, M3, E1, E1' və E2 Mastaba M1 Mastaba M2 Mastaba M3 Ehram E1 Ehram E1' Ehram E2 80px 80px 80px 80px 80px 80px Sahəsi 63 m × 63 m 71,5 m × 71,5 m 79,5 m × 71,5 m 85,5 m × 77 m 119 m × 107 m 121 m × 109 m Hündürlüyü 8 m 8 m, 7 m 8 m, 7 m, 5 m 42 m 60 m 62 m Tikmə üsulu Üfüqi qatlar Üfüqi qatlar Üfüqi qatlar Maili qatlar Maili qatlar Maili qatlar Tikinti daşının hündürlüyü 0,30 m 0,30 m 0,30 m 0,38 m 0,52 m 0,52 m Qatların sayı – – – 4 4-6 ? 6
Cənub məzarlığı
Cənub məzarlığı Coserin ən sirli hissəsi sayılır. Əsasən kirəc daşla hörülmüş divarlardan ibarət irimiqyaslı bir bloku xatırladır. Düzbucaqlı küncü şimal-qərb tərəfdə kult kapella ilə birləşir. 270px|right|thumb|Cənub məzarının mövqeyi Divarlarının fasad hissələri kobra relyefi və hücrələrlə bəzədilmişdir.
Enən pillələr vasitəsilə cənub məzarlığının alt qatına, çəhrayı qranitlə döşənmiş otağa – alt qata keçmək mümkündür. Üst qatın və əsas məzarın bir qədər kiçildilmiş forması demək olar kiçik nüsxəsi olan alt qat şərqi-qərb istiqamətindədir. Uzunluğu 1,6 m-dir. Pillələr daha aşağıya əsas məzarda olduğu kimi göy kahı ilə üzlənmiş bir qalereyaya doğru enir. Burada fironun Sed bayramında içtirakını əks etdirən 3 ədəd təsvirli qapılar yerləşmişdir.
Cənub məzarlığının nə məqsəd güdməsi hələ də müəmmalı olaraq qalmaqdadır. Misirşünas Firt və Edvarda görə bura müvvəqqəti məzar kimi nəzərdə tutulmuşdur. Ricke və Jéquier burada simvolik 230px|left|thumb|Cənub məzarının alt qatıTünd qırmızı: Məzar otağıGöy: göy rənglə döşənmiş hücrələr (otaqlar) Kanın məzarı yerləşmiş olmasını qeyd edirlər. Sonralar onun yerini kult ehramları tutmağa başlamışdır. Burada hər hansı dəfn olunma halı hələ də izah edilməmişdir.Miroslav Verner: Die Pyramiden, Rowohlt, Hamburg 1998, S.150 f Das Südgraba b c d e Alan Winston: The Step Pyramid of Djoser at Saqqara in Egypt Part II: The Trench and Perimeter Wall, the South Courtyard, And South Tomb
Ehram kompleksinin elementləri Ehram kompleksinin elementləri (sxem) Qatlı ehram Cənub məzarlığı Heb-Sed həyəti və kapella "T" məbədi Cənub həyəti Cənub pavilyonu Şimal pavilyonu Ölülər məbədi Qərb qallereyası Giriş Sütunları Şimal həyəti Şimal qallereyası Pilləli məzarlar Sərdabə Şimali altar
Heb-Sed həyəti 280px|right|thumb|Heb-Sed həyəti və kapellanın mövqeyi Ehram kompleksin cənub-şərq tərəfində meydança mövcuddur ki, bura adətən Heb-Sed adlanan mərasim üçün nəzərdə tutulmuşdur.
Bu bayram mərasimində adətən fironun hakimiyyət qabiliyyəti, gücü təntənəli şəkildə nümayiş etdirilirmiş. Dördbucaq şəkilli həyətin qərb hissəsində iki tipli 13 kapella yerləşmişdir.
