320px|thumb|BMT missiyasının müşahidəçiləri 1960-cı illərdə hindistanlı və pakistanlı sərhədçi zabitlər arasında danışıqlar zamanı vasitəçilik edirlər BMT 1947-ci ildə Hindistan və Pakistan müstəqillik əldə etdikdən sonra münaqişə meydanına çevrilmiş Cammu və Kəşmirdə sülhün təmin edilməsində mühüm rol oynayır. 1948-ci ildə BMT Təhlükəsizlik Şurası 39 saylı qətnaməni qəbul edərək Kəşmir münaqişəsinin həlli məqsədilə BMT Təhlükəsizlik Şurasının Hindistan və Pakistan üzrə Komissiyasını (UNCIP) təsis etdi.

1949-cu ildə Kəraçidə imzalanmış Hindistan və Pakistan arasında sülh sazişi BMT Təhlükəsizlik Şurasının Hindistan və Pakistan üzrə Komissiyasının (UNCIP) müşahidəçilərinin regiona göndərilməsini nəzərdə tuturdu.

1971-ci il müharibəsindən sonra 1972-ci il Simla sazişi regionda nəzarət xəttini müəyyən etdi. Bundan sonra Hindistan BMT müşahidəçilərinin çıxarılmasını tələb etdi. Pakistan isə, əksinə, onların regionda qalmasını müdafiə edir.

Maraqlı faktlar Kəşmirdəki BMT qoşunları Vitali Trofimov-Trofimovun «Üçəlli mələk» siyasi romanında Kəşmirdə sülhün zorla təmin edilməsi üzrə BMT missiyasının (UNMAPFOR) prototipi olmuşdur.

İstinadlar

Kateqoriya:Kəşmir münaqişəsi Kateqoriya:Asiyada üsyanlar Kateqoriya:Partizan müharibələri