Proto-faşizm — faşizmin əsasını təşkil edən və onun sələfi olmaqla ona birbaşa təsir edən ideologiyaları və mədəni hərəkatları ifadə edir. Protofaşizm termini, faşizmin yaranmasını ehtimal edən mənada olmaqla bərabər bir çox siyasi hərəkata aid etmək üçün bir az daha ümumi mənada da istifadə olunur.

Faşizmdən əvvəlki protofaşist hərəkatlar faşist ideologiyasının bəzi ümumi xüsusiyyətlərini, məsələn, etnik və ya dini azlıqların günah keçisi kimi qəbul edilməsini, zorakılığın təriflənməsini, partiyanın və dövlətin mütləq gücə malik vahid liderinə sahib olması inancını özündə cəmləşdirirdi, lakin faşizmin bəzi xüsusiyyətlərini nümayiş etdirmirdi, məsələn, daha az radikal idi və ya totalitar ambisiyalardan məhrum idi.

Müasir siyasətlə bağlı danışılarsa, protofaşist termini müəyyən cəhətdən faşist hərəkatlarına bənzəyən, lakin qəti şəkildə neofaşizm kimi təyin edilməyən hərəkatlara aid edilir.

Tarixi hərəkatlar

Finlandiya Finlandiya vətəndaş müharibəsi zorakı mübarizə üçün konkret bir arena təqdim etdi və müharibədən sonrakı qisas və təmizləmələr xilas olmaq üçün zorakılıq yolu ilə yeni bir cəmiyyətin yaranması üçün zəmin yaratdı. Fin proto-faşistləri mütləq anti-kommunist Ağ qvardiyasının üzvləri idilər. Ağ Qvardiyanın ideoloqu Martti Pihkala (1882–1966) protofaşizmin bariz nümunəsi hesab olunur. Faşizm tədqiqatçısı Rocer Qriffin Finlandiyada Akademik Kareliya Cəmiyyətini protofaşist adlandırmışdır.

Fransa Fransız proto-faşizmi 19-cu əsrin sonlarında müharibələrarası faşist liqalarının öncülü olan Fin de siecie millətçi, ksenofob və anti-liberal cərəyanlardan yaranmışdır. Dreyfus işi antisemitik və parlament əleyhinə qüvvələri canlandırdı və ifrat sağçılar üçün modellər təklif etdi. Georges Sorel kimi mütəfəkkirlər anti-burjua zorakılıq və mif kultu yaratdılar, Şarl Morrasın Fransa Hərəkatı əsəri isə inteqral millətçiliyi, monarxizmi və Fransa Respublikasına faşizmi birləşdirdi. Yuxarıda qeyd olunan hərəkatlar Bulanje və inqilabi sindikalizmlə birlikdə sonrakı faşist birlikləri və 6 fevral 1934-cü il böhranı kimi hadisələr üçün ideoloji zəmin yaratdı.

Almaniya Almaniyada 19-cu əsrin sonlarında yaranan xalq hərəkatı nasist faşizminin sələflərindən biri kimi qəbul edilir. Birinci Dünya müharibəsindən sonra Veymar Respublikasının proto-faşist hərəkatlarına 1918-ci il Alman İnqilabı ilə Nasistlərin hakimiyyəti ələ keçirməsi arasında solçularla mübarizə aparan Fraykor milisləri, Birinci Dünya Müharibəsi veteranları təşkilatı olan revanşist və avtoritar millətçi Stahlhelm, Alman Milli Ticarət İşçiləri Assosiasiyası, Almaniya Milli Xalq Partiyası aid olunur. Bu hərbi birləşmələrin bir çoxu nasistlərin hakimiyyəti ələ keçirməsindən sonra Nasional Sosialist Alman Fəhlə Partiyasının Hücum dəstələri və Mühafizə dəstəsi kimi hərbi birləşmələrində birləşdilər.

