Şahin Bəy və ya Məhəmməd Səid (; ) — Türkiyə hərbçisi, Türkiyənin xalq qəhrəmanı. Türkiyə İstiqlaliyyət müharibəsi zamanı Antep (hal-hazırda Qaziantep) müdafiəsinin ən vacib simalarından və xalq qəhrəmanlarından biri olub. O, Fransız işğalçı qüvvələrinə qarşı müqavimətə rəhbərlik etmiş və Antep müdafiəsinin simvoluna çevrilmişdir.

Həyatı Məhəmməd Səidin Antepin Bostancı məhəlləsində çeçen mənşəli ailədə doğulduğu geniş qəbul edilir. Həmçinin onun əslində Zilif kəndində (müasir Suriyanın şimal-qərbindəki Əl-Bab rayonunda) anadan olduğu və türkmanların Elbəyli tayfasına mənsub olduğu da iddia edilir.

Valideynləri Abdullah və Ayyuş idi. Atası çox gənc yaşlarında vəfat etdiyi üçün onu dayısı böyütmüşdür. 1902-ci ildə Zeynəb adında qadınla ailə qurmuş və daha sonra iki övladı dünyaya gəlmişdir: Məhəmməd Xeyri və Məhəmməd Səid.

Osmanlı ordusunda Şahin Bəy 1899-cu ildən başlayaraq Osmanlı imperiyası uğrunda çoxlu döyüşlərdə fəal iştirak etməyə başlayıb. O, bölgənin nəzarətini osmanlılardan almağa çalışan yerli imamlara qarşı döyüşmək üçün Yəmənə göndərildi. Onun göstərdiyi xidmət sayəsində Osmanlı imperiyasının Birinci Dünya müharibəsindən sonra süqutuna qədər Yəmənə nəzarət etməsinə kömək etdi.

Daha sonra, 1911-ci ildə Osmanlı torpaqlarını işğalçı İtaliya qüvvələrindən müdafiə etmək üçün könüllü olaraq Osmanlı Tripolitaniyasına getdi. Osmanlı tərəfi üçün uğurlu başlanğıcdan sonra İtaliya–Osmanlı müharibəsi nəticədə İtaliyanın qələbəsi ilə başa çatdı. Bu nəticə Şimali Afrikadakı Osmanlı varlığına tamamilə son qoydu. Məğlubiyyətdən məyus olan Şahin Bəy İstanbula qayıtdı və dərhal Balkan cəbhəsinə göndərildi. Orada da onu başqa bir məğlubiyyət gözləyirdi. Birinci Balkan müharibəsindən sonra türklər Avropadakı torpaqlarının demək olar ki, hamısını itirdilər.

Şahin Bəyin Qərb cəbhəsinə qayıdışı Osmanlı imperiyasının İttifaq dövlətləri tərəfində Birinci Dünya müharibəsinə qoşulmasından sonra baş tutdu. O, imperiyanın müttəfiqlərinə kömək etmək üçün Qalisiya cəbhəsinə göndərildi. Daha sonra müharibənin Yaxın Şərq cəbhəsinə, xüsusən də 1917-ci ildə Sinaya keçirildi. O, burada Osmanlı-Alman ittifaqının növbəti məğlubiyyəti ilə nəticələnən Sinay və Fələstin əməliyyatında iştirak etdi. Şahin Bəy Britaniya qüvvələrinə əsir düşdü və 1919-cu ilə qədər azad edilmədi.

1919-cu ildə doğma vətəninə — Türkiyənin cənub-mərkəzi bölgəsinə qayıtdıqda, Kilis ilə Qaziantep arasındakı mühüm yola nəzarət etmək vəzifəsi ilə Osmanlı ordusunun nümayəndəsi oldu. O, burada Birinci Dünya müharibəsinin ağır və əlverişsiz nəticələrinin şahidi oldu.Efe, A., ANTEP SAVUNMASI: BİR ALBAYIN HATIRATI. A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi, Sayı: 53,, S:221-253, 2015. URL:http://www.turkiyatjournal.com/Makaleler/1249974155_12-%20Ayd%C4%B1n%20EFE%20TAMAM.pdf . Erişim: 2017-01-14

İstiqlaliyyət müharibəsində 1919-cu il işğalçı Müttəfiq dövlətlərə qarşı Türkiyə İstiqlaliyyət müharibəsi üçün mühüm bir il oldu. Mustafa Kamal Anadoluda üsyan başlatdı və fransızlar Şahin Bəyin doğma torpaqlarını işğal etməyə başladılar. Şahin Bəy azadlıq ruhuna qoşulmaq qərarına gəldi və yerli inqilabçıların rəhbərinə çevrildi.Akçora, E., Kilis’in Antep Müdafaasındaki Yeri. Atatürk Kültür, Dil ve Tarih Yüksek Kurumu Atatürk Araştırma Merkezi. URL:http://www.atam.gov.tr/dergi/sayi-31/kilisin-antep-mudafaasindaki-yeri . Erişim: 2017-01-14

Fransa–Türkiyə müharibəsinin iştirakçısına çevrildi. O, silahdaşlarının Maraş döyüşündə etdiyi kimi, Fransız Ordusunu məğlub edəcəyinə ümid edirdi. Bu məqsədlə, 26 mart 1920-ci il səhər saatlarında Kilisdən Antepə doğru hərəkət edən əsas ordunun ön dəstəsinə — Şarl Jozef Eduard Andreanın qüvvələrinə hücum etdi. Döyüş Türk tərəfinin irəliləməsi ilə başlasa da, əsas Fransız qüvvələrinin döyüş meydanına gəlməsi ilə məğlubiyyətlə nəticələndi. Buna baxmayaraq, Şahin Bəy irəliləyən Andreanın qoşunlarına qarşı döyüşməyə davam etdi və onları Elmalı körpüsündə saxlamağa nail oldu. 28 martda o və döyüşçüləri həlak oldu. Bu da Anri Quronun və Andreanın qüvvələrinin Antep şəhərinə daxil olmasına şərait yaratdı.:en:Selâhattin Âdil, Hayat Mücadeleleri: Selahattin Âdil Paşanın hatıraları, Zafer Matbaası, 1982, p. 339.

Xatirəsi Əsl adı Mehmet Səid olmaqla yanaşı, Urfa yolunda göstərdiyi mübarizəyə görə ona "Şahin Bəy" ləqəbi verilmişdir. Antep müdafiəsində göstərdiyi müstəsna şücaətlərə görə Şahin Bəyin xatirəsinə onun adı Şahinbəy rayonuna verilmişdir.http://www.sahinbey.gov.tr/tarihce Şahinbey Kaymakamlığı Onun həlak olduğu Elmalı körpüsü yaxınlığında, Qaziantep-Kilis avtomobil yolunun 28-ci kilometrliyində xatirə muzey-məqbərəsi (anıt mezar) tikilmişdir.http://gazianteptur.com/tr/index.php/ravanda-turu/sahinbey-anit-mezari Şahinbey Anıt Mezarı

İstinadlar

Xarici keçidlər

Shepard, Dr. Lorin, " Aintab'da Türklərlə Mübarizə ", Current History 14/4 (iyul 1921).

Kateqoriya:Türkiyə İstiqlaliyyət müharibəsi iştirakçıları Kateqoriya:Müharibələrdə və silahlı münaqişələrdə həlak olanlar Kateqoriya:"İstiqlal" medalı ilə təltif olunanlar (Türkiyə)