Rəca ibn Həyvə (; ) — Tabiin nəslinə mənsub fəqih, Əməvi dövlət xadimi.

Bioqrafiyası Onun tam adı "Əbül-Miqdəm Rəca ibn Həyvə ibn Cərvəl əl-Kindi", ləqəbi isə "səyyidu əhli-Fələstin"dir. Nisbələri "əş-Şami", "əl-İordani" və ya "əl-Fələstini"dir.

Doğum tarixi naməlumdur. Fələstinin Bisən yaşayış məntəqəsində anadan oldu. Kində qəbiləsinin mövlası idi.

Ubadə ibn əs-Samit, Abdullah ibn Əmr ibn Əs, Ümmüd-Dərda Həcimə bint Huyey, Əbüd-Dərda, Uqbə ibn Amir əl-Cühəni, Əbu Səid əl-Xudri, Əbu Ümamə əl-Bəhili və başqa səhabələrdən təhsil aldı. Onlardan Quran, hədis və fiqh öyrəndi.

Məkhul, Zöhri, Qətadə, Abdullah ibn Əvn və başqaları ondan hədis rəvayət etdi.

Əbdülməlik ibn Mərvan, Vəlid ibn Əbdülməlik, Süleyman ibn Əbdülməlik və Ömər ibn Əbdüləzizin dövlət müşaviri vəzifəsini yerinə yetirib. Mənbələrdə onun Ömər ibn Əbdüləzizin xəlifə seçilməsində mühüm rolu olduğu qeyd olunub.

Rəca ibn Həyvə 730-cu ildə vəfat etdi.

İstinadlar

Kateqoriya:Tabiinlər Kateqoriya:Hədis alimləri Kateqoriya:Fələstinlilər Kateqoriya:VII əsr Əməvi xilafəti şəxsləri