Herakl (, ), Alkay və ya Alkid qədim yunan mifologiyasında qəhrəman, tanrı Zevsin Alkmenadan olan oğludur. "İliada" poemasına əsasən Alkid adı ilə doğulsa da sonralar Herakl adlandırılmışdır.
Onun haqqında olan rəvayətlərdən ən məhşuru "Heraklın on iki əməlləri" hekayəsidir.
Heraklın əməlləri
Heraklın Nemey şirini öldürməsi. Əfsanəyə görə, şirin pəncəsi yalnız öz pəncəsi ilə kəsilə bilərdi; Heraklın Hidranı öldürməsi; Heraklın Eriman qabanına qalib gəlməsi; Heraklın Kireney maralını tutması. Bu maralın mis ayağları var. Herakl bu maralı tutmaq üçün tam 1 il durmadan qaçmışdır; Heraklın Stimfal quşlarını ovlaması; Heraklın Avginin tövləsini təmizləməsi; Heraklın Krit öküzünü gətirməsi; Heraklın Frakiyaya səfəri; Herakl amazonlar ölkəsində; Herionun öküzləri və nəhəng Kakos; Heraklın Atlantla görüşü; Aidin ölülər dünyasını qoruyan itini yer üzünə çıxartmaq.
Mənbə Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1 Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., 1995 ISBN 960-540-118-5 Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8
Həmçinin bax Koroğlu dastanı Heraklın övladları Herakl (cizgi film, 1997)
Kateqoriya:Superinsan gücünə malik personajlar Kateqoriya:Metaforlar Kateqoriya:Zevs Kateqoriya:Yunan mifologiya qəhrəmanları Kateqoriya:Film personajları Kateqoriya:Arqonavtlar Kateqoriya:Arqos padşahları Kateqoriya:Tibb və sağlamlıq allahları Kateqoriya:Seriyalarına görə teleserial personajları