thumb|2020-ci ildə Tailandda keçirilən etirazlar zamanı Demokratiya abidəsinin qarşısında üçbarmaq salamı verən etirazçılar Üçbarmaqlı salam — şəhadət, orta və adsız barmaqların qaldırıldığı, baş barmağın isə çeçələ barmağa sıxıldığı və ovuc çölə baxmaqla əlin salamlaşma işarəsi kimi qaldırıldığı jest. Bu jest 2010-cu illərdə "Aclıq oyunları" əsərində inqilab rəmzi kimi istifadə edildikdən sonra geniş yayılmışdır. Jestdən, xüsusilə Tayland və Myanmada, eləcə də Honkonq da daxil olmaqla digər ölkələrdə demokratiya tərəfdarı etiraz hərəkatlarında iştirak edən etirazçılar istifadə edilib.

Mənşəyi Bu jest 2010-cu illərdə Suzan Kollins tərəfindən yazılmış bədii kitablar və onların əsasında çəkilmiş filmlər silsiləsi olan "Aclıq oyunları" vasitəsilə geniş yayılmışdır. Jest daha əvvəl mövcud olmuş skaut salamı, eləcə də Tryzub simvolunu təqlid edən Ukrayna salamı kimi jestlərə bənzəyir. Bununla belə, həmin jestlərin Kollinsin yaratdığı variant üçün ilham mənbəyi olub-olmadığı məlum deyil.

"Aclıq oyunları"nda bu jest sol əlin orta üç barmağını dodaqlara toxundurmaqla, sonra isə əli yuxarı qaldırmaqla edilir. Jest ilk dəfə seriyanın birinci kitabında və filmində, 12-ci rayonun sakinləri bacısının əvəzinə Aclıq oyunlarında iştirak etməyə könüllü olan Katnis Everdini salamlayarkən görünür. Daha sonra seriyanın ikinci hissəsində ("Alovlanma") qaliblərin turu zamanı izdihamdakı yaşlı bir kişi Katnisi bu jestlə salamlayır. Bundan sonra jest, Katnissin ilk Aclıq oyunlarında fitlə səsləndirdiyi mokinqcey () nəğməsi ilə birlikdə inqilab rəmzinə çevrilir.

İstinadlar

Kateqoriya:Azadlıq simvolları Kateqoriya:Əl jestləri