Danimarkalı İngeborq (; ) — Danimarka kralı IV Valdemarın qızı, Meklenburq şahzadəsi. Ərinin taxta çıxmasından öncə vəfat etdiyi üçün heç vaxt hersoginya ünvanı daşımadı.

1347-ci ildə dünyaya gəldi. Atası Danimarka kralı IV Valdemar, anası isə Şlezviqli Helvikdir. Anasının göz həbsində tutulduğu Soborq qalasında dünyaya gəldi.

Meklenburq hersoqu II Albertin oğlu 13 yaşlı Henriylə nişanlanan bacısı Marqarita 5 yaşında ikən vəfat etdi. Bu səbəblə, ittifaqı davam etdirmək üçün 23 oktyabr 1350-ci ildə İngeborq gənc vəliəhdlə nişanlandı. Bu əsnada vəliəhdin 13, İngeborqun isə 3 yaşı vardı. Cütlüyün toy mərasimi isə gəlinin yetkinlik yaşına çatdığı 1362-ci ildə baş tutdu. Cütlüyün bu nigahdan 4 övladı doğuldu.

Eyfemiya (1363-1400) IV Albert (1362-1388) Mariya (1363-1403) İngeborq (1368-1408)

1363-cü ildə böyük qardaşı vəliəhd Kristoferin ölümündən sonra atasının yaşca ən böyük qızı olaraq Danimarka taxt-tacının varisi oldu. Ancaq Danimarkada kral zadəganların seçimiylə təyin olunurdu. Üstəlik, İngeborq atasından uzun yaşamadı. 1370-ci ildə vəfat etdi. Ölümünün doğuş əsnasında olması ehtimal olunur.

Mənbə

Ədəbiyyat

Our Family History and Ancestry. Ingeborg Valdemarsdatter, Prinsesse of Denmark