Birinci tipə Seh-netjer – Tanrı kölgəsi adlanan kapella aid olub, yarımdairəvi kantlı alçaq dama malikdir. Dam örtüyü palma yarpaqları formasında immitasiya olunmuşdur. İkinci Per-uer tipidir ki, dairəvi dama və sütunlu fasada malikdir. Şərq tərəfdə isə daha 12 kiçik kapella yerləşmişdir. Bu kapellalar simvolik memarlıq nümunələri xarakteri daşıyır. Kapellaların bir çoxu tam şəkildə bərpa edilmişdir.Miroslav Verner: Die Pyramiden, Rowohlt, Hamburg 1998, S.154 f Der Komplex des Sed-FestesAlan Winston: The Step Pyramid of Djoser at Saqqara in Egypt Part IV: The South and North Pavilions, The Sed Festival Complex and the Temple "T"
"T" məbədi
"T" məbədi Heb-Sed kapellaları ilə cənubda qərar tutmuş meydança arasında dördbucaqlı bir tikilidir. Güman edilir ki məbəd Heb-Sed mərasiminə bağlı bir tikilidir. Əsasən çiy kərpicdən tikilmiş və funksional xarakterlidir. Məbəd sütunlu girişə, giriş otağına və üç həyətə, həmçinin kvadrat formalı zala malikdir. Sütunların üzərində kirəc daş lovhəli tavanın olması güman edilir.Miroslav Verner: Die Pyramiden, Rowohlt, Hamburg 1998, S.153 f Der Tempel "T" thumb|300px|left|T məbədinin yerləşmə mövqeyi
Cənub həyəti thumb|180px|right|Cənub həyəti Coser kompleksinin cənub həyəti ən böyüyü sayılır. Burada bir o qədər də tikili yoxdur. Şimal tərəfdə ehrama bilavasitə yaxın altar yerləşmışdir. Şimal-qərb küncündə kiçik bir məbədin qalıqlarını tapmaq mümkündür. Həyətin sahəsində 2 "B" formalı kirəc daşdan olan tikilinin özülünün söküntülərini görmək olar. Tikililərin nə məqsəd daşıdıqlarını indiyə qədər müəyyənləşdirmək mümkün olmamışdır. Güman edilir ki, Heb-Sed ilə bağlı simvolik tikili olmuşdur.
Cənub həyətində qazıntılar zamanı kirəc daşlı kvartal aşkar edilmişdir. Tapılan yazılar deməyə əsas verir ki, XIX sülalə dövründə kompleks II Ramzesin oğlu Xaemuaset tərəfindən bərpa etdirilmişdir. Memfisdə tapılmış yazılı abidə və tikililər kompleksin bərpasının şahzadə tərəfindən aparıldığını göstərir.Miroslav Verner: Die Pyramiden, Rowohlt, Hamburg 1998, S.150 f Der Südhof
Cənub və şimal pavilyonları thumb|200px|right|Şimal (qırmızı) və cənub pavilyonlarının (narıncı) yerləşmə mövqeyi Cənub ev uzunsov bir tikili olub, onun taxta karkas və ya sklet üsulu ilə tikilmiş olması fərz edilir. Tavanı əsasən bir neçə cərgəli qırmızı və qara rəngli kedr gövdəsini xatırladan 4 yarım daş sütunlar üzərində qurulmuşdur. Binanın daxili quruluşu Heb-Sed kapellasını xatırladır və mötəbər işlənmişdir. Pavilyonda "L" şəkilli kapella yerləşmişdir. Divarlara XVIII və XIX sülaləya aid qrafit yazılar və ilk adı "Coser" həkk olunmuşdur. Firt burada qazıntı apararkən kömürləşmiş papirus qalıqları tapmışdir.
Şimal ev cənub evin oxşarı olub altar və hücrəsiz kiçik həyətə malikdir. Burada yeraltı qalereya zirzəmi və ya şaxta mövcuddur.
