Bientina — İtaliyanın Toskana regionunda, Piza əyalətində yerləşən şəhər və bələdiyyədir.

Tarixi Bientina adı ilk dəfə 793-cü ildə Blentina formasında qeydə alınmışdır.Bientina adı ilk dəfə 793-cü ildə Blentina formasında qeydə alınmışdır. Ehtimal olunur ki, bu toponim etrusk mənşəli Plitine adından yaranmışdır. Ehtimal olunur ki, bu toponim etrusk mənşəli Plitine adından yaranmışdır.Bientina adı ilk dəfə 793-cü ildə Blentina formasında qeydə alınmışdır. Ehtimal olunur ki, bu toponim etrusk mənşəli Plitine adından yaranmışdır.

Coğrafiyası

Ərazisi Bientina Luka düzənliyi ilə Valdarno vadisi arasında yerləşir. Şəhər Florensiyadan təxminən 50 km qərbdə, Pizadan isə 15 km şərqdə yerləşir.

Bientina aşağıdakı bələdiyyələrlə həmsərhəddir: Altopaşo, Buti, Kalkinaya, Kapanori, Kastelfranko-di-Sotto, Santa-Mariya-a-Monte və Vika-Pisano.

Vaxtilə şəhərin şimalında Toskananın ən böyük gölü olan Bientina gölü yerləşirdi. 1859-cu ildə göl qurudularaq əkin sahələrinə çevrilmişdir.1859-cu ildə Bientina gölü suyun Arno çayının məcrasının altından keçirilərək axıdılmasını təmin edən kanal vasitəsilə qurudulmuş, ərazidəki torpaqların bir hissəsi kənd təsərrüfatı üçün istifadəyə verilmişdir.

Bələdiyyənin ərazisinə Bientina şəhəri ilə yanaşı, Kaççalupi, Puntone, Kvattro Strade və Santa Kolomba yaşayış məntəqələri daxildir.

İqlimi Bientinada Mərkəzi İtaliyanın digər şəhərlərində olduğu kimi Aralıq dənizi iqlimi hakimdir. Dənizdən daha uzaqda yerləşdiyinə görə qışları Piza ilə müqayisədə nisbətən soyuq, yayları isə daha isti keçir.

Şəhərin iqlim təsnifatı D zonasıdır; istilik dərəcəsi göstəricisi 1.856 dərəcə-gündür.

Görməli yerləri

Dini memarlıq San-Domeniko kilsəsi (1621).* Orta əsrlərdə əsası qoyulmuş, XVII əsrin ortalarında genişləndirilərək yenidən qurulmuş Santa-Mariya-Assunta kilsəsi. San-Domeniko kilsəsi (1621). Orta əsrlərdə əsası qoyulmuş, XVII əsrin ortalarında genişləndirilərək yenidən qurulmuş Santa-Mariya-Assunta kilsəsi.* Orta əsrlərdə əsası qoyulmuş, XVII əsrin ortalarında genişləndirilərək yenidən qurulmuş Santa-Mariya-Assunta kilsəsi. San-Domeniko kilsəsi (1621). Santa Kolomba yaşayış məntəqəsində yerləşən Madonna-del-Bosko kilsəsi. 1640-cı ildə inşa edilmiş, hazırda Bientinanın qədim tarixi muzeyinə ev sahibliyi edən San-Cirolamo oratoriyası. XVII əsrə aid San-Pyetro və San-Rokko oratoriyası. XII əsrdə inşa edilmiş, Bientinanın ilk kilsəsi sayılan San-Custo oratoriyası.

Mülki memarlıq Pankani sarayı. XIII əsrə aid La Mora qülləsi. XIII əsrə aid Torre Civica (Torre del Frantoio) qülləsi — mədəni tədbirlərin keçirildiyi məkan. XIII əsrə aid Torre del Cilyo qülləsi. XVII əsrə aid Bələdiyyə Sarayının eyvanlı qalereyası (Loggetta del Palazzo Comunale).

Nəqliyyat

Avtomobil yolları Bientina ərazisindən 439 nömrəli Sarzanese-Valdera əyalət yolu və bir neçə ikinci dərəcəli yol keçir. İctimai nəqliyyat xidmətlərini CTT Nord şirkəti göstərir.

Dəmir yolu 1944-cü ilə qədər şəhərdə Luka–Pontedera dəmir yolu xəttinin stansiyası fəaliyyət göstərirdi. Stansiyanın baxımsız vəziyyətdə olan binası hazırda da 25 nömrəli əsas yolun kənarında qalır.

Tanınmış şəxslər Aldo Puççinelli Qaetano Polidori Con Uilyam Polidori Enriko Rossi

Beynəlxalq əlaqələr Bientina 1997-ci ildən Fransanın Sen-Remi-de-Provans şəhəri ilə qardaşlaşmışdır.

İstinadlar

Kateqoriya:İtaliya şəhərləri