Kastiliyalı Blanş (; ; ) — Kastiliya kralı VIII Alfonsonun qızı, Fransa kraliçası.
4 mart 1188-ci ildə Palenciada dünyaya gəldi. Atası Kastiliya kralı VIII Alfonso, anası isə İngiltərə kralı II Henrinin qızı Elyanora Plantagenetdir.
1200-cü ildə İngiltərə kralı olan dayısı I Con və Fransa kralı II Filipp arasında bağlanan sülhün şərtinə əsasən, bacısı Urraka kralın oğlu vəliəhd-şahzadə Lüdoviklə nişanlanacaqdı. Ancaq ana-nənəsi Akvitaniyalı Elyanoranın (özü də vaxtilə Fransa kraliçası idi) müdaxiləsiylə, kralın digər qızı Blanş vəliəhdlə nişanlandı. Bir neçə ay sonra ana-nənəsi Akvitaniyalı Elyanora Blanşı da yanına alaraq Fransaya səyahət etdi. Cütlüyün toy mərasimi 23 may 1200-cü ildə baş tutdu. Cütlüyün bu nigahdan 12 övladı doğulsa da, bunlardan yalnız beşi yetkinlik yaşına çata bildi.
Blanş (1205-1209) Filipp (1209-1218) əkiz Alfonso və Con (1213), hər ikisi eyni gün öldü. IX Lüdovik (1214-1270) Robert (1216-1250) Con (1219-1232) Alfonso (1220-1271) Filipp (1222-1234) İzabella (1224-1270), rahibə Etiena (1225-1227) Çarlz (1226-1285)
Ərinin İngiltərə taxtı uğrunda apardığı taxt mübarizəsində onu dəstəklədi. Üstəlik, oğluna dəstək verməkdən imtina edən qaynatasını, övladlarını ingilislərə əsir verməklə hədələyərək ondan hərbi birliklər ala bildi.
Qaynatası II Filippin 1223-cü ildə vəfat etməsinin ardından əri VIII Lüdovik adıyla taxta çıxdı. Beləcə, Fransa kraliçası ünvanını aldı. Ərinin səlib yürüşündən döndüyün eşidib övladlarıyla birlikdə onu qarşılamağa yollansa da, yolda ikən ərinin yoluxduğu dizenteriya infeksiyası səbəbilə öldüyü xəbərini aldı. O əsnada ən böyük oğlu Lüdovik hələ 12 yaşında idi. Bu səbəblə kral naibəsi olaraq seçildi. Baronları mərkəzi hakimiyyətə tabe etmək məqsədilə onlara torpaq və əmlaklar hədiyyə etdi.
Oğlunu 1234-cü ildə Provans qrafı IV Ramonun qızı Marqarita ilə evləndirməsinin ardından saraydakı nüfuzu azaldı. Yeni kraliça Provanslı Marqaritanın saray idarəsini ələ almasının ardından naibəlik dövrü bitdi.
1248-ci ildə oğlu IX Lüdovik yeni bir səlib yürüşünə çıxdı. Beləcə, Blanş yenidən naibə olaraq dövlət idarəsini ələ aldı. Ancaq səfər davam edərkən səhhəti pisləşdi. Ağır vəziyyətdə Parisə gətirilsə də, bir neçə gün sonra 27 noyabr 1252-ci ildə vəfat etdi.
Mənbə
Ədəbiyyat
364
İstinadlar Kateqoriya:Fransanın qadın siyasətçiləri Kateqoriya:XIII əsr Fransa şəxsləri Kateqoriya:XIII əsr xristian müqəddəsləri Kateqoriya:XIII əsr monarxları Kateqoriya:Xristian müqəddəsləri Kateqoriya:Kapetlər sülaləsi Kateqoriya:Katolik müqəddəsləri Kateqoriya:Qadınlar müharibədə Kateqoriya:Orta əsrlər Avropa müharibələrində qadınlar Kateqoriya:XIII əsr Avropa hökmdarları Kateqoriya:IX Lüdovik