Sənə deyəsi o qədər sözüm var ki... () — ABŞ yazıçısı Selesta İnqin 2014-cü ildə nəşr olunmuş romanıdır. Əsər yazıçının ilk romanıdır və 1970-ci illərdə ABŞ-ın Ohayo ştatında yaşayan çin-amerikan ailənin həyatından bəhs edir. Romanın hadisələri ailənin ortancıl qızı Lidiya Linin ölümü ilə başlayır. Lidianın cəsədi göldə tapıldıqdan sonra ailə üzvləri onun ölümünün səbəbini anlamağa çalışır. Araşdırma zamanı ailənin keçmişində gizli qalmış münasibətlər, gözləntilər və ailə üzvlərinin bir-birləri haqqında bilmədikləri məqamlar üzə çıxır.
Süjet Roman 1970-ci illərdə Ohayo ştatının kiçik şəhərində yaşayan Li ailəsinin həyatını təsvir edir. Ailənin atası Ceyms Li çin-amerikalı, anası Merilin isə ağdərilidir. Onların Lidiya, Neyt və Hannah adlı üç övladı var. Lidiya ailənin sevimli övladıdır. Valideynləri onun gələcəyi ilə bağlı özlərinin reallaşdıra bilmədikləri arzuları həyata keçirməsini istəyirlər. Merilin qızının həkim olmasını, Ceyms isə onun məktəbdə sosial cəhətdən uğurlu və populyar olmasını arzulayır. Lidianın cəsədi yerli göldə tapıldıqdan sonra ailənin həyatında böhran başlayır. Ceyms qızının ölümü ilə bağlı özünü günahlandırır. Merilin hadisəyə görə məsul şəxsi tapmağa çalışır. Lidianın böyük qardaşı Neyt isə qonşuluqda yaşayan Cek Volfu hadisə ilə əlaqələndirir. Ailənin ən kiçik övladı Hannah isə ailə üzvlərinin fərqinə varmadığı bir sıra məqamları müşahidə edir. Roman hadisələri müxtəlif ailə üzvlərinin baxışları və keçmişlə bağlı xatirələri vasitəsilə təqdim edir. Lidianın ölümü ailə daxilində illər ərzində yığılan problemlərin üzə çıxmasına səbəb olur.
Obrazlar Lidiya Li Lidiya Li Ceyms və Merilin Linin ortancıl qızıdır. O, valideynlərinin böyük gözləntilərinin mərkəzində dayanır. Lidianın ölümü romanın əsas süjet hadisəsidir.
Ceyms Li Ceyms Li Lidianın atasıdır. Çin-amerikan mənşəli olan Ceyms ailəsinin sosial mühitdə qəbul olunması və uşaqlarının gələcəyi ilə bağlı müxtəlif gözləntilərə malikdir.
Merilin Li Merilin Lidianın anasıdır. O, qızının özünün həyata keçirə bilmədiyi məqsədləri reallaşdırmasını istəyir və Lidianın gələcəyinə dair yüksək gözləntilər formalaşdırır.
Neyt Li Neyt ailənin böyük oğludur. Lidianın ölümündən sonra hadisənin səbəblərini araşdırmağa çalışır və qonşuluqdakı Cek Volfun hadisə ilə əlaqəli olduğuna inanır.
Hannah Li Hannah ailənin ən kiçik övladıdır. O, ailədə baş verənləri müşahidə edir və Lidianın ölümü ilə bağlı digər ailə üzvlərindən fərqli məlumatlara malikdir.
Mövzular Roman ailə münasibətləri, valideynlərin övladları üzərindəki gözləntiləri, irqi və mədəni mənsubiyyət, gender rolları, kimlik və ailə daxilində ünsiyyət kimi mövzuları əhatə edir. Əsərdə xüsusilə valideynlərin öz arzularını övladlarının həyatına yönəltməsi və ailə üzvlərinin bir-birlərini tam tanımamasının nəticələri ön plana çəkilir.
Nəşri Roman ilk dəfə 2014-cü ildə ABŞ-da Penguin Press tərəfindən nəşr edilmişdir. İlk nəşrin həcmi 304 səhifə olmuşdur. Əsər daha sonra müxtəlif dillərə tərcümə edilmiş və beynəlxalq miqyasda nəşr olunmuşdur. Müəllifin rəsmi məlumatına görə, roman 30-dan çox dilə tərcümə edilmişdir.
Azərbaycan dilində nəşri Roman Azərbaycan dilində Sənə deyəsi o qədər sözüm var ki... adı ilə 2021-ci ildə Fabula nəşriyyatında çap edilmişdir. Azərbaycan dilinə İmanyar Quliyev tərəfindən tərcümə edilmişdir. Nəşrin həcmi 334 səhifə, ISBN i isə 978-9952-46-316-3-dür. Azərbaycan Milli Kitabxanasının biblioqrafik qeydində əsərin tam adı Sənə deyəsi o qədər sözüm var ki... = Everything I never told you: roman şəklində göstərilir. Eyni qeyddə tərcüməçi İmanyar Quliyev, nəşriyyat Fabula və 2021-ci il nəşri qeyd olunmuşdur.
Tərcümələri Everything I Never Told You müxtəlif dillərə tərcümə edilmişdir. Selesta İnqin rəsmi saytında romanın 30-dan çox dildə nəşr olunduğu bildirilir. Azərbaycan dilində roman Sənə deyəsi o qədər sözüm var ki... adı ilə nəşr edilmişdir.
Qəbulu Roman nəşrindən sonra müxtəlif ədəbi mükafat və siyahılarda yer almışdır. Əsər 2015-ci ildə Massachusetts Book Award və American Library Association tərəfindən təqdim edilən Alex Award mükafatlarını qazanmışdır. Həmçinin Asian/Pacific American Award for Literature və Medici Book Club Prize mükafatlarına layiq görülmüşdür. Roman The New York Times tərəfindən bestseller kimi təqdim edilmiş, həmçinin 2014-cü ilin ən yaxşı kitabları siyahılarında yer almışdır.
Mükafatlar Massachusetts Book Award — 2015 American Library Association's Alex Award — 2015 Asian/Pacific American Award for Literature — böyüklər üçün bədii ədəbiyyat Medici Book Club Prize
İstinadlar
Ədəbiyyat Ng, Celeste. Everything I Never Told You. New York: Penguin Press, 2014. İnq, Selesta. Sənə deyəsi o qədər sözüm var ki.... Tərcüməçi: İmanyar Quliyev. Bakı: Fabula, 2021. ISBN 978-9952-46-316-3.
Həmçinin bax Selesta İnq Little Fires Everywhere Our Missing Hearts
Xarici keçidlər Selesta İnqin rəsmi saytında Everything I Never Told You Penguin Random House-da kitab