Imael Angel və ya əsl adı ilə Bernadett Qanqo () — Macarıstan spiritual şəfaçısı və musiqi prodüseri.
Həyatı Bernadett Qanqo Londonda yaşayır və orada spiritual şəfaçı, eləcə də reyki müəllimi kimi fəaliyyət gösterir. O, "Imael Angel" təxəllüsü altında "Suno AI" və "Udio" süni intellekt proqramlarının köməyi ilə proqramlaşdırdığı dip-haus üslubunda mahnılar buraxır. Digər layihələri ilə yanaşı, o, "Hugel" tərəfindən Ultra Neytin vokalı ilə yenidən işlənmiş və yay hitinə çevrilmiş "Movin’ to the Sun" mahnısının orijinal trekini ərsəyə gətirmişdir. "Movin’ to the Sun" uğurundan sonra onun daha əvvəl ərsəyə gətirdiyi "Bad Times" kompozisiyası da ilin payızında çartlarda böyük uğur qazanmışdır.
İstinadlar
Kateqoriya:Macarıstan musiqiçiləri