Vessa (; ) — Frakiyadan olan qotmənşəli Bizans sərkərdəsi. O, daha çox I Yustinianın hakimiyyəti dövründəki (527–565) müharibələrdəki fəaliyyəti ilə tanınır. Vessa İber müharibəsində Sasanilərə qarşı, Qot müharibəsində isə Velizarinin komandanlığı altında fərqlənmiş, lakin Velizari İtaliyadan getdikdən sonra yenidən dirçələn qotların qarşısını ala bilməmiş və 546-cı ildə Romanın itirilməsində əsas məsuliyyət daşımışdır. Şərqə rüsvayçılıqla qayıtmasına və ahıl yaşına baxmayaraq, Laz müharibəsində komandir təyin edilmişdir. O, burada Petranı yenidən ələ keçirməklə özünü doğrultsa da, sonrakı fəaliyyətsizliyi Yustinianın onu vəzifədən azad etməsinə və Abazgiyaya sürgün etməsinə səbəb olmuşdur.

Mənşəyi Dövrün tarixçisi Qeysəriyyəli Prokopinin verdiyi məlumata görə, Vessa 470-ci illərdə anadan olmuşdur və Frakiyada məskunlaşmış nəcib bir qot ailəsindən gəlirdi. O, 488-ci ildə Odoakrın nəzarətində olan İtaliyanı işğal etmək üçün ərazini tərk edən Böyük Teodorikin arxasınca getməyən qotlar təbəqəsinə mənsub idi.Martindale (1980), p. 226Amory (1997), pp. 98–99, 179 Prokopi onun qot dilində səlis danışdığını qeyd edir, lakin dövrün başqa bir müəllifi İordan isə onun sarmatlar, kemandrilər və bəzi hunlardan ibarət Kastra Martisdən olduğunu iddia edir. Bu məlumatlar müxtəlif şəkildə şərh olunmuşdur və müasir tədqiqatçıların əksəriyyəti onun qotmənşəli olması fikrinə üstünlük verirlər.cf. Amory (1997), pp. 364–365 Bununla belə, Patrik Amorinin fikrinə görə, mövcud mənbələr əsasında onun etnik mənsubiyyəti haqqında hər hansı qəti nəticə çıxarmaq qeyri-mümkündür. Amori bildirir ki, Vesa VI əsr Balkan əhalisi arasında, xüsusən də hərbçilər mühitində müşahidə olunan "qeyri-müəyyən etnoqrafik kimliyin" tipik bir nümunəsi idi.Amory (1997), pp. 277ff.

Şərqdə fəaliyyəti right|thumb|225x225px| Bizans-İran sərhəd bölgəsinin xəritəsi. Vessanın erkən həyatı və fəaliyyəti haqqında çox az şey məlumdur. O, gəncliyində imperiya ordusuna daxil olmuş və Prokopinin sözlərinə görə, Sasanilər imperiyası ilə Anastasi mühəribəsinin başlandığı 503-cü ildə artıq "müharibədə təcrübəli" bir şəxs idi. O, mühəribədə zabit kimi iştirak etmiş, lakin oradakı xidməti haqqında heç bir məlumat qalmamışdır. Digər tərəfdən, böyük ehtimalla o, Seruqlu İakovun (vəfatı: 521) məktubunda müraciət edilən "komes" ilə eyni şəxsdir. Əgər bu eyniləşdirmə doğrudursa, deməli, Vessa (ehtimal ki, möhtədil) monofizit idi.Amory (1997), p. 274

