Azərbaycan Premyer Liqası və ya Misli Premyer Liqası — Azərbaycanın peşəkar futbol klublarının çıxış etdiyi ən yüksək təbəqədir. Hazırda Misli Premyer Liqasında 12 futbol klubu iştirak edir. Azərbaycan Premyer Liqasının mövsümü adətən avqust ayından maya kimi keçirilir. Premyer Liqanın qalibi UEFA Çempionlar Liqasının 1-ci pley-off mərhələsində yer alır.
Çempionat 1992-ci ildən 2007-ci ilə qədər Yüksək Liqa, 2007-ci ildən sonra Azərbaycan Premyer Liqası adı altında fəaliyyət göstərir. 1992-ci ildən 9 klub Azərbaycan Premyer Liqasının qalibi olmuşdur. Azərbaycan Premyer Liqasının ən uğurlu komandası "Qarabağ"-dır."Qarabağ" bu titulu 12 dəfə qazanmışdır.
Tarixi
1990-cı illər 1990-cı illərdə liqada əsasən "Neftçi", "Qarabağ", "Kəpəz", "Turan Tovuz FK" və "Şəmkir" hökmranlıq edib. 1997-ci ildə "Kəpəz" Azərbaycan Premyer Liqası tarixində ən uzun qələbə seriyasına imza atmışdır. Gəncəlilər 1997/98 mövsümündə başlayan və 1998/99 mövsümündə başa çatan seriya müddətində 20 görüşdə qələbələri sıralayıb.
2000-ci illər 2000-ci illərin ortasında iqtisadi böhran yerli klublara ciddi zərbə vurdu və nəticədə, "Xəzri Buzovna", "Şəfa" və "ANS Pivani Bakı" kimi klublar mövcüdluğunu dayandırdı. Premyer Liqa klublarının 2002-ci ilin aprelində çempionatın dayandırması və AFFA ilə pikə çatan gərginlik, FİFA və UEFA-nın 2 illik sanksiyası ilə bitdi. Yarışı yarımçıq dayandıran klublar öz yaratdıqları Təşkilat Komitəsinin təşəbbüsü ilə çempionatı davam etdirdi. Lakin "alternativ çempionat" kimi tarixə düşən həmin turnir qeyri-rəsmi hesab edildi. Ölkədə "böyük futbol"un faktiki olaraq yoxa çıxması ilə nəticələnən münaqişədən sonra çox sayda oyunçu xaricə üz tutdu. Xaricə yollana bilməyənlərin bir qismi alternativ çempionatda, digərləri isə futzal yarışlarında çıxış etməyə başladı.
Yeni əsrdə Neftçinin çempionatda hegemonluğuna "Xəzər Lənkəran", "İnter Bakı"2022-ci ildən klub rəsmən "Şamaxı" adlandırılıb. və "Bakı" kimi yeni rəqiblər son qoymağa çalışırdı. 2005-ci ildə "Neftçi" çempionatın sonunda "Xəzər Lənkəran" klubu ilə eyni xal yığdığı üçün çempionu müəyyənləşdirmək üçün "Qızıl oyun" keçirildi. Gəncə şəhər stadionunda keçirilən oyunda "Neftçi" "Xəzər Lənkəran"ı 2:1 hesabı ilə üstələyərək, ardıcıl ikinci dəfə çempionluğu bayram etdi. Ağasəlim Mircavadovun rəhbərliyi altında "Xəzər Lənkəran" iki dəfə Azərbaycan Kubokunu qazanmış, 2006-cı ildə isə çempion olmuşdur. 2022-ci ildə "Keşlə" futbol klubu rəsmən "Şamaxı" adlandırılıb.
2010-cu illər thumb|right|180px|2011/2012 Azərbaycan Premyer Liqasının kuboku "Neftçi PFK"nın muzeyində.
2010-cu ildə "Neftçi" altı uğursuz ildən sonra çempion oldu. Növbəti mövsümdə "Neftçi" yeddinci dəfə Azərbaycan çempionu oldu. 2012-ci ilin avqustun 30-da Böyükağa Hacıyevin rəhbərlik etdiyi "Neftçi" səfərdə APOEL-ə 3:1 (İlk oyun: 1:1) hesabı ilə qalib gələrək Azərbaycan futbol tarixində ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı. Növbəti mövsümdə "Neftçi" ardıcıl 3-cü dəfə ölkə çempionu oldu.