İtaliya Məşhur proto-faşist fiqurlarından biri, 20-ci əsrin birinci yarısında Benito Mussoliniyə və İtaliya faşizminə təsir edən italyan millətçisi Qabriele Dannunsiodur. Birinci Dünya müharibəsindən sonra Dannunsio Riyeka limanını işğal edən və İtaliyanın Karnaro Regensiyasını elan edən bir qrup Arditi könüllülərinə rəhbərlik etdi. İtalyan Millətçi Assosiasiyası avtoritar korporatist millətçi dövləti müdafiə edən təşkilat da nüfuzlu proto-faşist təşkilatı hesab olunur. Filippo Tommaso Marinetti kimi şəxsiyyətlərin rəhbərlik etdiyi incəsənət və mədəniyyət sahəsindəki futurizm hərəkatı da faşizmin radikal millətçilik və zorakılıq, dağıntı və müharibə kultu kimi müəyyən əsas xüsusiyyətlərini nümayiş etdirirdi.

İtalyan Millətçi Assosiasiyası (İMA) İtaliyada proto-faşizmin əsasını qoyanlardan biri idi və Benito Mussolininin sonradan möhkəmləndirəcəyi ideoloji və hərbiləşdirilmiş təməllər üçün zəmin yaratdı. 1910-cu ildə Enriko Korradini və Alfredo Rokko kimi şəxslər tərəfindən qurulan İMA liberalizmi və parlamentar rejimi rədd edərək avtoritarizm və korporatizmin lehinə çıxış etdi. Onun hərbiləşdirilmiş qanadı olan Mavi Köynəklər faşist Qara köynəklilərdən əvvəl mövcud olmuş və İtalyan irredentizmi və müstəmləkə genişlənməsini təşviq etmək üçün siyasi zorakılıqla məşğul olmuşdur. İMA əvvəlcə erkən kütləvi faşist hərəkatından daha elitar və monarxist olsa da, onun proletar milləti və totalitarizm strukturun zəruriliyi haqqında nəzəriyyələri rejim üçün intellektual əsas təmin edirdi. Assosiasiyanın protofaşist qüvvə kimi 1923-cü ildə Milli Faşist Partiyasına birləşərək rəhbərliyini və hərbiləşdirilmiş dəstələrini birbaşa faşist dövlət aparatına inteqrasiya etdirməklə möhkəmləndi.

Rusiya Rusiya imperiyasında çarizm tərəfdarı irtica qruplar, xüsusən də Qarayüzlər hərəkatı və Rus Xalqı Birliyi () xüsusiyyətlərinə görə protofaşist kimi qəbul edilmişdir.

Yaponiya Bəzi alimlərə görə, itaətkarlıq, kooperasiya və həmrəylik ənənəsinə malik Yaponiya artıq ən azı protofaşist və protototalitar ruha malik idi, buna görə də İtaliya və Almaniyadan fərqli olaraq, 1930-cu illərin sonlarında köklü dəyişiklik etmədən totalitar münasibəti qəbul edə bildi. Meydzi dövründə Qərb üslubunda modernləşmə nəzəriyyəsini müdafiə edən liberal Oka şuqi () ilə modernləşməni tənqid edən millətçi Qərb əleyhdarı Kokusui şuqi () arasında toqquşma baş vermişdir. Sonuncu sonradan Yapon faşizminin və ya Kokka şuqinin () ideoloji təməlinə çevrilmiş və proto-faşizm hesab olunur. Kokusui şuqi Bansei ikkei imperatorunu və xalqı-milləti, tarixi bir icma kimi mütləqləşdirir.

Gen yosha (1879-cu ildə təsis edilib) və Qara əjdaha cəmiyyəti (1901-ci ildə təsis edilib) təmsilçi proto-faşist təşkilatlarıdır.

ABŞ ABŞ-da proto-faşizm XIX əsrə gedib çıxır və kökləri Müharibədən əvvəlki Cənubda və Amerika Konfederativ Ştatlarına, köləliyə, Cənubi ABŞ Qara Məcəllələrinin və Cim Krou qanunlarının qəbul edilməsinə, ABŞ-da Evgenika diskursunun yüksəlişinə və ABŞ-yə immiqrasiyaya qarşı ksenofob düşmənçiliyin güclənməsinə gətirib çıxarırdı.

20-ci əsrin əvvəllərində ABŞ-da müasir tarixçilərin faşist təşkilatları kimi təsnif etdiyi bir neçə qrup yarandı - bunlardan ən məşhuru Ku Kluks Klandır.

İstinadlar

Kateqoriya:Faşizm Kateqoriya:Antisemitizm Kateqoriya:Proto-faşizm