Saks-Launberqli Doroteya (; ; ) — Saks-Launberq hersoqu I Maqnusun qızı, Danimarka və Norveç kraliçası.
1511-ci ildə Müqəddəs Roma imperiyasının vassalı olan Launberq qəsrində dünyaya gəldi. Atası Saks-Launberq hersoqu I Maqnus, anası isə Braunşveyqli Yekaterinadır. Dini reformasiyanın başladığı ilk əyalətlərdən birində doğulub böyüdü və bu səbəblə, lüteran məzhəbinin qaydalarıyla təlim-tərbiyə edildi.
29 oktyabr 1525-ci ildə Danimarka və Norveç kralı I Fridrixin oğlu və varisi vəliəhd-şahzadə Kristianla evləndirildi. Xaderslev və Törninqdəki şəxsi malikanələrində yaşayan cütlüyün bu nigahdan 5 övladı doğuldu.
Anna (1532-1585) II Frederik (1534-1588) Maqnus (1540-1583) Con (1545-1622) Doroteya (1546-1617)
Qaynatasının vəfatının ardından 1533-cü ildə nominal olaraq Danimarka kraliçası ünvanını aldı. Ancaq başlayan taxt mübarizəsi səbəbilə tacqoyma mərasimi 1537-ci ilədək gecikdi. Belə ki, uzun mübarizənin ardından 6 avqust 1536-cı ildə əri III Kristianla birlikdə Kopenhagenə daxil oldu və 6 gün sonra baş tutan tacqoyma mərasimində iştirak etdi. Ardından 1537-ci ildə baş tutan çevrilişlə əri Norveç taxt-tacına sahibləndi və eyni zamanda Norveç kraliçası ünvanını aldı.
1559-cu ildə ərinin vəfatıyla dul qaldı və böyük oğlu II Frederikin səltənətində Koldinqdəki şəxsi sarayında yaşayaraq siyasi nüfuzunu qorudu. Ancaq hələ ərinin sağlığında ikən aşiq olduğu qaynı Yaşlı Conla evlənmək istəyi oğluyla münasibətlərini korladı. Digər yandan, dul bir qadının qaynı ilə evlənməsinin dini nbaxımdan uyğunsuz görülməsinə baxmayaraq uzun illər bu uğurda danışıqlar aparması siyasi nüfuzuna da təsir etdi. oğluyla olan gərgin münasibət İsveçlə başlayan müharibənin ardından tamamilə kəsildi. Belə ki, o əsnada İsveç taxtında əyləşən XIV Erik onun xalası oğlu idi və bu səbəblə, dul-kraliça Doroteya sülh tərəfdarı idi. Oğlunun qarşı çıxmasına baxmayaraq bir neçə dəfə sülh danışıqlarının başlaması üçün çalışdı. Kiçik oğlu Şahzadə Maqnusla xalasının ögey qızı Şahzadə Sofiyanı 1567-ci ildə evləndirməsi isə kralın qəzəbinə səbəb oldu və bu səbəblə, dul-kraliça Doroteya ömrünün qalan illərini Sonderburq qalasında göz həbsində saxladı. 1571-ci ildə burada vəfat etdi və Kopenhagen yaxınlığındakı Roskille kafedralına dəfn olundu.
Mənbə Ədəbiyyat
Susanne Krogh Bender: "Saltværket ved Kolding" (i: Vejle Amts Årbog 1973; s. 114-128) Vivi Jensen, Dorothea : Guds vilje – og dronningens, Gad, 2007. . L. Kabbre: "Dorothea" (i: Salmonsens Konversationsleksikon, 2. udgave, bind VI, s. 334)
William Mollerup: "Dorothea" (i: Dansk biografisk Lexikon, 1. udgave, bind IV; Kjøbenhavn 1890; s. 304-306) Danmarks konger og dronninger--af Kay Nielsen 1980
İstinadlar