alt=|thumb|Kiçik Trianonun yuxarıdan görünüşü. thumb|upright|Şarlotta Anna Moberli thumb|upright|Eleanor Jurden Moberli–Jurden insidenti və ya Versal kabusları – Şarlotta Anna Moberli və Eleanor Jurden tərəfindən iddia olunmuş zaman səyahəti və kabuslar insidenti.

Moberli və Jurden 1911-ci ildə "Bir macəra" adlı bir kitab nəşr etdirmişdirlər. Onlar kitabda Versal sarayında yerləşən Kiçik Trianon qəsrinə etdikləri səfər zaman zamanda səyahət etdiklərini və Mariya-Antuanetta kimi tarixi şəxsiyyətlərin kabuslarını gördüklərini iddia etmişdirlər. Onların hekayəsi səs-küylə qarşılanmış, lakin ciddi qəbul edilməmişdir.

Arxa plan Şarlotta Anna Moberli 1846-cı ildə doğulmuşdur.. Atası Corc Moberli Vinçester Kollecinin rəhbərlərindən biri olmuşdur... 1886-cı ildə Moberli Sent-Hyu Kollecində işləməyə başlamış. və köməkçi kimi Jurdeni işə almışdır.

Eleanor Jurden 1863-cü ildə doğulmuşdur.. O, tarixçi Margaret Jurden və riyaziyyatçı Filip Jurdenin bacısı olmuşdur.. Həmin dövrdə ev təhsili alan bir çox qızdan fərqli olaraq Mançesterdə təhsil almışdır.. Jurden bir sıra dərsliyin müəllifi olmuşdur..

İddialar Moberli və Jurden xatirlərində qeyd etmişdirlər ki, Paris ətrafıda etdikləri bir neçə səfər zamanı Versal sarayına getməyə qərar vermişdirlər. Onlar 10 avqust 1901-ci ildə qatarla Versala çatmışdırlar. Sarayı daha yaxşı tanımaq üçün Kiçik Trianon qəsrinə getməyə qərar vermişdirlər..

Onlar gəzintiləri zamanı Bedeker bələdçisindən istifadə etsələr də, azdıqlarını və başqa bir cığırdan keçdikləri bildirmişdirlər. Moberli pəncərədən ağ parça çırpan qadın gördüyünü demişdir.. Bu zaman onlar atmosferin dəyişdiyini, üzərilərində qəribə təzyiq hiss etdiklərini təsvir etmişdirlər.. Onlar saray bağbanlarına oxşatdıqları kişilərləqtd. in . və çiçək xəstəliyindən əziyyət çəkən bir qocayla qarşılaşdıqlarını bildirmişdirlər.. Moberli sarayın qarşısındakı bağa çatmaq üçün körpünü keçəndə otun üzərisində rəsm çəkən qadın görmüş. və onun əslində Mariya-Antuanetta olduğunu iddia etmişdir. Lakin Jurden belə bir qadın görmədiyini demişdir..

Saraya qayıtdıqdan sonra digər ziyarətçilərin olduğu bir qrupa qoşuldular və "Hotel des Reservoirs" hotelində çay içdikdən sonra evə qayıtmışdırlar..

Daha sonra Jurden və Moberli bildirmişdirlər ki, insidentdən sonra gördükləri barədə bir-birilərinə əvvəlcə bir şey danışmamışdırlar. Lakin bir həftə sonra Moberli bacısına məktub yazanda Jurdendən Kiçik Trianon qəsrində kabuslar görüb-görmədiyini soruşmuş və Jurden onun fikrinə qatılmışdır.. Onlar gördükləri haqqında ayrı-ayrı hesabatlar yazmış və 10 avqust 1792-ci ildəki hadisələri gördüklərini düşünmüşdürlər. Onlar insidenti araşdırmaq üçün bir neçə dəfə Trianon bağlarına səfər etmişdirlər, lakin eyni yolu tapa bilməmişdirlər. Onlar həmin gün burada özəl bir tədbirin təşkil olunduğunu araşdırmaq istəsələr də, belə bir tədbirin olmadığını öyrənmişdirlər.

Moberli və Jurden başlarına gələn hadisə haqqında "Bir macəra" (1911) adlı kitab nəşr etdirmişdirlər. Kitabın nəşrində Elizabet Morison və Françes Lamont təxəllüslərindən istifadə etmişdirlər. 1901-ci ildə Mariya-Antuanettanı görmələri iddiası sensasiyaya səbəb olmuşdur. Lakin tənqidçilər onların iddiasını ciddi qəbul etməmiş, adi hadisələri yanlış şərh etdiklərini bildirmişdirlər.Goodman, Dena; Kaiser, Thomas E. (2003). Marie Antoinette: Writings on the Body of a Queen. Routledge. p. 231. "Mrs. Sidgwick's anonymous review appeared in the June 1911 supplement to The Proceedings of the Society for Psychical Research." Moberli bu hadisədən sonra 1914-cü ildə Luvrda Roma imperatoru I Konstantininin ruhunu da gördüyünü iddia etmişdir..

Populyar mədəniyyətdə 1981-ci ildə Britaniyada insidentdən bəhs edən "Xanım Morisonun kabusları" adlı televiziya filmi çəkilmişdir.cf. BBC 2004 və 2015-ci illərdə hadisə haqqında 90 dəqiqəlik radiodram yayımlamışdır.

İstinadlar

Ədəbiyyat

"An Adventure" the 1911 first edition full text in pdf format "An Adventure" the 1913 second edition full text and illustrations in pdf format . . .

.

.

. . . Moberly and Jourdain papers at Oxford University

Kateqoriya:Parisdə hadisələr Kateqoriya:Versal sarayı Kateqoriya:Populyar mədəniyyətdə kabuslar