Danimarkalı Sofiya Maqdalena (; ) — Danimarka kralı V Fridrixin qızı, İsveç kraliçası.
3 iyul 1746-cı ildə Kopenhagendə doğuldu. Atası Danimarka kralı V Fridrix, anası isə Britaniya kralı II Georqun qızı Luizadır. Böyük qardaşı Kristianın 1747-ci ildəki ölümündən kiçik qardaşı Kristianın doğulduğu 1749-cu ilədək taxt varisi oldu. Evləndiyi tarixədək taxt sıralamasında ikinci yeri tutmağa davam etdi.
1751-ci ilin yazında İsveç taxtının varisi vəliəhd-şahzadə Qustavla nişanlandırıldı və gələcəyin kraliçası kimi yetişdirildi. Anasının erkən yaşda vəfatının ardından ögey anası tərəfindən qatı dindar şəkildə böyüdüldü. Gələcək qaynanası İsveç kraliçası Luiza Ulrika bu nişanı pozmaq üçün əlindən gələni etdi. Qardaşı Prussiya kralı II Fridrixdən və rus çariçası Böyük Yekaterinadan yardım istəsə də, kraliçanın siyasi nüfuzunu qırmaq istəyən parlament buna mane oldu. Anasının himayəsindən xilas olmaq və onun siyasi nüfuzunu azaltmaq istəyən vəliəhd-şahzadə Qustav isə 3 aprel 1766-cı ildə nişan andlaşmasını yenilədi və şənliklərlə təntənəli qeyd etdi.
Cütlüyün formal nigahı 1 oktyabr 1766-cı ildə Kopenhagendə bağlandı. Ardından gəmiylə yola düşən Sofiya Maqdalena İsveç sahillərindən atılan top atəşləriylə qarşılandı. 4 noyabr 1766-cı ildə isə paytaxt Stokholma daxil olan cütlüyün toy mərasimi həmin gün baş tutdu. Qaynatasının vəfatının ardından 1771-ci ildə əri III Qustav adıyla taxta çıxdı. Beləcə, İsveç kraliçası ünvanı aldı. Cütlüyün tacqoyma mərasimi isə ertəsil 29 mayda Stokholmda baş tutdu.
Mənbə Ədəbiyyat
İstinadlar
Kateqoriya:XIX əsr Danimarka şəxsləri Kateqoriya:XVIII əsr şəxsləri Kateqoriya:Norveç şahzadələri