Vessa 531-ci ildə, İran imperiyasına qarşı İber müharibəsi zamanı, mərkəzi Martiropol şəhəri olmaqla Mesopotamiya duksu təyin edildikdə yenidən səhnəyə çıxır. Bu vəzifədə Vessa sərkərdələr Qadar və Yəzdgirdin komandanlığı altında 700 piyada və süvaridən ibarət olan və həmin sərhəd sektorunu qoruyan İran qüvvələrinə qarşı 500 nəfərlik süvari dəstəsinə rəhbərlik etmişdir. Bizanslılar Dəclə sahilində iranlılarla döyüşə girərək onları darmadağın etmiş, Qadarı öldürmüş və Yəzdgirdi əsir götürmüşlər. Bundan sonra Vessa Arzanena vilayətinə hücumlar təşkil etmiş və Martiropola qayıtmışdır.Greatrex & Lieu (2002), p. 94 Bizansın bu uğuruna cavab olaraq İran şahı I Qubad üç təcrübəli sərkərdənin — Bavi, Mehrimanru və Kənarənginin komandanlığı altında böyük bir ordunu Martiropol üzərinə göndərmişdir. İranlılar xəndəklər və lağımlar qazaraq payız boyunca şəhəri mühasirədə saxlamış, lakin Vessa və Vuzanın rəhbərlik etdiyi qarnizon möhkəm duruş gətirmişdir. Nəhayət, qışın yaxınlaşması, yaxınlıqdakı Amida şəhərinə böyük Bizans qüvvələrinin gəlməsi və Qubadın vəfatı xəbəri İran komandirlərini noyabr və ya dekabr ayında mühasirəni qaldırmağa məcbur etmişdir.Greatrex & Lieu (2002), pp. 95–96 Onların geri çəkilməsindən qısa müddət sonra iranlıların muzdlu döyüşçü kimi tutduğu sabir hunlarından ibarət qüvvə Roma ərazisinə soxulmuş və Antioxiyaya qədər qarətçilik yürüşləri etmişdir, lakin Vessa onların qarətçi dəstələrindən birini yaxalamış, 500 at və çoxlu qənimət ələ keçirərək dəstəni məhv etmişdir.Greatrex & Lieu (2002), p. 95

İtaliyada 535-ci ildə Vessa İtaliyanın Ostqot krallığına qarşı hərbi yürüşdə Velizarinin müavinlərindən biri (Konstantin və Perani ilə birlikdə) təyin edilmişdir.Martindale (1980), pp. 226–227Bury (1958), p. 170 O, yürüşün ilk mərhələlərində, Siciliyanın geri alınmasından Neapolun mühasirəsinə qədər olan dövrdə Velizarinı müşayiət etmiş və 536-cı ilin noyabrında Neapolun süqutu zamanı orada hazır bulunmuşdur.Bury (1958), pp. 171–177Martindale (1980), p. 227 Buradan Bizans ordusu Romanın üzərinə irəliləmiş və şəhəri döyüşsüz ələ keçirmişdir. Velizari Konstantini və Vessanı ətrafdakı müxtəlif şəhərləri tutmaq üçün göndərmiş, lakin yeni qot çarı Vitigesin Roma üzərinə yürüş etdiyini öyrəndikdə onları geri çağırmışdır. Vessa qotların paytaxtı Ravennadan Apennin dağları vasitəsilə Romaya gedən birbaşa marşruta nəzarət edən Narni şəhəri yaxınlığında bir qədər ləngimiş və orada toqquşmada Qot avanqardını qarşılayaraq məğlubiyyətə uğratmışdır.Bury (1958), p. 181

Qotlar tərəfindən Romanın bir il sürən mühasirəsi zamanı Vessa Porta Prenestina darvazasındakı qoşunlara komandanlıq etmiş və bir sıra toqquşmalarda fərqlənmişdir. Onun 540-cı ilə qədərki sonrakı hadisələrdəki rolu haqqında heç nə məlum deyil. Yalnız ehtimal olunur ki, təxminən bu vaxtlarda o, patriki rütbəsinə qaldırılmışdır.Bury (1958), pp. 191–192 540-cı ildə, Velizari qotların Qərb imperatoru olmaq təklifini qəbul etmək bəhanəsi ilə Ravennaya daxil olmağa hazırlaşdığı zaman, Vessaya etibar edə bilməyəcəyini aydın şəkildə hiss etmiş və onu İohann və Narses kimi digər narahatlıq yaradan generallarla birlikdə İtaliyanın uzaq məntəqələrini tutmağa göndərmişdir. Bundan əvvəl, 538-ci ilin əvvəllərində isə Vessa general Konstantin aralarında düşən mübahisə zamanı Velizarini öldürməyə cəhd edərkən onu qorumuşdu.Bury (1958), pp. 212–213

