thumb|350px|MTS-nı təsvir edən poçt markası Maşın-traktor stansiyası () — kənd təsərrüfatı kolxozlarında istifadə edilən kənd təsərrüfatı texnikasının mülkiyyəti və texniki xidmətinə cavabdeh olan dövlət müəssisəsi. Hər MTS təxminən 40 kolxoza xidmət edirdi. İlk MTS Odessa vilayətində (Şevçenkovskaya MTS) yaradılmışdır. MTS-lər 1928-ci ildə çatışmayan kənd təsərrüfatı texnikası və texniki işçi heyətinin kolxozlar arasında ümumi istifadəsini təmin etmək məqsədilə yaradılmışdır.

MTS-in əsas bölmələri müvafiq kənd təsərrüfatı işlərini yerinə yetirən traktor briqadaları və avtomobil briqadaları idi. Onların xidmətlərinin haqqı kənd təsərrüfatı məhsulunun "natural ödəniş" adlanan hissəsi ilə ödənilirdi. Zaman keçdikcə MTS-lər kənd təsərrüfatı istehsalının kolxozlardan dövlətə məxsus sovxozlara keçirilməsində bir vasitəyə çevrildi. 1932-ci ilə qədər MTS-lər Sovet İttifaqının kollektiv təsərrüfatlarına 75 min traktor tədarük etmişdi. 1933-cü ildə natural ödəniş məhsulun təxminən 20%-ni təşkil edirdi və sonrakı dövrdə də artmaqda davam edirdi.

İstinadlar

Kateqoriya:Kənd təsərrüfatı texnikası Kateqoriya:Kollektivləşdirmə Kateqoriya:Şərq bloku Kateqoriya:Sovet frazeologiyası