Kvant hesablamada kubit və ya kvant biti kvant informasiyasının əsas vahididir və klassik ikilik bitin kvant versiyasıdır. Kubit fiziki olaraq iki vəziyyətli (və ya iki səviyyəli) kvant-mexaniki sistem vasitəsilə reallaşdırıla bilər. Bu, kvant mexanikasının özünəməxsusluğunu nümayiş etdirən ən sadə kvant sistemlərindən biridir. Nümunələrə iki səviyyənin yuxarı və aşağı spin kimi qəbul edilə bildiyi elektron spini və iki spin vəziyyətinin (sol və sağ dairəvi qütbləşmənin) həmçinin üfüqi və şaquli xətti qütbləşmə kimi ölçülə bildiyi tək fotonun qütbləşməsi daxildir. Klassik sistemdə bit iki vəziyyətdən yalnız birində olmalıdır. Lakin kvant mexanikası kubitin eyni anda çoxsaylı vəziyyətlərin koherent superpozisiyasında olmasına imkan verir. Bu xüsusiyyət kvant mexanikası və kvant hesablamanın əsasını təşkil edir. Kubit d=2 ölçülü qudit və ya ikilik qudit kimi ümumiləşdirilə bilər.

Etimologiya Kubit termininin yaradılması Benjamin Şumaxerə aid edilir. Şumaxer 1995-ci ildə yazdığı məqaləsinin təşəkkür hissəsində kubit termininin Uilyam Vutters ilə söhbət zamanı zarafatla yaradıldığını qeyd edir.

Klassik bitlərlə müqayisə 0 və ya 1 kimi xarakterizə edilən ikilik rəqəm, klassik kompüterlərdə informasiyanı təqdim etmək üçün istifadə olunur. İki vəziyyətinin (0,1) hər ikisi üzrə orta qiymət götürüldükdə, ikilik rəqəm bir bitədək informasiya məzmununu ifadə edə bilər; burada bit informasiya nəzəriyyəsinin əsas vahididir. Lakin bu məqalədə bit sözü ikilik rəqəmlə sinonim kimi işlədilir.

Klassik kompüter texnologiyalarında emal edilən bit aşağı sabit cərəyan gərginlik səviyyələrindən biri ilə reallaşdırılır. Bu iki səviyyədən birindən digərinə keçid zamanı iki məntiq səviyyəsi arasındakı "qadağan olunmuş zona" adlanan sahə mümkün qədər sürətlə keçilməlidir, çünki elektrik gərginliyi amplitudasını ani şəkildə dəyişə bilməz.

Kubitin ölçülməsi üçün adətən bitdə olduğu kimi "0" və "1" qiymətləri götürülən iki mümkün nəticə mövcuddur. Lakin bitin vəziyyəti yalnız ikilik (0 və ya 1) ola bildiyi halda, kvant mexanikasına görə kubitin ümumi vəziyyəti eyni anda bütün hesablana bilən vəziyyətlərin ixtiyari koherent superpozisiyası ola bilər. Bundan əlavə, klassik bitin ölçülməsi onun vəziyyətini pozmadığı halda, kubitin ölçülməsi onun koherentliyini məhv edir və superpozisiya vəziyyətini geri dönməz şəkildə pozur. Bir bitin tam şəkildə bir kubitdə kodlaşdırılması mümkündür. Lakin kubit daha çox informasiya saxlaya bilər; məsələn, super sıx kodlaşdırma vasitəsilə iki bitədək informasiya saxlamaq mümkündür (bax: Xolevo teoremi).

Bit həmişə iki vəziyyətindən birində tam şəkildə olur və bitdən ibarət dəst (məsələn, prosessor registri və ya bit massivi) istənilən anda mümkün vəziyyətdən yalnız birini saxlaya bilər. Kvant vəziyyəti superpozisiya vəziyyətində ola bilər. Bu o deməkdir ki, kubit eyni anda hər iki vəziyyətində sıfırdan fərqli ehtimal amplituduna malik ola bilər (bu, sadə şəkildə "eyni anda hər iki vəziyyətdə ola bilər" kimi ifadə edilir). Kubitin iki ehtimal amplitudunu təsvir etmək üçün iki kompleks ədəd tələb olunur və bu iki kompleks ədəd birlikdə 2 ölçülü kompleks vektor kimi nəzərdən keçirilə bilər; bu vektor kvant vəziyyət vektoru və ya superpozisiya vəziyyəti vektoru adlanır. Alternativ və ekvivalent olaraq, kubitdə saxlanılan qiymət 2 ölçülü kompleks koordinat fəzasında bir nöqtə kimi təsvir edilə bilər.