540-cı ilin ortalarında Velizari İtaliyanı tərk etdikdən sonra Vessa orada qalmışdır. Yustinian Velizarinin əvəzinə vahid komandan təyin etməmiş və nəticədə İtaliyada qalan müxtəlif Bizans generalları öz hərəkətlərini əlaqələndirə bilməmişlər. Onlar Şimali İtaliyadakı ostqotların son qalıqlarını tabe etmək əvəzinə, müxtəlif möhkəmləndirilmiş şəhərlərin təhlükəsizliyinə pənah aparmış, bu da qotlara yeni liderləri İldibadın ətrafında toplaşmağa imkan vermişdir. İldebad Trevizo üzərinə yürüş edərək Vitalinin rəhbərlik etdiyi Bizans qüvvəsini darmadağın etmiş, bundan sonra Vessa öz qoşunları ilə Pyaçentsaya doğru irəliləmişdir.Bury (1958), pp. 227–228 541-ci ilin sonlarında Totila qotların çarı olduqdan sonra Vessa və digər Bizans komandirləri səylərini əlaqələndirmək üçün Ravennada toplanmış, lakin imperiya qoşunları Veronadan geri otuzdurulmuş və Favensiya yaxınlığında Totilanın qotları tərəfindən məğlubiyyətə uğradılmışdır. Bundan sonra qotlar Toskananı işğal edərək general Yustinin əlində olan Florensiyanı hədəf almışdılar. Vessa İohann və Kiprian ilə birlikdə Yustinə kömək etmək üçün yürüş etmişdir. Qotlar Bizans köməkçi qüvvələri qarşısında geri çəkilsələr də, bizanslılar onları təqib edərkən qotlar hücuma keçərək onları qaçmağa məcbur etmişlər. Bu yeni məğlubiyyətdən sonra Bizans komandirləri yenidən müxtəlif şəhərlərə səpələnmiş və bir-birlərini taleyin öhdəsinə buraxmışdılar. Vessa qüvvələri ilə birlikdə Spoletoya çəkilmişdir.Bury (1958), pp. 230–231

Həmin vaxtdan 545-ci ilin əvvəllərinə qədər, artıq Romanın qarnizon komandiri olduğu dövrə kimi onun fəaliyyəti haqqında heç nə məlum deyildir. 546-cı ildə Totilanın həyata keçirdiyi mühasirə zamanı o, general Konon ilə birlikdə şəhərin müdafiəsinə məsul idi.Bury (1958), pp. 235–236Martindale (1980), pp. 227–228 Mühasirə dövründə o, yalnız passiv müdafiə ilə kifayətlənmiş, hətta şərqdən qayıdan və yaxınlıqdakı Port Romana köməkçi qüvvələrlə enən Velizariy ona əmr etdikdə də şəhər divarlarından kənara hücuma keçməkdən imtina etmişdir. Nəticədə, Velizariyın mühasirədə olan şəhərə kömək etmək cəhdləri uğursuzluqla nəticələnmişdir.Bury (1958), pp. 239–242Martindale (1980), p. 228 Prokopi mühasirə zamanı nümayiş etdirdiyi davranışa görə Vessanı kəskin tənqid edir. O, şəhərin mülki əhalisinə diqqətsizlik göstərmiş və topladığı taxılı acından ölən əhaliyə həddindən artıq baha qiymətə sataraq varlanmışdır. Mülki əhali aclıqdan o qədər əldən düşmüşdü ki, o, nəhayət, şəhəri tərk etmək istəyənlərə icazə verdikdə, bir çoxu sadəcə yol kənarında ölmüş, digərləri isə qotlar tərəfindən qətlə yetirilmişdir.Bury (1958), pp. 238–239 Nəhayət, müdafiənin təşkilində də səhlənkarlıq göstərərək təhlükəsizlik tədbirlərinin zəifləməsinə şərait yaratmışdır. Keşikçilər postlarında yatır, patrul xidməti isə dayandırılırdı. Bu da dörd isavriyalı əsgərə Totila ilə əlaqə saxlamağa imkan vermiş və 17 dekabr 546-cı ildə şəhər satılaraq qotlara təslim edilmişdir. Vessa qarnizonun böyük hissəsi ilə qaçmağı başarsa da, topladığı sərvət qotların əlinə keçmişdir.Bury (1958), p. 242 İtaliyadakı bu uğursuz fəaliyyətindən sonra Vessa görünür Konstantinopola geri çağırılmışdır.

