Nərminə Kərim qızı Ağayeva () — azərbaycanlı teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru (1991), dosent (2014).

AMEA Memarlıq və İncəsənət İnstitutunun "Teatr, kino və televiziya" şöbəsinin aparıcı elmi işçisi.

1990-cı ildən Azərbaycan Teatr Xadimləri İttifaqının, 2012-ci ildən Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının üzvüdür.

2012-ci ildən C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında ədəbi dram hissəsinin rəhbəri vəzifəsində çalışır.

2017-ci ildən "İrəvan Mədəni İrsinin Tədqiqi" İctimai Birliyinin sədridir.

Həyat və fəaliyyəti Nərminə Kərim qızı Ağayeva 1957-ci il dekabrın 26-da Bakı şəhərində anadan olub. 1981-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) "Teatrşünaslıq" ixtisası üzrə bitirib.

1978–1985-ci illərdə R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət muzeyində ekskursiya bələdçisi, baş elmi işçi vəzifələrində çalışıb.

1985–1988-ci illər ərzində AMEA Memarlıq və İncəsənət İnstitutunun "Teatr sənəti" ixtisası üzrə əyani aspiranturasında təhsil alıb. 1988-ci ildən institutun "Teatr, kino və televiziya" şöbəsində baş laborant, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində işləyib. 2005-ci ildən şöbənin aparıcı elmi işçisidir.

Özbəkistan Respublikası Elmlər Akademiyasında "Zaqafqaziya teatr əlaqələri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək sənətşünaslıq namizədi elmi dərəcəsi alıb (1991); sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosentdir (2014).

1991–2003-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsində baş müəllim kimi pedaqoji fəaliyyət göstərib.

2012-ci ildən C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında ədəbi dram hissəsinin rəhbəri vəzifəsində çalışır.

6 kitabın, yerli və xarici mətbuatda dərc edilmiş 60-dan çox elmi məqalənin müəllifi, bir çox kitabın tərtibçisi, rəyçisi və redaktorudur. Onlarla beynəlxalq və respublika elmi konfranslarının məruzəçisi, teatr festivallarının iştirakçısı olub.

1975-ci ildən dövri mətbuatda çap olunur. Teatrın tarixi, mədəniyyət və incəsənətin müxtəlif problemlərinə dair çox sayda resenziya, portret, publisistik, elmi-kütləvi məqalənin müəllifidir.

1990-cı ildən Azərbaycan Teatr Xadimləri İttifaqının, 2012-ci ildən Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının üzvüdür.

2017-ci ildən "İrəvan Mədəni İrsinin Tədqiqi" İctimai Birliyinin sədridir. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin layihə müsabiqələrinin qalibi olub.

Təltif və mükafatları Azərbaycan Teatr Xadimləri İttifaqının Fəxri Fərmanı AMEA Memarlıq və İncəsənət İnstitutunun Fəxri Fərmanı Türkiyə Cümhuriyyəti Anadolu Aydınlar Ocağının Fəxri Diplomu "Qızıl qələm" milli media mükafatı

Elmi əsərləri və elmi işləri

Kitabları Azərbaycan teatr tənqidinin yaranması və təşəkkülü. Bakı, Maarif nəşriyyatı, 1996, 96 s. Azərbaycan teatr tənqidi və teatrşünaslığının inkişaf problemləri, Bakı, Elm, 1997, 346 s. İnqilab Kərimov. Biblioqrafiya. Bakı, Elm, 1997, 57 s. Teatr: Tənqid və tənqidçilər. Bakı, "Xəzər Universiteti" nəşr., 2012, 358 s. "Ömür qatarının zəngulələri". (İrəvan Azərbaycan Dram Teatrının aktrisası Səmayə İsmayılovanın yaradıcılığı). Bakı, "Qanun", 2014, 136 s. "Диалог театральных культур Кавказа". Баку, Qanun, 2016, 153 c.

