Silviya Renat Sommerlat (; ) — İsveç kraliçası.

23 dekabr 1943-cü ildə Heydelberqdə dünyaya gəldi. Atası alman əsilli biznesmen Volter Sommerlat, anası isə onun Braziliya əsilli xanımı Alis Soares Toledodur. Hələ 4 yaşında ikən ailəsi Braziliyaya köçdü və bu səbəblə, uşaqlıq illəri burada keçdi. İlk təhsilini San-Pauluda aldı.

1957-ci ildə ailəsiylə birlikdə Almaniyaya döndü. Düsseldorfda təhsilini davam etdirdi və 1963-cü ildə məzun oldu. 1965-1969-cu illərdə ispan dilli sinxron tərcüməçilik üzrə təhsil aldı. Ana dili olan alman və portuqal dilləriylə yanaşı, ingilis, ispan və fransız dillərini öyrəndi. Sonradan öyrəndiyi İsveç diliylə birlikdə, toplam 6 dil bilməkdədir.

Bir müddət Münxendəki Argentina konsulluğunda çalışdı. Münxendə keçirilən 1972 Yay Olimpiya oyunları əsnasında İsveç kralı VI Qustavın nəvəsi vəliəhd-şahzadə Karl Qustavla tanış oldu. Saray ənənələrinə görə, şahzadələrdən biri sadə bir vətəndaşla evlənə bilməzdi. Ancaq bu qadağa monarxlara aid edilmirdi.

Beləcə, vəliəhd babasının vəfatının ardından 1973-cü ildə XVI Karl Qustav adıyla taxta çıxdı. 3 il sonra 12 mart 1976-cı ildə cütlük nişanlandıqlarını elan etdilər. Cütlüyün toy mərasimi isə 19 iyun 1976-cı ildə Stokholmda baş tutdu. Cütlüyün bu nigahdan 3 övladı doğuldu.

Viktoriya (1977-) Karl Filipp (1979-) Medlin Tereza (1982-)

2021-ci ilin fevralında yıxılaraq sağ əl biləyini qırdı və xəstəxanaya aparıldı.

Mənbə

İstinadlar Kateqoriya:Bernadotlar Kateqoriya:XX əsr Almaniya şəxsləri Kateqoriya:XX əsr monarxları Kateqoriya:XXI əsr monarxları Kateqoriya:Almaniya protestantları Kateqoriya:Xeyriyyəçilər Kateqoriya:İnsan hüquqları aktivistləri Kateqoriya:Kraliça-həyat yoldaşları Kateqoriya:Poçt markalarında şəxslər