Şərq cəbhəsinə qayıdış thumb|225x225px| Lazika və ətraf bölgələrin son antik dövrdə xəritəsi. Vessa Lazika (qərbi Gürcüstan) uğrunda iranlılarla davam edən müharibədə "Ermənistan hərbi magistrı" Dagisfeyin rəhbərlik etdiyi böyük Bizans ordusunun strateji Petra qalasını ələ keçirə bilməməsindən sonra, 550-ci ildə yenidən səhnəyə çıxır. Əhalinin təəccübünə və ahıl yaşı, eləcə də Romadakı uğursuzluğu nəzərə alınaraq kəskin tənqid olunmasına baxmayaraq Yustinian Vessanı Dagisfeyin xələfi təyin etmiş və Lazikadakı müharibənin idarə olunmasını ona həvalə etmişdir.Bury (1958), pp. 113–114

Vessa ilk olaraq Lazikadan şimalda qonşuluqda yerləşən və Sasanilərdən kömək istəyən abazqlar arasında baş qaldıran üsyanı yatırmaq üçün ekspedisiya qüvvəsi göndərmişdir. İohann Quzanın rəhbərliyi altında həyata keçirilən bu yürüş uğurla nəticələnmiş və Abazgiyanın hökmdarı Opsit Qafqaz dağlarını aşaraq sabir hunlarının yanına qaçmağa məcbur olmuşdur.Bury (1958), pp. 114–116Greatrex & Lieu (2002), p. 118 551-ci ilin yazında, uzun sürən mühasirədən sonra, böyük dərəcədə onun özünün əzmkarlığı və şücaəti sayəsində bizanslılar və onların sabir müttəfiqləri (təxminən 6 000 nəfərlik qoşun) Petranı ələ keçirmişdilər. Bir neçə iranlı qaladan müqavimət göstərməyə davam etsə də, Vessa oraya od vurulmasını əmr etmişdir. Qələbədən sonra o, şəhər divarlarının yerlə-yeksan edilməsini tapşırmışdır.Bury (1958), p. 116Greatrex & Lieu (2002), pp. 118–119

Petranın ələ keçirilməsi Vessanı dövrünün insanları gözündə doğrultsa da, onun sonrakı hərəkətləri bu nüfuza yenidən xələl gətirmişdir. O, qazandığı uğurun ardını gətirərək Lazikanı İran vilayəti olan İberiya ilə birləşdirən dağ keçidlərini tutmaq əvəzinə, qərbə Romanın Pontika vilayətlərinə çəkilmiş və diqqətini oranın idarəçiliyinə yönəltmişdir.Martindale (1980), pp. 228–229 Bu fəaliyyətsizlik Mehrimanrunun rəhbərlik etdiyi iranlılara Lazikanın şərq hissəsi üzərində Fars nəzarətini möhkəmləndirməyə imkan vermişdir. Lazikadakı Bizans qüvvələri qərbə Fasida çayının mənsəbinə doğru çəkilmiş, Lazika çarı Qubaz və ailəsi də daxil olmaqla lazlar isə dağlara pənah aparmışdılar. 551–552-ci illərin qışında ağır şəraitə dözmələrinə baxmayaraq, Qubaz Mehrimanrunun elçiləri vasitəsilə çatdırılan sülh təkliflərini rədd etmişdir. 552-ci ildə farslar böyük köməkçi qüvvələr alsalar da, bizanslıların və lazların əlində olan qalalara etdikləri hücumlar dəf olunmuşdur.Greatrex & Lieu (2002), pp. 119–120