Elmi redaktoru olduğu kitabları İ. Kərimov. Azərbaycan-Türkiyə teatr əlaqələri. Bakı, "Nağıl evi",2000, 201 s. İ. Kərimov. Şuşa-Ağdam teatrı. Bakı, "Elm", 2001, 140 s. İ. Kərimov. Azərbaycan peşəkar teatrının tarixi və inkişaf mərhələləri. Bakı, "Maarif", 2002, 576s. İ. Kərimov. Məqalələr. 3 cilddə. Bakı, "Elm", 2007. İ. Kərimov. Azərbaycan teatr tarixi. I cild. Bakı, "Qoliaf Qrup" QSC, İ. Kərimov. Azərbaycan teatr tarixi. II cild. Bakı, "Qoliaf Qrup" QSC, 2010, 696s. İ. Piriyev. Müstəqillik dövrü teatrımızda Elçin dramaturgiyasının mövqeyi. Bakı, "Apostroff", 2013, 228s. İftixar. İrəvan Dövlət Azərbaycan Dram Teatrının tarixi. Bakı, "Apostrof-A", 2023, 640 s. M. Ağayeva. Sabit Rəhman komediyalarında şəxsiyyət və cəmiyyət problemləri. Bakı, "Zəngəzurda" çap evi, 2024, 176 s. İftixar. Qeyri-səlis məntiq və teatr. Bakı, "Apostrof-A", 2025, 240 s.

Tərcümələri Maksvell Anderson. "Yalınayaq Afinada". İki hissəli pyes. Boris İoseleviç. "Yelləncəkdə iki nəfər". Bir hissəli dramatik etüd. İrəvan Dövlət Azərbaycan Dram Teatrı ("O da aşiq ola…" Multikultural teatr layihəsi çərçivəsində tamaşa: A. P. Çexov. "Ayı", Elçin "O da aşiq olub yaza dünyada…", B. İoseleviç. "Yelləncəkdə iki nəfər"). Premyera 19.12.2016. Yosef Bar-Yosef. Qəliz adamlar. İki hissəli komediyavari pyes. İrəvan Dövlət Azərbaycan Dram Teatrı. Premyera 13.06.2017.

