Meklenburq-Şverinli Adolf Fridrix (; ) — Böyük Meklenburq-Şverin hersoqu II Fridrix Fransiskin oğlu.

10 oktyabr 1873-cü ildə Şverində dünyaya gəldi. Atası Böyük Meklenburq-Şverin hersoqu II Fridrix Fransisk, anası isə onun üçüncü xanımı olan alman əsilzadəsi Şahzadə Mariyadır. Drezdendə təhsil aldıqdan sonra hərbi xidmətə yollandı. Prussiya ordusunda leytenant rütbəsinə yüksəldi. 1898-ci ildə Hamburqda at minərkən yaralandı və bir müddət uzaqlaşdı.

1902-ci ildə böyük bir ekspedisiyaya yollandı. Genuyadan başlayan bu səyahət bütün Afrikanı dolaşdı və Seylona qədər uzandı. 1905-ci ildə ikinci dəfə Afrikaya səyahət etdi və Viktoriya gölünün şərqindəki ölkələri gəzdi.

22 iyul 1912-ci ildə Almaniyanın Toqodakı müstəmləkələrinə qubernator təyin edildi. Bu vəzifəsini 31 avqust 1914-cü ilədək davam etdi.

24 aprel 1917-ci ildə Qerada alman əsilzadəsi Şahzadə Viktoriya Fyodora Reyslə evləndi. Ancaq xanımının doğuş əsnasında vəfat etməsinin ardından dul qaldı. Bu nigahdan onların yeganə övladı doğuldu.

Voizlava Fyodora (1918-2019)

İkinci evliliyi isə 15 oktyabr 1924-cü ildə mərhum ögey qardaşı Con Albertin dul xanımı Stolberqli Yelizaveta ilə baş tutdu. Ancaq bu nigahdan övladı olmadı.

Mənbə

Ədəbiyyat

İstinadlar Kateqoriya:Afrikanın tədqiqatçıları Kateqoriya:Almaniya entomoloqları Kateqoriya:Almaniya səyyahları Kateqoriya:Beynəlxalq Olimpiya Komitəsinin üzvləri Kateqoriya:Meklenburq-Şverin sülaləsi Kateqoriya:Almanlar