Əbu Abdullah Məhəmməd ibn Abubəkr ibn Məhəmməd Təbrizi — yəhudi filosofu Maymonidin "Çaşqınlar üçün bələdçi" əsərinin II kitabının əvvəlindəki iyirmi beş təklifə ərəbcə şərhi ilə tanınan on üçüncü əsr Azərbaycan türk müsəlman yazıçısı.
Maymonid həmin əsərdə Tanrının varlığı, əhədliyi (vahidliyi) və qeyri-cismaniliyi ilə bağlı sübutunu əsaslandırıb. Aristotelin "Fizika və Metafizika" əsərindən irəli gələn təkliflər Maymonid tərəfindən sadəcə ümumiləşdirilib. M. Təbrizi isə ərəbcə yazan müəlliflərin əsərlərinə əsaslanaraq, onlar haqqında ətraflı müzakirələr qaldırıb. Bu, "Çaşqınlar üçün bələdçi" əsərinin bir hissəsinə dair məlum olan ən erkən şərhdir.Remark in Colette Sirat, Nicholas de Lange (2002), Hebrew manuscripts of the Middle Ages, Cambridge: Cambridge University Press. . p. 284
M. Təbrizinin kitabı sonralar Kordobalı İsaak ben Natan tərəfindən ərəbləşdirilmiş ibrani dilinə tərcümə edilib. Bu tərcümə, Maymonidin prinsiplərinin çatışmazlıqlarının hərtərəfli tənqidindən əvvəl, Hasdai Kreskasın " Or Adonai" ("İlahi nur") əsərindəki müxtəlif təqdimatların əsasını təşkil edib. Bu tərcümədən Narbonlu Musa ben Yeşua da istifadə edib. Tərcümə, ehtimal ki, 1347-ci ildə Mayorkada edilib; 1556-cı ildə Ferrarada çap olunub. M. Təbrizinin əsərinin daha təmiz, deyimlərlə dolu ibrani dilinə ikinci tərcümə də əlyazma formasında günümüzə qədər saxlanılıb (Paris, Bibliothèque Nationale, cod. Héb., 974).
M. Təbrizi, görünür, Maymonidin əsərini yüksək dəyərləndirib. Onun kitabı belə yekunlaşdırır : "Bu Təkliflərin müəllifi çəliyi "müdriklik", taxtı isə "dərrakə" olan, öz gövmünə və Allahı sevənlərin hamısına və sairlərinə fayda verən İsrail şahzadəsi — İsrailli Musa ben Maymon bin Ebed-elohimdir… Allah bizi həqiqətə yönəltsin. Amin!"Quoted in Michael Friedländer (1904), The Guide for the Perplexed by Moses Maimonides (2e) Şərhin (kibatın) girişindəki qeyd M. Təbrizinin "Çaşqınlar üçün bələdçi" əsərinin bütün kitabları haqqında şərh hazırlamaq niyyətində olduğunu göstərir.Remark in Colette Sirat (1990), A History of Jewish Philosophy in the Middle Ages, Cambridge: Cambridge University Press. . p. 208 Buna baxmayaraq, araşdırmaçılar belə hesab edirlər ki, M. Təbrizi gəmin əsərin tam mətnini əldə edə bilməyib: Maymonidin insan ruhuna baxışı ilə bağlı şərhlər yarımçıq qalıb.Remark in Herbert Alan Davidson (2005), Moses Maimonides, Oxford: Oxford University Press. . p. 426
İstinadlar
Kateqoriya:Aristotelizm filosofları Kateqoriya:Vəfat tarixi bilinməyənlər Kateqoriya:XIII əsrdə doğulanlar