Müfəddəl əd-Dəbbi (; ) — Kufə qrammatika məktəbinə mənsub olan dilçi, tənqidçi, ədəbiyyatşünas və ərəb şeiri rəvayətçisi.
Bioqrafiyası Mənbələrdə onun tam adı Məfəddəl ibn Məhəmməd ibn Yalə ibn Amir ibn Səlim ibn Əbu Səlma ibn Rəbiə ibn Zəbban ibn Amir ibn Sələbə ibn Züeyb ibn əs-Seyyid ibn Malik ibn Bəkir ibn Səd ibn Dəbbə şəklində qeyd edilmişdir. O, Bənu Dəbbə qəbiləsinə mənsub idi.
Kufə şəhərində anadan olan Müfəddəl əd-Dəbbi, Səmmak ibn Hərb, Asim ibn Bəhdələ, Əməş və başqa şəxslərə tələbəlik etdi.
Zeydi olduğu üçün Abbasilər xilafətinə qarşı baş vermiş üsyanda iştirak etdi və həbs edildi. Lakin Abbasi xəlifəsi Mənsur onu bağışladı və oğlu Mehdiyə müəllim təyin etdi. Bəsrə və Bağdad onun müəllimlik etdiyi şəhərlərdir.
Həcc ziyarətinə yollandı və getdiyi hər yerdə ərəb şeiri haqqında məlumatlar topladı.
Müfəddəl əd-Dəbbi Abbasi xəlifələrinin hüzurunda əl-Kisai və əl-Əsmai kimi şəxslərlə şeir və ədəbiyyat sahələrində elmi debatlar etdi, çoxlu tələbə yetişdirdi. Əbu Abdullah ibn əl-Ərəbi, Yəhya ibn Ziyad əl-Fərra, Əbu Əmr əş-Şeybani, Əbu Zeyd əl-Ənsari onun ən tanınmış yetirmələridir.
O, Bağdad şəhərində vəfat etmişdir. Onun ölüm tarixinin 794-cü il olduğu iddia olunur.
Müfəddəl əd-Dəbbi "Müfəddəliyyət", "Kitabul-Əmsal" (və ya "Əmsal əl-Ərəb") və başqa əsərlərin müəllifidir.
İstinadlar
Kateqoriya:Ərəb dilində yazan şairlər Kateqoriya:Ərəb filoloqlar Kateqoriya:İraq şairləri Kateqoriya:VIII əsr ərəbdilli şairlər Kateqoriya:VIII əsr ərəbləri