Saksen-Altenburq Azad Dövləti () — Almaniyada 1918-ci il Noyabr inqilabından sonra Saksen-Altenburq hersoqluğunun ərazisində təşkil olunmuş azad dövlət.

13 noyabr 1918-ci ildə hersoq II Ernest taxtdan imtina etmiş və hersoqluq respublikaya ("azad dövlətə") çevrilmişdi, keçmiş hersoq rezidensiyası olan Altenburq onun paytaxtı olmuşdur. Keçid hökumətinin dövlət naziri Vilhelm Tell olmuşdur. 26 yanvar 1919-cu ildə parlamentə seçkilər keçirilmiş, seçkilərdə qələbə qazanmış Almaniya Sosial-Demokrat Partiyası və Almaniya Demokratik Partiyası rəhbəri Avqust Frölix olan hökuməti yaratmışdılar. 26 aprel 1919-cu ildə Saksen-Altenburq Azad Dövlətinin Landtaqı konstitusiya haqqında qanun qəbul etmişdir.

1 may 1920-ci ildə Saksen-Altenburq Azad Dövləti Veymar Respublikasının tərkibində yeni təşkil olunmuş Turingiya torpağının tərkibinə daxil olmuşdur.

İstinadlar

Kateqoriya:Veymar Respublikası