Pavilyonların nə məqsədlə tikilmiş olmaları tam izahını tapmamışdir. Lauer belə hesab edir ki, tikililər yuxarı və aşağı Misiri tərənnüm edən simvolik inzibati binalar olmuşlar.
Firt tapılan papirus əsasında fərz edir ki, Ehram kompleksinin sonralar inzibati qərargahı cənub pavilyonunda yerləşmış və şimal pavilyonun inşası tamamlandıqdan sonra fironun axirət dünyasında istifadə edə bilməsi üçün məqsədyönlü basdırılmışdır.
Şimal və cənub pavilyonların qalıqları Lepsius ekspedisiyası zamanı aşkarlanmışdır. Səhvən əlavə ehram xarabalığı kimi qiymətləndirildiyindən Lepsius ehram siyahısına Lepsius XXXIII və Lepsius XXXIV kimi daxil edilmişdir.Miroslav Verner: Die Pyramiden, Rowohlt, Hamburg 1998, S. 156 f Südhaus und Nordhaus
Ölülər məbədi
Ölülər məbədi ehramın şimalında yerləşərək, özündə hökmdar kultunun əsas elementlərini tərənnüm edir. İki sütunlu girişdən keçərək içəri nahiyəyə daxil olmaq olur. Məbədin daxili hissəsinə çoxsaylı dəhliz, qalereya və otaqlar aiddir.
Məbədin tərkibinə onun mərkəzindən şərq və qərbdə yerləşmiş iki həyət daxildir. Qərb həyətində bilavasitə ehramın giriş pilləkanları yerləşmışdir.
Güman edilir ki, Ölülər məbədi ilkin olaraq böyük və cənubda tikilməsi planlaşdırılmış, lakin ehramın dəfələrlə genişləndirilməsi onun şimalda qərar tutmasına səbəb olmuşdur.Miroslav Verner: Die Pyramiden, Rowohlt, Hamburg 1998, S.158 f Der TotentempelAlan Winston: The Step Pyramid of Djoser at Saqqara in Egypt Part V: The Mortuary Temple, Serdab, Northern Courtyard and the West Mounds Rainer Stadelmann: Die ägyptischen Pyramiden. Vom Ziegelbau zum Weltwunder. von Zabern, Mainz 1997, S. 63 ff thumb|230px|left|1.Ölülər məbədi 2.Qərb həyəti 3.Ehrama giriş 4.Şərq həyəti 5.Giriş 6.Sərdabə
Sərdabə
Sərdabə (ərəb dilində zirzəmi) kiçik bir kammera olub ölülər məbədindən şərqdə və ehramın şimalında yerləşmişdir.
Sərdabə ehramın daşları kimi 17° daxilə doğru mayilidir. Daxilində Coserin özü boyda taxta oturmuş şəkildə kirəc daşndan heykəli yerləşmişdir. Sərdabənin şimal tərəfində iki dəlik gözlük vardıır ki onların vasitəsilə heykəli görmək mümkündür.
Heykəlin əsli hal hazırda Qahirədəki Misir muzeyində saxlanılır. Sərdabədəki isə onun surətidir. Sərdabənin yan daşı bərpa zamanı içərisini ziyarət edənlərə nümayiş etdirmək məqsədilə vitrinlə əvəz edilmişdir.
Qərb qalereyası 200px|thumb|right|Qərbi qallereya Qərb massivi ona aid qalereyası ilə birlikdə ehram kompleksinin sirli strukturu sayılır. Bu üç qərbi massiv kompleksi uzununa tam şəkildə müşayiət edir. Bu istehkamın kompleksin tamamlanma fazasında, əsasən ehramın tikinti tullantılarından və ya artıqlarından tikilmiş olması güman edilir.Miroslav Verner: Die Pyramiden, Rowohlt, Hamburg 1998, S.160 f Die Westmassive Qərb qalereyasının özülü 400 kammeralı uzun keçiddən ibarətdir. Bu kammeraların nə məqsəd güdməsi hələ də məlum deyildir.