Loyxtenberqli Nikolay Nikolayeviç ( ) — Loyxtenberq hersoqu Nikolay Maksimilyanoviçin nəvəsi.
1896-cı ildə Qoridə dünyaya gəldi. Atası Loyxtenberq hersoqu Nikolay Maksimilyanoviçin oğlu Loyxtenberqli Nikolay Nikolayeviç, anası isə Mariya Nikolayevna Qrabbedir. 1917 Fevral inqilabı illərində Anton Denikinin birliklərində vuruşdu və onun şəxsi yavərlərindən biri oldu. Bolşeviklərin qələbəsindən sonra Qara dəniz yoluyla İstanbula qaçdı və ardından əmisi Georq Nikolayeviçin Bavariyadakı evində yaşadı.
8 sentyabr 1919-cu ildə Novoçerkasskda Olqa Fomina ilə evləndi. Xanımının 1921-ci ildə vəfatından sonra dul qaldı. Bu nikahından övladı olmadı.
3 noyabr 1928-ci ildə Münxendə Yelizaveta Müller-Himlerlə evləndi və bu nikahdan 2 övladı doğuldu.
Yevgeniya (1929–2006), Martin von Bruşla evləndi. Nikolay (1933-)
1937-ci ildə Münxendə vəfat etdi.
Mənbə
Ədəbiyyat Лейхтенбергские // БРЭ / С. Л. Кравец. — М.: БРЭ, 2011. — Т. 17. — С. 190. — 783 с. — 60 000 экз. — ISBN 978-5-85270-350-7 Prinz Adalbert von Bayern, Die Herzen der Leuchtenberg : Chronik einer napoleonisch-bayerisch-europäischen Familie, Munich, Neuausg, 1992, 384 p. ISBN 3-485-00665-3 Gérald Gouyé Martignac et Michel Sementéry, La descendance de Joséphine impératrice des Français, Paris, Christian, 1994, 225 p. ISBN 2-86496-058-3 Charles W. Fanning, Dukes of Leuchtenberg : A Genealogy of the Descendants of Eugene de Beauharnais, J. V. Poate, 1983, 106 p. ISBN 0-9500183-4-1
İstinadlar
Kateqoriya:Leyxtenberqlilər