Elmi məqalələri Azərbaycan teatr tənqidinin yaranması. AEA "Xəbərləri". Ədəbiyyat, dil, incəsənət. Bakı, 1992, № 3–4, s. 112–116. Tənqidçi və rejissor. "Qobustan" gözəl sənətlər toplusu. 1997, № 1–2, s. 72–77. Altmışıncı illər Azərbaycan teatr tənqidi. "Qobustan" gözəl sənətlər toplusu. 1998, № 1–2, s.120–122 Qərb dramaturgiyası milli teatr və tənqidimizdə. AEA Memarlıq və İncəsənət İnstitutu "Azərbaycan incəsənətinin Avropa mədəniyyəti ilə qarşılıqlı əlaqələri". Məqalələr toplusu. Bakı, 1999, s. 29–33. Dramaturq və rejissor. AMEA Memarlıq və İncəsənət İnstitutu "Ənənə və bədii forma" məqalələr toplusu. Bakı, 2003, s. 135–138. Yeni teatr düşüncəsi və tənqid. AMEA Memarlıq və İncəsənət İnstitutu "İncəsənət və mədəniyyətin problemləri" məqalələr toplusu. XVIII buraxılış. Bakı, 2006, s. 150–154. Cəfər Cabbarlının teatr tənqidi görüşləri. "Dil və ədəbiyyat" Beynəlxalq elmi nəzəri jurnal. BDU-nun nəşri, Bakı, 2010, № 5 (76), s. 208–210. Türkiye dramaları Azerbaycan tiyatrosunda və tiyatro eleştirisinde. "Kültür evreni". Uluslararası sosyal bilimler dergisi. Ankara-2010, № 8, s. 193–197. İlyas Əfəndiyev dramaturgiyası və teatr tənqidi. AMEA Memarlıq və İncəsənət İnstitutu "İncəsənət və mədəniyyət problemləri". Beynəlxalq Elmi Jurnal. Bakı, 2010, № 1 (31), s. 325–329. XXI əsr mədəniyyətlərarası dialoqda sənət söhbəti. "Müasir mədəniyyətşünaslıq" elmi, metodiki, publisistik jurnal. Bakı, 2012, № 2 (10), s. 111–117. Dramaturq Cəfər Cabbarlı teatr tənqidçisi kimi. "Qarapapaqlar" aylıq elmi-kütləvi dərgi. Gürcüstan, Marneuli, № 10 (62), 2012, s. 28–33. Azərbaycan teatrşünaslığında Cəfər Cəfərov fenomeni. "Təsviri və dekorativ-tətbiqi sənət məsələləri". Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyinin məqalələr toplusu. Bakı, 2010, № 2–3(4–5), s. 161–166. Мудрость простоты: театрально-эстетические воззрения Эльчина Эфендиева. "Поиск". Научный журнал Министерства образования и науки. Республики Казахстан. 2011, № 4, c. 127–131. Milli teatrşünaslığımızın formalaşmasında İnqilab Kərimovun rolu. AMEA Memarlıq və İncəsənət İnstitutu "İncəsənət və mədəniyyət problemləri", Bakı, 2011, № 1 (35), s. 171–178. Mirzə Fətəli Axundzadənin teatr tənqidi görüşləri. AMEA Xəbərləri. Humanitar elmlər seriyası. Bakı, Elm, 2012, s. 118–123. İlk teatr tənqidçiləri. ADMİU. Mədəniyyət dünyası XXIII. Bakı,2012, s. 57–61. Tənqidi araşdırmalarda ənənə anlayışı. AMEA Memarlıq və İncəsənət İnstitutu Memarlıq, şəhərsalma tarixi və bərpası. Toplu № 2(3). Bakı, 2012, s. 191–196. XXI əsr mədəniyyətlər arası dialoqda sənət söhbəti. Azərbaycan Respuplikası Mədəniyyət və Turizm Nazirliyi, "Müasir mədəniyyətşünaslıq" elmi, metodiki, publisistik jurnal. Bakı, 2012 № 2 (10), s. 111–117 (həmmüəllif İ. Piriyev). Теоретические и методологические основы Азербайджанского театроведения. Журнал "Искусство народов Преднестровья". Украина, 2013, c. 150–153. Sənət və teatr mücahidi. Mədəniyyət dünyası. ADMİU, XXV buraxılış. Bakı, 2013, s. 155–159. Peşəkar teatrşünaslığın inkişaf perspektivləri, "Təsviri və dekorativ – tətbiqi sənət məsələləri" elmi məqalələr toplusu. L. Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi. Bakı, 2013, № 2 (12), s. 74–78. Teatr, cəmiyyət, mədəniyyət: intellektual paradokslar. AMEA Memarlıq və İncəsənət İnstitutu. "İncəsənət və mədəniyyət problemləri". Beynəlxalq Elmi Jurnal. Bakı: 2015, № 3 (45), s.23–27. Teatr sosial fenomen və cəmiyyətin daxili monoloqu kimi. AMEA Memarlıq və İncəsənət İnstitutu. "İncəsənət və mədəniyyət problemləri". Beynəlxalq Elmi Jurnal. Bakı: 2016, № 3 (57) s.52–61. Müasir teatr və tənqidin problemləri. "Musiqi dünyası" Beynəlxalq elmi jurnalı. Bakı, 2016, № 2/67, s.98–101. İrəvan Azərbaycan Teatrının müasir yaradıcılıq mənzərəsi. AMEA-nın "Müqayisəli sənətşünaslıq" elmi məqalələr toplusu. Bakı, 2016, s.95–103. Kulturoloji dəyərlər sistemində qeyri-klassik teatrşünaslıq. "Azərbaycanşünaslığın aktual problemləri" məqalələr toplusu. Bakı, Slavyan Universiteti, 2017, s.37–39. Teatr və repressiya. ŞÖBMA Toplu № 2(14). 2017, s.126–131. İrəvan Azərbaycan Teatrının yaradıcılıq panoramı. Azvizion.az. saytı. 25.07.2017. Avant-garde theatre principles and non-classical theatre science in contemporary. "Theater". ISSN 0161–0775 EISSN 1527–196X volume 47, number 3, p.9–22. Cavid teatrının "Xəyyam" zirvəsi. AMEA Memarlıq və İncəsənət İnstitutu. Memarlıq, şəhərsalma tarixi və bərpası. Toplu № 1(15). Bakı, 2018, s.126–131. Teatrşünaslıqda aktyor və rejissor portretləri. "Musiqi dünyası" Beynəlxalq elmi jurnalı. Bakı, 2018, № 2/75, s.24–27. "İrəvanın qocaman sənət ocağı. ŞÖBMA. "Memarlıq, şəhərsalma tarixi və bərpası" elmi jurnalı. Bakı, 2022, Cild № 22 (1). "Qədim Azərbaycan məskəni İrəvan qalası". ŞÖBMA."Memarlıq, şəhərsalma tarixi və bərpası" elmi jurnalı. Bakı, 2022, Cild № 22 (2). "Məhəmmədağa Şahtaxtlı milli düşüncə, yeni məktəb, yeni əlifba və mətbuatın yaradıcısı kimi". ŞÖBMA-nın Memarlıq, şəhərsalma tarixi və bərpası" elmi məqalələr toplusu. Bakı, 2024, cild 24, № 1, s.165. "Yusif Yulduzun yeni ideya, yeni düşüncə, yeni teatr eksperimentləri". ŞÖBMA-nın Memarlıq, şəhərsalma tarixi və bərpası" elmi məqalələr toplusu. Bakı, 2024, cild 24, № 2. "Zamanın Elçin teatrı – Elçin teatrının zamanı". ADMİU "Mədəniyyət dünyası" elmi-nəzəri məcmuə. Bakı, 2024, XLVI, s. 49–55. "Qərbi Azərbaycana qayıdışa yeni sənət töhfəsi". ŞÖBMA-nın Memarlıq, şəhərsalma tarixi və bərpası" elmi məqalələr toplusu. Bakı, 2025, cild 25, s. 274. "Teatr sənətində improvizasiya sərbəstliyi ("Siluet" rejissor tamaşası: düşüncədən təcəssümə). "Musiqi dünyası" Beynəlxalq elmi musiqi jurnalı. 2025, cild 27, № 1 (102), s. 74–85.

