Leonid Semyonoviç Kanevski (; ) — Sovet, Rusiya və İsrail aktyoru. Rusiya Yəhudi Konqresinin üzvü.

Həyatı O, yəhudi ailəsində anadan olub. Anası Kiyev Konservatoriyasında fortepiano üzrə təhsil alıb və 19 yaşında iki kursu bitirdikdən sonra evlənib ərinin iş yerinə görə onunla birgə Qafqaza yola düşüb. 1933-cü ildə böyük qardaşı Aleksandr, altı il sonra isə Leonid Kiyev şəhərində dünyaya gəlib. O, 17 yaşında Moskvaya gedərək orada Vera Lvovanın kursu ilə Şukin məktəbinə daxil olub.

O, 1975-ci ildə Anna Efimovna Berezina (1949-cu il təvəllüdlü) ilə evlidir. Həyat yoldaşı filoloq və bir neçə dildə sərbəst danışan tərcüməçidir. Onların övladı Natalya Leonidovna Kanevskaya (1977-ci il təvəllüdlü), Təl-Əviv Universitetinin teatr fakültəsinin məzunu və geyim dizayneridir.

Yaradıcılığı 1960-cı ildən 1967-ci ilə qədər - Moskva Lenin Komsomolu Teatrının aktyoru, 1967-ci ildən 1991-ci ilə qədər isə Malaya Bronnayadakı Moskva Teatrının aktyoru olaraq çalışıb.

Onun filmdə debutu "Sübhə Qırx Dəqiqə" (1963) filmində bir epizodik rolu olub. Aktyor kimi ona geniş şöhrət qazandıran ilk rolu polis mayoru Aleksandr Tomin rolunda "Bilicilər tərəfindən aparılan istintaq" () televiziya serialında olmuşdur. Daha sonra "Almaz Qol" komediya filmində qaçaqmalçı və "D'Artanyan və Üç Müşketyor" mini-serialında Bonasye rolları ona böyük populyarlıq gətirib.

1991-ci ildə o, İsrailə gedərək rejissor Yevgeni Arie ilə birlikdə Təl-Əvivdə "Geşer" (ivrit dilindən tərcümədə "körpü"  deməkdir) dram teatrını yaratdı. Truppanın əsasını Moskva və Sankt-Peterburq teatrlarının səhnələrində çıxış etmiş Rusiyadan olan aktyorlar təşkil edirdi.

2003-cü ildə İsrailin 9-cu kanalında "Doqquzuncu dalğa" adlı televiziya oyun şousuna aparıcılıq edib. 2006-cı ilin yanvar ayından bu günə qədər davam edən Rusiyanın NTV kanalında sənədli cinayət işləri televiziya proqramının aparıcısıdır.

Filmoqrafiya

Brilyant əl (film, 1968) Bilicilər istintaqa rəhbərlik edir (1971-2003) Almanzorun Üzükləri (1977) D'Artanyan və Üç Müşketyor (1978) Merri Popins, Əlvida (1983) Kinoda ölüm (1990) Yəhudi Vendetta (1995) Kasıb qohumlar (2005) Sırf Moskva cinayətləri (2017) Oyunlar (2024) Ümumilikdə, yaradıcılıq fəaliyyətinin uzun illəri ərzində L. Kanevski 50-dən çox film və televiziya serialında rol almışdır.

Mükafatlar

RSFSR əməkdar artisti (1984) "Rusiya Daxili İşlər Nazirliyinə kömək üçün" döş nişanı (2002) Dostluq ordeni - milli mədəniyyət və incəsənətin inkişafındakı xidmətlərinə və uzun illər səmərəli fəaliyyətinə görə (20 aprel 2010)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Aktyorlar Kateqoriya:1939-cu ildə doğulanlar Kateqoriya:Rusiya kinorejissorları Kateqoriya:Rusiya aktyorları Kateqoriya:SSRİ aktyorları Kateqoriya:Rusiyanın televiziya aparıcıları Kateqoriya:SSRİ yəhudiləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr aktyorları