Bəni-Lihyan yürüşü — hicri təqvimlə 6-cı ilin rəbiüləvvəl və ya cəmadiyələvvəl ayında, miladi təqvimlə 627-ci ilin sentyabr ayında baş vermiş hərbi münaqişə.Note: Book contains a list of battles of Muhammad in Arabic, English translation available here
Zəmin İslam peyğəmbəri Məhəmməd Rəci yürüşü zamanı 10 müsəlmanın öldürülməsinə görə ədaləti bərpa etmək istəmişdir. Bəni-Lihyan qəbiləsi Hicazın daxilində, Məkkə sərhədlərində yerləşirdi. Bir tərəfdən müsəlmanlar, digər tərəfdən isə qureyş və digər ərəb qəbilələri arasında köklü qan davası mövcud idi.
Müttəfiq qüvvələrin koalisiyası süqut etdikdə və onlar zəifləyərək əlverişsiz qüvvələr nisbəti ilə barışmağa məcbur olduqda, Məhəmməd bu fürsətdən istifadə edərək Bəni-Lihyan qəbiləsindən qisas almaq vaxtının çatdığına qərar vermişdir.
Yürüş Məhəmməd hicri 6-cı ilin rəbiüləvvəl və ya cəmadiyələvvəl ayında (miladi 627-ci ilin iyul ayı) 200 müsəlman döyüşçü ilə yola çıxmış və hədəfin Suriya olduğu təəssüratını yaratdıqdan sonra sürətlə istiqaməti Rəci yürüşündə 10 müsəlmanın öldürüldüyü Bətnül-Qərran bölgəsinə tərəf dəyişdirmişdir. Təhlükəyə qarşı ayıq-sayıq olan Bəni-Lihyan qəbiləsi onun qoşun yeritməsi barədə xəbər tutan kimi dərhal yaxınlıqdakı dağ zirvələrinə qaçmış və bununla da nəzarətdən kənarda qalmışdır. Məhəmməd qayıdış yolunda hərbi qüdrətinin artdığını vasitəli şəkildə nümayiş etdirmək məqsədilə qureyş məskənlərinin yaxınlığındakı Kurəül-Qəmim adlı əraziyə 10 süvaridən ibarət dəstə göndərmişdir. Bütün bu toqquşmalar 14 gün davam etmiş, bundan sonra o, geri qayıtmışdır.
İstinadlar
Kateqoriya:627 Kateqoriya:Məhəmmədin yürüşləri