Konfrans və simpoziumlarda məruzələri Müstəqillik dövrü teatrşünaslığımızda yeni təhlil prinsipləri. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. II Bakı Beynəlxalq Teatr Konfransının materialları. Bakı, 2012. Əlibəy Hüseynzadənin teatr-estetik görüşləri. AMEA N. Gəncəvi ad. Milli Azərb. Ədəbiyyat muzeyi "Azərbaycan xalqının milli özünütəsdiqində ədəbiyyat və mədəniyyətin yeri" Beynəlxalq konfransın materialları. Bakı, 2010, s. 264–265. Композитор Узеир бек Гаджибеков как театральный критик… "Русскоязычие и би (поли) лингвизм в межкультурной коммуникации XXI века: когнитивно-концептуальные аспекты". Материалы IV Международной научно – методической конференции. Пятигорск, 2011 г, c. 171–173. XXI əsr teatr prosesi və teatr tənqidinə kulturoloji innovasiyaların təsir aspektləri. ADMİU Qloballaşma şəraitində kulturoloji innovasiyalar və sosial-mədəni mühit. Beynəlxalq konfrans materialları. Bakı, Təknur,2012, s. 263–265. Yeni teatr düşüncəsi və Bəxtiyar Vahabzadə dramaturgiyasının poetikası. Azərbaycan Respublikası Təhsil Nazirliyi "Qafqaz universiteti" I Beynəlxalq Bəxtiyar Vahabzadə simpoziumunun materialları. Bakı, 2012, s. 232–237. Multikultural dəyərlər və mədəniyyətlərarası dialoq. IV Bakı Beynəlxalq Teatr Konfransının materialları. Bakı, 2016. Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilmiş "Dünya və Azərbaycan operasında Şövkət Məmmədova fenomeni" elmi konfransında "Azərbaycan milli opera sənətində Şövkət Məmmədova fenomeni" məruzə. 18 aprel 2017. XXI əsr teatr fəlsəfəsi müstəvisində teatrşünaslıq elmi. V Bakı Beynəlxalq Teatr Konfransının materialları. B. 2018.