2013-cü ildən başlayaraq Azərbaycan Premyer Liqasında "Qarabağ" hegemonluq edir. Həmin mövsüm "Qarabağ" 21 ildən sonra ikinci çempionluğu qeyd etdi. 2014-cü ildə "Qarabağ" Azərbaycan futbolunda avrokubokların qrup mərhələsinə vəsiqə qazanan ikinci, 2015-ci ildə "Qəbələ" üçüncü klub kimi tarixə düşdü. 2016-cı ildə "Qarabağ" ardıcıl 4-cü dəfə ölkə çempionu oldu. 2017-ci il avqustun 24-də "Qarabağ" Azərbaycan futbolu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Həmin ildə Azərbaycan Premyer Liqası Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) dünyanın ən yaxşı çempionatlarının reytinq siyahısında 33-cü yerdə qərarlaşıb.
2018-ci il aprelin 22-də "Qarabağ" ardıcıl beşinci dəfə çempion titulunu qazanıb.
2020-ci illər 2020-ci ildə COVID-19 qlobal pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyət, infeksiyanın yoluxma statisitikasının yüksəlməsi, Azərbaycan ərazisində karantin rejiminin 2020-ci il iyulun 1-dək uzadılması ilə bağlı klubların məşq keçməsi üçün vaxt azlığı, klubların ehtimal olunan maliyyə çətinliyi, pandemiya dövründə AFFA İcraiyyə Komitəsinin qəbul etdiyi müvafiq qərarlar və verilən tövsiyələr və futbolçuların, məşqçilərin və Azərbaycan Premyer Liqasında oyunların təşkilində bu və ya digər şəkildə iştirak edən şəxslərin sağlamlığının qorunması nəzərə alınaraq, 2019/2020-ci il mövsümündə çempionat və kubok yarışı dayandırılıb. Mövsümün qalibi və UEFA-nın klub yarışlarında iştirak edəcək komandalar hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilib. Bunun nəticəsində "Qarabağ" ardıcıl 7-ci, ümumilikdə 8-ci dəfə çempionluq əldə edib.
2021-ci ildə "Neftçi" Azərbaycan Premyer Liqasının yekun turunda yeddi ilin hegemonu olmuş "Qarabağ"a 1:0 hesabı ilə üstün gələrək ölkə çempionu olub.
3 fevral 2025-ci ildə AFFA İcraiyyə Komitəsinin açıqlanan qərarına əsasən, 2025/2026-cı illər mövsümündən komanda sayı 10-dan 12-yə artırılıb. Eyni zamanda Misli Premyer Liqasında 2025/2026-cı illər mövsümündən legioner limitinin ləğvi qərara alınıb. Yeni mövsümdən legioner limitində aşağıdakı kriteriyalar tətbiq olunur:
Oyunun sifariş vərəqəsində maksimum 17 əcnəbi futbolçu ola bilər.
Meydanda eyni anda 11 əcnəbi futbolçu oynaya bilər.
Legioner futbolçular üçün rüsum aşağıdakı kimi müəyyən edilir:
1 legionerdən 7 legionerə qədər: 5000 (beş min) AZN
8-dən 12-yə qədər: 10.000 (on min) AZN
13-dən 15-ə qədər: 100.000 (yüz min) AZN
16 və daha yuxarı: 200.000 (iki yüz min) AZN
Korporativ strukturu 13 iyun 2008-ci ildən Azərbaycan Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqası, Azərbaycan Birinci Liqası və Azərbaycan Kuboku yarışlarını təşkil edir. Quruma Elxan Səmədov rəhbərlik edir.
Hazırda Azərbaycan Premyer Liqasının üç klubu — "Neftçi", "Qarabağ" və "Qəbələ" Avropa Klublar Assosiasiyasının (ECA) üzvüdür. Avropa Klublar Assosiasiyası UEFA Klub Müsabiqələri Komitəsinə üç üzv seçilməsinə nəzarət edir; hansı ki, Çempionlar Liqası və UEFA Avropa Liqası kimi UEFA müsabiqələrində və əməliyyatlarında rol oynayır.
