Prussiyalı Luiza Mariya Yelizaveta (; ) — Almaniya imperatoru I Vilhelmin qızı, Böyük Baden hersoginyası.

3 dekabr 1838-ci ildə Berlində dünyaya gəldi. Atası Prussiya kralı III Fridrix Vilhelmin oğlu vəliəhd-şahzadə Vilhelm, anası isə Saksen-Veymar-Eisenaxlı Avqustadır. Adını ata-nənəsi Kraliça Luiza və ana-nənəsi Mariya Pavlovnadan almışdır.

1854-cü ildə Böyük Baden hersoqu II Lüdovikin qardaşı naib-şahzadə Fridrixlə nişanlandı. Cütlüyün toy mərasimi 20 sentyabr 1856-cı ildə Potsdamda baş tutdu. Cütlüyün bu nigahdan 3 övladı doğuldu.

II Fridrix (1857-1928) Viktoriya (1862-1930) Lüdovik (1865-1888), pnevmoniyadan vəfat etdi. Heç vaxt evlənmədi və övladı olmadı. 1858-ci ildə qaynı II Lüdovikin müalicəsi mümkün olmayan bir əqli xəstə olduğu təsidqləndi və naib olan əri I Fridrix adıyla taxta çıxdı. Beləcə, Böyük Baden hersoginyası ünvanını aldı. 2 il içində ard-arda 4 yaxın ailə üzvü - atası I Vilhelm, qardaşı III Fridrix, kiçik oğlu Lüdovik və anası kraliça Avqusta vəfat etdi. Ərinin 1907-ci ildə vəfat etməsinin ardından dul qaldı və böyük oğlu II Fridrix taxta çıxdı.

Birinci Dünya müharibəsinin ardından başlayan üsyan əsnasında saraydan qaçmağa məcbur oldu. Yeni qurulan respublika hökuməti onun Baden-Badendə yaşamağına icazə verdi. 24 aprel 1923-cü ildə Baden-Badendə vəfat etdi.

Mənbə

Ədəbiyyat

Nightingale, Florence (2001). Lynn McDonald (ed.). The collected works of Florence Nightingale, Volume 1. Toronto: Wilfrid Laurier University Press. p. 185. ISBN 9780889203877

İstinadlar