Bundan əlavə, bitlik dəst hər bir bitin təqdimatlarının sadəcə birləşdirilməsi ilə ikilik rəqəm vasitəsilə təqdim edilə bildiyi halda, həmçinin registr adlanan kubitlik dəst onun superpozisiya vəziyyəti vektorunu təsvir etmək üçün kompleks ədəd tələb edir.

Standart təqdimat Kvant mexanikasında kubitin ümumi kvant vəziyyəti onun iki ortonormal baza vəziyyətinin (və ya baza vektorlarının) xətti superpozisiyası kimi təqdim edilə bilər. Bu vektorlar adətən və kimi işarələnir. Onlar ənənəvi Dirak — və ya "bra–ket" notasiyasında yazılır; və müvafiq olaraq "ket 0" və "ket 1" kimi tələffüz olunur. Birlikdə hesablama bazası adlandırılan bu iki ortonormal baza vəziyyətinin kubitin ikiölçülü xətti vektor (Hilbert) fəzasını əhatə etdiyi deyilir.

Kubit baza vəziyyətləri hasil baza vəziyyətlərini yaratmaq üçün də birləşdirilə bilər. Birlikdə götürülmüş kubitlər toplusu kvant registri adlanır. Məsələn, iki kubit aşağıdakı hasil baza vəziyyətlərinin əhatə etdiyi dördölçülü xətti vektor fəzasında təqdim edilə bilər:

, , , və .

Ümumiyyətlə, n kubit 2n ölçülü Hilbert fəzasında superpozisiya vəziyyəti vektoru ilə təqdim olunur.

Kubit vəziyyətləri

Saf kvant vəziyyəti baza vəziyyətlərinin koherent kvant superpozisiyasıdır. Bu o deməkdir ki, tək kubit () və vəziyyətlərinin xətti kombinasiyası ilə təsvir edilə bilər:

burada və ehtimal amplitududur və hər ikisi kompleks ədəddir. Bu kubiti standart bazada ölçdükdə, Born qaydasına əsasən, "0" qiymətli nəticəsinin ehtimalı , "1" qiymətli nəticəsinin ehtimalı isə -dir. Amplitudaların modul kvadratları ehtimallara bərabər olduğundan, nəticə etibarilə və ehtimal nəzəriyyəsinin ikinci aksiomuna əsasən aşağıdakı tənliklə məhdudlaşdırılmalıdır:

Ehtimal amplitudaları, və , ölçmənin nəticələrinin yalnız ehtimallarını deyil, daha çox informasiyanı kodlaşdırır; məsələn, və arasındakı nisbi faza kvant interferensiyasına səbəb olur və bunu iki yarıq eksperimentində görmək mümkündür.

Blox sferası təsviri Superpozisiya vəziyyətinin ehtimal amplitudaları və ilə verilir.

İlk baxışdan belə görünə bilər ki, ifadəsində dörd sərbəstlik dərəcəsi olmalıdır, çünki və -nın hər biri iki sərbəstlik dərəcəsinə malik kompleks ədəddir. Lakin sərbəstlik dərəcələrindən biri normallaşdırma məhdudiyyəti ilə aradan qaldırılır. Bu o deməkdir ki, uyğun koordinat dəyişməsi ilə sərbəstlik dərəcələrindən birini aradan qaldırmaq mümkündür. Mümkün seçimlərdən biri Hopf koordinatlarıdır:

Bundan əlavə, tək kubit üçün vəziyyətin qlobal fazası fiziki cəhətdən müşahidə edilə bilən nəticələrə malik deyil, buna görə də -nı real seçə bilərik ( sıfır olduğu halda -nı), beləliklə yalnız iki sərbəstlik dərəcəsi qalır:

burada fiziki cəhətdən əhəmiyyətli nisbi fazadır.