Müsabiqə formatı Hazırda Azərbaycan Premyer Liqasında 12 futbol klubu iştirak edir. Mövsüm ərzində (avqustdan maya qədər) hər klub rəqibləri ilə üç dəfə (dairəvi sistem) görüşür: iki dəfə öz meydanında, bir dəfə səfərdə və ya əksinə. Cəmi 33 oyun keçirilir. Komandalara qələbəyə görə üç xal, heç-heçəyə görə bir xal və məğlubiyyətə görə sıfır xal verilir. Komandalar ümumi xallar, sonra qol fərqləri ilə və daha sonra vurulan qollarla sıralanır. Əgər vəziyyət eynidirsə, komandalar eyni mövqedə yer alır.
Aşağıda Azərbaycan Premyer Liqasının tarixi boyu komandaların sayı qeyd olunur: 26 klub = 1992 20 klub = 1993 16 klub = 1993–1994 13 klub = 1994–1995 11 klub = 1995–1996 16 klub = 1996–1997 15 klub = 1997–1998
14 klub = 1998–1999 12 klub = 1999–2000 11 klub = 2000–2001 12 klub = 2001–2002 14 klub = 2003–2004 18 klub = 2004–2005 14 klub = 2005–2006
13 klub = 2006–2007 14 klub = 2007–2009 12 klub = 2009–2013 10 klub = 2013–2016 8 klub = 2016–2022 10 klub = 2022–2025 12 klub = 2025–cari
Avrokuboklar üçün kvalifikasiya Azərbaycan Premyer Liqasında birinci yer tutan komanda UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə, ikinci və üçüncü yer tutan komandalar isə UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinə vəsiqə qazanır. Azərbaycan Kubokunun qalibi UEFA Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə qazanır. Əgər Azərbaycan Kubokunun qalibi avrokuboklara vəsiqə qazanıbsa, o zaman Azərbaycan Premyer Liqasında dördüncü yer tutan komanda UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinə, ikinci yeri tutan isə UEFA Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə qazanır.
Klublar
Stadionları və yerləri KomandaƏraziStadionStadion tutumuAraz-NaxçıvanNaxçıvanQəbələ şəhər stadionu4.500İmişliİmişliYevlax şəhər stadionu6.000KəpəzGəncəGəncə şəhər stadionu15.464QarabağAğdamAzərsun Arena4.677QəbələQəbələQəbələ şəhər stadionu4.500NeftçiBakıNeftçi Arena10.289SabahBakıSabah Arena6.700SumqayıtSumqayıtMehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu9.502ŞəfaBakıSOCAR Polymer Arena1.326ŞamaxıŞamaxıŞamaxı şəhər stadionu2.200Turan TovuzTovuzTovuz şəhər stadionu6.500ZirəBakıZirə İdman Kompleksinin stadionu1.300
Azərbaycan klubları Avrokuboklarda right|60px 20.10.2026 tarixinə n Komandalar OQHMToplar Top fərqi Xal1Qarabağ214824983269:292-232952Neftçi8427203798:131-331013Şamaxı FK3514101143:33+10524Sabah FK251311144:34+10405Qəbələ FK421172441:66-25406Zirə FK2086627:24+3307Bakı FK1845916:34-18178Xəzər Lənkəran FK1827914:33-19139Karvan İK62133:6-3710Kəpəz PFK1421116:30-24711İmişli FK41121:3-2412Araz-Naxçıvan PFK41124:12-8413Bakı Fəhləsi FK21011:10314Şəmkir FK101097:21-14315AZAL FK40223:5-2216Sumqayıt FK40223:13-10217Xəzri Buzovna FK20110:2-2118Səbail FK20024:6-2019Simurq PİK20020:4-4020Turan Tovuz FK20020:7-7021Şəfa FK20020:7-7022Viləş PFK40042:10-80
