Şeyx Qütbəddin Əbhəri – məşhur sufi alimi, əbhərilik təriqətinin qurucusudur.

Tam adı Əbu Bəkr ibn Əhməd ibn Məhəmməd Əbhəridir. Məhəmməd Əbhəri Səmərqənd yaxınlığında Əbhər kəndində doğulmuş, Marağada yaşamışdır. Elm öyrənmək üçün Azərbaycana gəlmiş ,oradan Bağdada köçmüşdür. Başqa bir görüşə görə müxtəlif elmlərdə söz sahibi olduğu ,yəni bəhrəsi olduğundan ona bərəli anlamında Əbhəri deyilmişdir. Şeyxin zahiri elmlərdə müasirləri arasında üstün bir yerdə olduğunu dövrün üləması da təsdiq etmişdir. Təriqət əhli içərisində əbhərilik təriqətinin qurucusu və piri olaraq mühüm bir yerə sahibdir. 1225-ci ildə Şamda vəfat edib. Məzarı Şam şəhərində öz təkyəsinin içərisindədir.

Kateqoriya:Türk din adamları Kateqoriya:Sufilər Kateqoriya:Əbhərilik