thumb|right|264x264px|Qrafikdə təsviri.
Triklini (, ; τρία — "üç" və κλίνη — "yataq, səhra" sözlərindən yaranıb) — yunan ənənələrinin təsiri ilə ayrı otaq kimi ayrılmış ziyafət zalı, yeməkxana. Romalılar klinilər adlanan yataqlarda uzanaraq yemək yemişdilər. Bir evdə bir neçə triklini ola bilərdi. Triklini adətən P hərfi şəklində yerləşdirilmiş üç yataqdan ibarət olurdu. Əgər onlar iki ədəd olardısa, bu, biklini adlandırıldı.
Qədim romalılar üç tərəfi hər tərəfdə bir ədəd olmaqla yemək kuşetləri ilə əhatə olunmuş kvadrat masa ətrafında yemək yemişdilər. Dördüncü tərəfdə isə yeməklər oradan təqdim olunduğu üçün kuşet olmamışdır. Hər bir kuşetdə üç nəfər uzana bilərdi. Bu, masada ümumilikdə doqquz nəfərin uzana bilməsini təmin edirdi. "Triclinium" sözü təkcə bu üç kuşetin birləşməsini deyil, həm də belə bir "triclinium" yerləşən otağı, yəni yeməkxananı ifadə edə bildiyindən, demək olar ki, yeməkxana əvvəlcə cəmi doqquz nəfər üçün nəzərdə tutulmuşdur.
Sonradan bir yeməkxanada bir neçə triklini də ola bilərdi. Süfrə arxasında yalnız ən qədim dövrlərdə oturmuş, sonrakı dövrlərdə isə həmişə uzanmış və ziyafət iştirakçıları sol dirsəklərinə söykənmişdilər. Yerlərin bölgüsünə görə, yuxarı (summus) və orta (medius) kuşetlər qonaqlar üçün nəzərdə tutulmuş, ən əsilzadə qonaqlar orta kuşetdə uzanmışdılar. Aşağı (imus) kuşet isə ev sahibinə və onun ailəsinə və ya azad edilmiş kölələrindən birinə aid edilmişdir.
Hər bir kuşetdəki üç yerdən ən yaxşısı birinci yer hesab olunmuşdur, çünki o, kuşetin arxalığına ən yaxın yerdə yerləşmişdir. Digər iki nəfər yalnız kuşetin bir qədər yüksəldilmiş ön hissəsinə söykənə bilmişdir. Ev sahibinin özü aşağı kuşetin birinci yerində uzanmışdır. Orta kuşetdə isə ən mühüm və ən hörmətli yer birinci deyil, üçüncü, "locus consularis" adlandırılan yer hesab edilmişdir. Həmin yeri tutan qonaq ev sahibinin yanında yerləşmişdir.
İstinadlar
Kateqoriya:Otaqlar Kateqoriya:Qədim Roma mədəniyyəti Kateqoriya:Qədim Roma mətbəxi Kateqoriya:Növlərinə görə Qədim Roma tikililəri