Çempionlar və bombardirlər MövsümÇempionİkinciÜçüncüBombardir1992NeftçiXəzər SumqayıtTuran Tovuz FK Nazim Əliyev (Xəzər Sumqayıt, 39 qol)1993QarabağXəzər SumqayıtTuran Tovuz FK Samir Ələkbərov (Neftçi, 16 qol)1993–94Turan Tovuz FKQarabağKəpəz Musa Qurbanov (Turan Tovuz FK, 35 qol)1994–95KəpəzTuran Tovuz FKNeftçi Nazim Əliyev (Neftçi, 26 qol)1995–96NeftçiXəzri BuzovnaKəpəz Fazil Pərvərov (Kəpəz, 23 qol) / Rövşən Əhmədov (Kəpəz, 23 qol)1996–97NeftçiQarabağXəzri Buzovna Qurban Qurbanov (Neftçi, 34 qol)1997–98KəpəzBakıŞəmkir Nazim Əliyev (Bakı, 23 qol)1998–99KəpəzŞəmkirNeftçi Alay Bəhramov (Viləş Masallı, 24 qol)1999–00ŞəmkirKəpəzNeftçi Badri Kvaratsxeliya (Şəmkir, 16 qol)2000–01ŞəmkirNeftçiViləş Masallı Paşa Əliyev (Bakılı Bakı, 12 qol)2001–02AFFA və klublar arasında yaranan münaqişəyə görə çempionat yarımçıq dayandırılmış və nəticələr hesaba alınmayıb.2002–03AFFA və klublar arasında yaranan münaqişəyə görə futbol çempionatı təşkil edilməyib.2003–04NeftçiŞəmkirQarabağ Samir Musayev (Qarabağ, 20 qol)2004–05NeftçiXəzər LənkəranKarvan Zaur Ramazanov (Karvan, 21 qol)2005–06BakıKarvanNeftçi Yakuba Bamba (Karvan, 16 qol)2006–07Xəzər LənkəranNeftçiBakı Zaur Ramazanov (Xəzər Lənkəran, 20 qol)2007–08İnterAZALNeftçi Xəqani Məmmədov (İnter, 19 qol)2008–09BakıİnterSimurq Valter Quqlemon (İnter, 17 qol)2009–10İnterBakıQarabağ Fərid Quliyev (Standard Bakı, 16 qol)2010–11NeftçiXəzər LənkəranQarabağ Georgi Adamiya (Qarabağ, 18 qol)2011–12NeftçiXəzər Lənkəranİnter Bahodir Nəsimov (Neftçi, 16 qol)2012–13NeftçiQarabağİnter Nikolas Kanales (Neftçi, 26 qol)2013–14QarabağİnterQəbələ Reynaldo (Qarabağ, 22 qol)2014–15QarabağİnterQəbələ Nurlan Novruzov (Bakı, 15 qol)2015–16QarabağZirəQəbələ Dani Kintana (Qarabağ, 15 qol)2016–17QarabağQəbələİnter Rauf Əliyev (İnter, 11 qol) Filip Ozobiç (Qəbələ, 11 qol)2017–18QarabağQəbələNeftçi Baqali Dabo (Qəbələ, 13 qol)2018–19QarabağNeftçiSəbail Mahir Emreli (Qarabağ, 16 qol)2019–20QarabağNeftçiKeşlə Mahir Emreli (Qarabağ, 7 qol) Baqali Dabo (Neftçi, 7 qol) Stiven Josef-Monroz (Neftçi, 7 qol) Peyman Babayi (Sumqayıt, 7 qol)2020–21NeftçiQarabağSumqayıt Namiq Ələsgərov (Neftçi, 19 qol)2021–22QarabağNeftçiZirə Kadi (Qarabağ, 12 qol)2022–23QarabağSabahNeftçi Ramil Şeydayev (Qarabağ , 22 qol)2023–24QarabağZirəSabah Juninyo (Qarabağ, 20 qol)2024–25QarabağZirəAraz-Naxçıvan Leandro Andrade (Qarabağ, 15 qol)2025–26SabahQarabağTuran Tovuz FK Coy-Lens Mikels (Sabah FK, 19 qol) Titullar №Klub ÇempionKubokÜmumi1Qarabağ 12 8 202Neftçi 9 6 153Kəpəz 3 4 74Bakı 2 3 5 5İnter 2 2 4 6Şəmkir 2 0 27Xəzər-Lənkəran 1 3 48Sabah 1 2 3 9Turan 1 0 010Qəbələ 0 2 211İnşaatçı 0 1 112Şəfa 0 1 1
Mükafatçı klublar