İnklinqlər () — Oksford Universitetində 1930–1949-cu illərdə, təxminən iyirmi il ərzində fəaliyyət göstərmiş qeyri-rəsmi ədəbi müzakirə qrupu. İnklinqlər bədii ədəbiyyatda nəqletmənin (süjetin) əhəmiyyətini yüksək qiymətləndirən və fentezi janrında yazmağı təşviq edən ədəbiyyat həvəskarları olmuşdular. Qrupun bir neçə üzvünün əsərlərində xristian dəyərləri öz əksini tapsa da, müzakirə qrupunda dini baxışları olmayan iştirakçılar da yer almışdılar.

Qrup üzvləri İnklinqlər qrupu təxminən 20 nəfəri özündə birləşdirirdi. Qrupun üzvləri, əsasən, Oksfordun ədəbiyyata bu və ya digər dərəcədə yaxın olan akademik dairələrinin nümayəndələri idilər. Onların hamısı yazıçı olmasa da, söhbətlərinin ana xəttini məhz ədəbiyyat təşkil edirdi.

Qrupun əsas nüvəsini C. R. R. Tolkin və K. S. Lyuis təşkil edirdilər. Qrupun yığıncaqlarında digər tanınmış şəxslər də iştirak edirdilər:

Vorren Lyuis — K. S. Lyuisin qardaşı, hərbçi olmuş və mayor rütbəsinə qədər yüksəlmişdir. Müharibə haqqında bir neçə hekayə qələmə almış, qardaşının bəzi əsərlərinin redaktəsini tərəfindən həyata keçirilmişdir. Çarlz Vilyams — yazıçı, şair, ədəbiyyat tənqidçisi və ilahiyyatçı. Karyerasına Oksford Universitetinin mətbəəsində sadə korrektor kimi başlamış, daha sonra redaktor olmuşdur. Uilyamsın ali təhsili olmasa da, çoxillik nəşriyyat və ədəbi fəaliyyətinə görə ona Oksford Universitetinin fəxri incəsənət magistri dərəcəsi verilmişdir. Ouen Barfild — yazıçı, filoloq, antroposof, "Gümüş tütək", "Bu fərqli cütlük" romanlarının və "Dünyadan ayrı", "İrsən keçməyən səs" əsərlərinin müəllifidir.Льюис Клайв, "Настигнут Радостью" K. S. Lyuisin sözlərinə görə, o, "səninlə istənilən mövzuda mübahisə edəcək adam" reputasiyasını qazanmışdır. K. S. Lyuisin yaxın dostu və vəkili olmuşdur.C. S. Lewis, "Surprised by Joy", pp. 199–200 Onun övladlığa götürdüyü qızı Lüsi Barfild K. S. Lyuisin xaç qızı idi və yazıçı "Şir, cadugər və paltar şkafı" povestini məhz ona həsr etmişdir. Kristofer Tolkin — C. R. R. Tolkinin üçüncü və ən kiçik oğlu. Atasının redaktoru kimi tanınır; atasının vəfatından sonra onun qaralamaları əsasında bir neçə əsərini bərpa etmişdir. İkinci Dünya müharibəsi zamanı Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələrində pilot olmuş, daha sonra Oksfordda dilçilik və ingilis ədəbiyyatı üzrə təhsil almışdır. Sonradan Oksford Universitetində ingilis dili müəllimi kimi fəaliyyət göstərmiş (1964–1975-ci illər) və çalışmışdır. Adam Foks — britaniyalı kanonik, şair və bioqraf. Oksford Universitetinin Maqdalena Kollecində ilahiyyat dekanı olmuş, İnklinqlər klubunun ilk üzvlərindən birinə çevrilmişdir, lakin burada əhəmiyyətli rol oynamamışdır. Daha sonra Vestminster abbatlığının kanoniki olmuş və orada, "Şairlər küncü"ndə dəfn edilmişdir. Çarlz Lesli Renn — britaniyalı alim, 1945–1963-cü illərdə Oksford Universitetinin professoru.

İnklinqlər qrupunun üzvlərinin ləqəbləri var idi. Belə ki, dostları C. R. R. Tolkini Tollers ("zənglər"), K. S. Lyuisi Cek, Uorren Lyuisi Uorni, Robert A. Havardı isə Hamfri adlandırırdılar.

Yığıncaqlarda həmçinin Persi Beyts, Kolin Xardi, Ceyms Dandas-Grant, Con Fromke, Con Ueyn, R. Mak-Kallum, Cerveys Metik və K. İ. Stivens də iştirak edirdilər. Bəzən Lyuisin şəxsi dəvəti ilə yığıncaqlarda yazıçı Erik Ryukker Eddison və cənubi afrikalı şair Roy Kempbell də hazır olurdular.

Adı Qrupun adı Oksford Universitetində Edvard Lin tərəfindən yaradılmış və tamamlanmamış əsərlərin ucadan oxunması ilə məşğul olan cəmiyyətlə bağlıdır. Bu cəmiyyət Oksford Universitetinin tələbə və professorlarından, o cümlədən C. R. R. Tolkin və K. S. Lyuisdən ibarət idi. 1933-cü ildə Edvard Lin universiteti tərk etdikdə cəmiyyət öz fəaliyyətini dayandırmış, Tolkin və Lyuis isə bu uğurlu adı Maqdalena Kollecindəki öz qrupları üçün istifadə etmişlər.

Adın özündə söz oyunu gizlənmişdir. Bir tərəfdən, inkling sözü həmişə mürəkkəb () içində olan, yəni yazıçılıqla məşğul olan şəxsə şamil edilir, hərfi mənada isə bu söz "eyham", "üstüörtülü işarə" deməkdir və həmin yazıçının yazacağı əsər haqqında hələlik zəif təsəvvürə malik olduğuna işarə edir.

İstinadlar

Xarici keçidlər Инклинги По материалам "Биографии Толкина" Х. Карпентера Сообщество Инклингов Инклинги Kateqoriya:İnklinqlər Kateqoriya:Con Tolkin Kateqoriya:Ədəbi məclislər Kateqoriya:1930-cu illərdə yarananlar Kateqoriya:1950-ci illərdə ləğv olunanlar Kateqoriya:Britaniya dilçiləri Kateqoriya:İngilis dilində ədəbiyyat