San-Eskobar — Polşanın Xarici İşlər naziri Vitold Vaşşikovskinin yanlışlığı nəticəsində ortaya çıxmış uydurma ölkə.

Mənşəyi 10 yanvar 2017-ci il tarixində Vaşşikovski jurnalistlərə bildirmişdir ki, Polşanın BMT Təhlükəsizlik Şurasındakı qeyri-daimi yeri uğrunda mübarizə çərçivəsində müxtəlif ölkələrin, o cümlədən bəzi Karib dənizi hövzəsi dövlətlərinin rəsmiləri ilə görüşlər keçirmişdir. O, bu görüşlərin bəzilərinin "bəlkə də diplomatiya tariximizdə ilk dəfə, məsələn, San-Eskobar və ya Beliz kimi ölkələrlə" baş tutduğunu vurğulamışdır."San Escobar: Polish foreign minister's slip invents a country" , BBC"Waszczykowski wymyślił nowe państwo. "Spotkałem się z ministrem San Escobar"" ; Quote from Waszczykowski : "Mamy okazję do prawie 20 spotkań z różnymi ministrami. Z niektórymi, jak np. na Karaibach, po raz pierwszy chyba w historii naszej dyplomacji. Na przykład z takimi krajami jak San Escobar albo Belize. Każdy z tych krajów to jest jeden głos w Zgromadzeniu Ogólnym ONZ"

Hökumətin mətbuat katibi bunun "San-Kristobal i Nieves" (Sent-Kits və Nevis dövlətinin ispan dilindəki adı) əvəzinə səhvən dilə gətirildiyini bildirmişdir. San-Eskobar haqqında xəbərlər dərhal bütün dünyada çoxlu sayda media vasitələrində işıqlandırılmışdır.San Escobar jest już wszędzie. O "nowym sojuszniku Polski" mówią od Rosji po Wielką Brytanię , ("San Escobar is Everywhere Already. The 'New ally of Poland' is Spoken About from Russia to Great Britain "), Gazeta Wyborcza, January 11, 2017

İnternet fenomeni

Ölkə İnternetdə böyük maraq qazanmış və sosial mediada ona dərhal uydurma şəxsiyyət verilmişdir. Bura fotoşəkillər, xəritələr və göy, ağ, yaşıl zolaqlardan, habelə qırmızı üçbucaq daxilində sarı 5 guşəli ulduzdan ibarət bayraq daxil edilmişdir. "Facebook" səhifəsi "Razem" siyasi partiyasının üzvü Yarek Kubitski tərəfindən yaradılmışdır.

Bir gün ərzində #SanEscobar heşteqi 2 milyondan çox insan tərəfindən izlənilmiş və "Twitter"in Polşa seqmentində ən məşhur mövzuya çevrilmişdir. San-Eskobar həmçinin hərbi attaşenin təyin edilməsi və ya ölkənin gözəl ekologiyası haqqında zarafatcıl xəbər reportajlarının mövzusuna çevrilmişdir. Bu zarafatların böyük hissəsi "Narcos" teleserialı sayəsində məşhurlaşan narkobaron Pablo Eskobar obrazı üzərində qurulmuşdur.

"República Popular Democrática de San Escobar" (@rpdsanescobar) adından açılmış "Twitter" hesabı yaradıldıqdan qısa müddət sonra populyarlıq qazanmışdır. Hesab Vaşşikovskini cəhdlərində tam dəstəklədiyini bəyan etmiş, ispan və ingilis dillərində müxtəlif xəbərlər yaymış, o cümlədən Sent-Kits və Nevisə qınaq ünvanlamışdır: Polşa mətbuat katibinin düzəlişi Polşa–San-Eskobar münasibətlərini pozmaq cəhdi kimi qiymətləndirilmişdir. San-Eskobar həmçinin "San Escobar Times" adlı qəzet nəşr etməyə başlamışdır.

San-Eskobar "El Niño Airlines" vasitəsilə məşhur səyahət məkanına çevrilmişdir. Bir müddət Polşadakı "A może rzucić to wszystko i wyjechać w Bieszczady" deyiminə istinadən yaradılmış "A może rzucić to wszystko i polecieć do San Escobar?" ("Bəlkə hər şeyi atıb San-Eskobara uçum?") ifadəsi geniş yayılmışdır. "Fru" bilet satışı servisi San-Eskobara yalnız bir tərəfli biletlərin olduğunu yazmışdır. "Narcos" serialının yaradıcısı olan "Netflix" də artıq satılacaq təyyarə biletlərinə malik olduğunu iddia etmişdir. Qısa müddətdə San-Eskobardakı siyasi və digər qurumlar üçün də accounts yaradılmışdır. Bura uydurma ölkənin hökumətinə qarşı partizan müharibəsi aparan "El Frente Comunista de San Escobar" (San-Eskobar Kommunist Cəbhəsi) daxil idi.San Escobar: How Poland’s foreign minister helped create a fake country - Washington Post

Vaşçikovski tez bir zamanda müxtəlif isteza formalarının hədəfinə çevrilmişdir. Məsələn, bir qəzet Vaşşikovskinin nəzərdən keçirməsi üçün San-Serriffe və ya müxtəlif mikrodövlətlər kimi digər ölkə təkliflərini dərc etmişdir."San Escobar przetarł drogę. Na spotkanie z ministrem Waszczykowskim czekają przedstawiciele innych nieistniejących państw" ,Gazeta Wyborcza January 11, 2017

20 yanvar 2017-ci il tarixində "Comedy Central Poland" animasiya personajı Erik Kartman ("South Park") tərəfindən oxunan San-Eskobar himnini qeydə almışdır.Hymn San Escobar – Comedy Central Polska

2017-ci ildə Vaşşikovski Polşa ictimai xadiminin ən təəccüblü və ya gülməli ifadəsinə görə "Polskie Radio Program III" dinləyicilərinin sorğusunda "Gümüş dodaqlar" mükafatını qazanmışdır. Mükafatı qəbul edərkən Vaşçikovski "Mən daha çox Coğrafiya Cəmiyyətindən bir təşəkkür məktubu gözləyirdim. Lakin o gəlmədi" deyə şərh vermişdir. San-Eskobar fenomeni elmi məqalənin də mövzusu olmuşdur.Ewa Badyda, Lucyna Warda-Radys. Santo Subito, Bimberro Grande i Pico de Waszczykowski (2017 m) – wykreowany w przestrzeni Internetu fikcyjny kraj San Escobar (wpływ kontekstu na strukturę pojęcia) [Santo Subito, Bimberro Grande and Pico de Waszczykowski (2017 m) – a fictional country of San Escobar created in the Internet space (the impact of the context on the concept’s structure)]. „Media, biznes, kultura. Dziennikarstwo i komunikacja społeczna”, p. 93–106, 2017. Uniwersytet Gdański. ISSN 2451-1986 (in Polish)

İstinadlar

Xarici keçidlər

San Escobar on Twitter Map of San Escobar

Kateqoriya:2017-ci ildə Polşa Kateqoriya:İnternet yumoru Kateqoriya:Polşanın xarici siyasəti Kateqoriya:Sent-Kits və Nevisin xarici siyasəti Kateqoriya:Virtual dövlətlər