Tək kubit üçün mümkün kvant vəziyyətlərini Blox sferası vasitəsilə vizuallaşdırmaq mümkündür (şəkilə bax). Belə bir 2-sfera üzərində təsvir edildikdə, klassik bit yalnız "Şimal qütbü"ndə və ya "Cənub qütbü"ndə, müvafiq olaraq və vəziyyətlərinin yerləşdiyi nöqtələrdə ola bilər. Lakin qütb oxunun bu cür seçilməsi ixtiyaridir. Blox sferasının səthinin qalan hissəsi klassik bit üçün əlçatmazdır, lakin saf kubit vəziyyəti səthin istənilən nöqtəsi ilə təsvir edilə bilər. Məsələn, saf kubit vəziyyəti sferanın ekvatorunda, müsbət X oxunda yerləşir. Klassik hədddə Blox sferasında istənilən yerdə kvant vəziyyətinə malik ola bilən kubit yalnız hər iki qütbdən birində yerləşə bilən klassik bitə çevrilir.

Blox sferasının səthi ikiölçülü fəzadır və saf kubit vəziyyətlərinin müşahidə edilə bilən vəziyyət fəzasını təmsil edir. Bu vəziyyət fəzasının iki lokal sərbəstlik dərəcəsi vardır və bunlar və bucaqları ilə ifadə edilə bilər.

Qarışıq vəziyyət

Saf vəziyyət yəni yuxarıda təsvir edildiyi kimi Blox sferasının səthində bir nöqtə ilə göstərilən koherent superpozisiya, tək bir ket ilə tam müəyyən edilir. Kubitin superpozisiya vəziyyətində olması üçün koherentlik vacibdir. Qarşılıqlı təsirlər, kvant səs-küyü və dekogerensiya nəticəsində kubiti müxtəlif saf vəziyyətlərin statistik kombinasiyası və ya "koherent olmayan qarışığı" olan qarışıq vəziyyətə gətirmək mümkündür. Qarışıq vəziyyətlər Blox sferasının daxilindəki nöqtələrlə (və ya Blox kürəsində) təsvir edilə bilər. Qarışıq kubit vəziyyətinin üç sərbəstlik dərəcəsi vardır: və bucaqları, həmçinin qarışıq vəziyyəti təmsil edən vektorun uzunluğu .

Kvant xətalarının korreksiyası kubitlərin saflığını qorumaq üçün istifadə edilə bilər.

Kubitlər üzərində əməliyyatlar Kubitlər üzərində müxtəlif növ fiziki əməliyyatlar yerinə yetirilə bilər.

Kvant məntiq qapıları kvant sxeminin kvant kompüterində qurucu elementləridir və kubitlər çoxluğu üzərində (registrdə) işləyirlər; riyazi olaraq kubitlər kvant qapısının unitar matrisinin kvant vəziyyəti vektoruna vurulması ilə təsvir edilən (reversiv) unitar çevrilməyə məruz qalırlar. Bu vurmanın nəticəsi yeni kvant vəziyyəti vektorudur. Kvant ölçülməsi geri dönməz əməliyyatdır; bu zaman tək kubitin vəziyyəti haqqında informasiya əldə edilir və koherentlik itirilir. vəziyyətində olan tək kubitin ölçülməsinin nəticəsi üçün ehtimalla və ya üçün ehtimalla olacaq. Kubitin vəziyyətinin ölçülməsi və -nın qiymətlərini dəyişdirir. Məsələn, ölçmənin nəticəsi olarsa, 0-a, isə 1-ə dəyişir, faza əmsalı isə artıq eksperimental olaraq əlçatan olmur. Əgər ölçmə dolaşıq kubit üzərində aparılarsa, ölçmə digər dolaşıq kubitlərin vəziyyətinin kollapsına səbəb ola bilər. Məlum qiymətə, çox vaxt vəziyyətinə, inisiallaşdırma və ya yenidən inisiallaşdırma. Bu əməliyyat kvant vəziyyətini (ölçmədə olduğu kimi) kollapsa uğradır. vəziyyətinə inisiallaşdırma məntiqi və ya fiziki şəkildə həyata keçirilə bilər: məntiqi olaraq, ölçmədən sonra nəticə olarsa Pauli-X qapısının tətbiqi ilə. Fiziki olaraq isə, məsələn, superkeçirici faza kubitində kvant sisteminin enerjisini onun əsas vəziyyətinə endirməklə həyata keçirilə bilər. Kubitin kvant kanalı vasitəsilə uzaqdakı sistemə və ya maşına göndərilməsi (G/Ç əməliyyatı); bu, potensial olaraq kvant şəbəkəsinin bir hissəsi ola bilər.

