Bolsena — İtaliyanın şimalında, Latsio regionunun Viterbo əyalətində, Bolsena gölünün şərq sahilində yerləşən şəhərdir. Şəhər Montefiyaskonedən 10 km şimal-şimal-qərbdə, Viterbodan isə 36 km şimal-qərbdə yerləşir. Qədim Kassiya yolunun müasir davamı olan SR143 avtomobil yolu gölün sahili boyunca uzanır və Bolsena şəhərindən keçir. Bolsena şəhəri Evxaristiya möcüzəsinin baş verdiyi yer kimi tanınır. Bu hadisə ilə əlaqədar Corpus Domini bayramı bütün Katolik kilsəsində qeyd olunmağa başlamışdır.

Tarixi thumb|left|Bolsena qalası Bolsena şəhərinin qədim Roma şəhəri Volsiniinin varisi olduğu ümumiyyətlə qəbul edilir. Bu şəhər bəzən onu qədim etrusk şəhərindən fərqləndirmək üçün Volsinii Novi — Yeni Volsinii adlandırılır. Bununla belə, alimlər arasında Volsiniinin qədim etrusk şəhəri Velzna və ya Velsuna ilə eyni yer olub-olmaması barədə fikir ayrılığı mövcuddur. Həmin şəhərin yerləşdiyi digər ehtimal olunan məkan isə 20 km şimal-şərqdəki Orvietodur.

Corc Dennis Bolsena şəhərində etrusk mədəniyyətinə xas xüsusiyyətlərin olmadığını qeyd edirdi. Məsələn, etrusk şəhərləri müdafiə üçün əlverişli sıldırım qayalıqlar üzərində salınırdı, lakin qalanın yerləşdiyi təpə belə xüsusiyyətə malik deyil. Roma tarixçisi Böyük Plini yazırdı ki, Marsın göndərdiyi ildırım Toskananın ən zəngin şəhəri olan Bolsena üzərinə düşmüş və şəhəri tamamilə yandırmışdı.Pliny the Elder, Natural History, II,18 Bundan sonra əhali başqa yerə köçmüşdür. Dennis bu yeni məskənin indiki Bolsena olduğunu düşünürdü. Yeni şəhər əvvəlki şəhərin adını daşıdığı üçün Roma dövründəki Bolsena etrusk mənşəli adını qoruyub saxlamışdır. Dennis ətrafdakı bir neçə qayalıq ərazini, o cümlədən Orvietonu mümkün məkanlar kimi nəzərdən keçirsə də, Orvietonun çox uzaqda yerləşdiyini düşünərək bu ehtimalı üstün tutmurdu.

Etrusk məzarları Bolsena ətrafında çoxsaylı etrusk məzarları aşkar edilmişdir. Bu məzarlardan tapılan dəfn əşyaları hazırda İtaliyada və digər ölkələrdə saxlanılır. Onların arasında Britaniya Muzeyində nümayiş etdirilən zəngin kolleksiya da var.British Museum Collection

Möcüzə Bolsena 1263-cü ildə Müqəddəs Kristina bazilikasında baş verdiyi deyilən möcüzə ilə tanınır. Transubstansiasiya təliminə şübhə ilə yanaşan bohemiyalı bir keşişin ayin zamanı təqdis etdiyi çörəkdən qan axdığını gördüyü bildirilir. Bu hadisənin xatirəsinə sonradan Orvieto kafedralı tikilmiş və Bolsena korporalı 1337–1338-ci illərdə sienalı zərgər Uqolino di Vieri tərəfindən hazırlanmış relikvaridə burada saxlanılmışdır.

Rafael Santi və onun məktəbi tərəfindən çəkilmiş məşhur Bolsena ayini freskası Vatikandakı Rafael otaqlarının birində yerləşir və bu hadisəni təsvir edir.

ABŞ Hərbi Dəniz Qüvvələrinin bazası ABŞ Hərbi Dəniz Qüvvələri 21 fevral 1918-ci ildə Birinci Dünya müharibəsi zamanı hidroplanların istismarı üçün Bolsena şəhərində dəniz aviasiya stansiyası yaratmışdır. Baza Kоmpyеn sülh sazişindən qısa müddət sonra bağlanmışdır.

Digər görməli yerlər Müqəddəs Kristina bazilikası Atılmış daşlar — yaxınlıqdakı qaya quruluşu Palazzo del Drago — Rafaelle da Montelupo və Simone Moska tərəfindən layihələndirilmiş İntibah dövrünə aid saray.Hotel Palazzo del Drago website. Müqəddəs Kristina kilsəsi

İstinadlar

Əlavə oxu Bell, Sinclair və Alexandra A. Carpino (red.). 2016. A Companion to the Etruscans. Blackwell Companions to the Ancient World. Chichester: John Wiley & Sons. Haynes, Sybille. 2000. Etruscan civilization: A cultural history. Los-Anceles: J. Paul Getty Museum. Pallottino, Massimo. 1978. The Etruscans. Bloomington: Indiana University Press. Sprenger, Maia və Gilda Bartoloni. 1983. The Etruscans: Their history, art and architecture. Robert E. Wolf tərəfindən tərcümə edilmişdir. Nyu-York: Harry N. Abrams. Turfa, Jean MacIntosh (red.). 2013. The Etruscan World. Routledge Worlds. Abingdon: Routledge.

Kateqoriya:İtaliya şəhərləri