Canər Tumruz oğlu Abbaszadə - (28 sentyabr 2009, Sədərək rayonu, Naxçıvan Muxtar Respublikası) — Azərbaycan karateçisi.Karatesi ilə məşğul olur və ənənəvi karate üzrə milli komandanın üzvüdür.Şotokan karate üzrə Dünya və Avropa çempionatlarında, eləcə də Azərbaycan səviyyəsində keçirilən yarışlarda medal qazanmışdır.

Həyatı

Canər Abbaszadə 28 sentyabr 2009-cu ildə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda anadan olmuşdur. Yeddi yaşından karate ilə məşğul olmağa başlamışdır. İdman fəaliyyətini idman karatesi istiqamətində davam etdirmiş, ənənəvi karate üslubu üzrə yarışlarda iştirak etmişdir.

İdman Fəaliyyəti

2021-ci il

• 5–7 noyabr 2021-ci ildə İstanbulda keçirilən 11-ci Şotokan Dünya Çempionatında bürünc medal qazanmışdır.

2022-ci il

• 20–22 may tarixində Bolqarıstanın Albena və Kranevo bölgələrində keçirilən 12-ci Şotokan Avropa Çempionatında qızıl və gümüş medallara layiq görülmüşdür.

2023-cü il

•15–16 aprel tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş beynəlxalq turnirdə bürünc medal qazanmışdır.

• Həmin ilin 30 noyabr tarixində keçirilən Azərbaycan çempionatında da bürünc medal əldə etmişdir.

2025-ci il

• 21–22 yanvar tarixində keçirilən reytinq turnirində bürünc medal qazanmışdır.

• 21 dekabr tarixində ənənəvi karate üslubu üzrə Azərbaycan çempionatında gümüş medalın sahibi olmuşdur.

İstinadlar