Kvant dolaşıqlığı

Kubitləri klassik bitlərdən fərqləndirən mühüm xüsusiyyət ondan ibarətdir ki, çoxsaylı kubitlər kvant dolaşıqlığı nümayiş etdirə bilər; kubitin özü də kvant dolaşıqlığının nümunəsidir. Bu halda kvant dolaşıqlığı iki və ya daha çox kubitin klassik sistemlərdə mümkün olduğundan daha yüksək korrelyasiya ifadə etməsinə imkan verən lokal və ya qeyri-lokal xassədir.

Kvant dolaşıqlığını nümayiş etdirən ən sadə sistem iki kubitdən ibarət sistemdir. Məsələn, Bell vəziyyəti -də olan iki dolaşıq kubiti nəzərdən keçirək:

Bərabər superpozisiya adlanan bu vəziyyətdə və ya hasil vəziyyətlərindən hər hansı birinin ölçülmə ehtimalı eynidir, çünki . Başqa sözlə, birinci kubitin "0" və ya "1" qiymətinə malik olduğunu müəyyən etmək mümkün deyil; eyni hal ikinci kubitə də aiddir.

Təsəvvür edək ki, bu iki dolaşıq kubit bir-birindən ayrılır və onların hər biri Elisə və Boba verilir. Elis öz kubitini ölçür və bərabər ehtimallarla ya , ya da nəticəsini əldə edir; yəni artıq öz kubitinin "0" və ya "1" qiymətinə malik olduğunu müəyyən edə bilir. Kubitlərin dolaşıqlığı səbəbindən Bob mütləq Elisin əldə etdiyi ölçmə nəticəsinin tam eynisini almalıdır. Məsələn, Elis ölçərsə, Bob da eyni nəticəni ölçməlidir, çünki Elisin kubitinin olduğu yeganə vəziyyət -dir. Qısacası, bu iki dolaşıq kubit üçün Elis nə ölçürsə, Bob da, aralarındakı məsafədən asılı olmayaraq və hər ikisi öz kubitlərinin "0" və ya "1" qiymətinə malik olduğunu əvvəlcədən müəyyən edə bilməsə də, istənilən bazada tam korrelyasiya ilə eyni nəticəni ölçəcək. Bu, klassik fizika ilə izah edilə bilməyən olduqca təəccüblü bir hadisədir.

Bell vəziyyətinin yaradılması üçün idarə olunan qapı İdarə olunan qapılar iki və ya daha çox kubit üzərində işləyir; burada bir və ya daha çox kubit müəyyən edilmiş əməliyyat üçün idarəedici rolunu oynayır. Xüsusilə, İdarə olunan DEYİL qapısı (CNOT və ya CX) iki kubit üzərində işləyir və yalnız birinci kubit olduqda ikinci kubit üzərində DEYİL əməliyyatını yerinə yetirir; əks halda onun vəziyyətini dəyişməz saxlayır. Dolaşıq olmayan hasil bazası , , , ilə əlaqədar olaraq, baza vəziyyətlərini aşağıdakı kimi xəritələndirir:

CNOT qapısının geniş yayılmış tətbiqlərindən biri iki kubiti maksimal şəkildə Bell vəziyyətində dolaşıqlaşdırmaqdır. -ni yaratmaq üçün CNOT qapısına daxil olan A (idarəedici) və B (hədəf) girişləri belədir:

= .

CNOT tətbiq edildikdən sonra çıxış Bell vəziyyətidir: .

Tətbiqlər Bell vəziyyəti super sıx kodlaşdırma, kvant teleportasiyası və dolaşıq kvant kriptoqrafiyası alqoritmlərinin tərkib hissəsidir.