Filipp Karacorceviç (; ) — Yuqoslaviya kralı II Pyotrun nəvəsi, Karacorceviç sülaləsinin üzvü.

Həyatı

İlk illəri 15 yanvar 1982-ci ildə Virciniyada əkiz qardaşı Aleksandrla birlikdə dünyaya gəldi. Atası Yuqoslaviya kralı II Pyotrun vəliəh-şahzadə Aleksandr, anası isə onun ilk xanımı Orlean-Braqanzalı Mariya Qloriyadır. İspaniya kraliçası Sofiya, sürgündəki Yunanıstan kralı II Konstantin, Kalabriya hersoginyası Anna onların vəftiz valideynləri oldu. 2 yaşınadək Virciniyada yaşayan Filippin valideynləri 1985-ci ildə boşandı. Boşanmanın ardından hər ikisi fərqli şəxslərlə evləndi. Anasının ikinci evliliyindən 2 ögey bacısı dünyaya gəlsə də, atasının Katerina Batislə baş tutan evliliyindən övladı olmadı.

London və Kantenburidə təhsil alan Filipp 2000-ci ildə təhsilini tamamladı və London Universitet Kollecində təhsilini davam etdirdi. Maliyyə sahəsində çalışdı. 2020-ci ilədək Londonda yaşayan Filipp, COVID-19 pandemiyasının ardından Serbiyaya köçdü.

Ailəsi 24 iyul 2017-ci ildə Danika Marinkoviçlə nişanlandığını elan etdi. Cütlüyün toy mərasimi 7 oktyabrda Belqradda baş tutdu. Cütlüyün bu nikahdan 2 övladı doğuldu.

Stefan (25 fevral 2018-) Mariya (5 noyabr 2023-)

Siyasi fəaliyyəti 1991-ci ildə atası və qardaşlarıyla birgə ilk dəfə Yuqoslaviyaya rəsmi səfər etdi. 27 fevral 2001-ci ildə Yuqoslaviya Respublikası parlamentinin qəbul etdiyi qanunla, digər bütün Karacorceviç ailə üzvləri kimi Şahzadə Filippə də vətəndaşlıq verildi. Yuqoslaviyanın parçalanmasının ardından Serbiya vətəndaşlığını qəbul etdi.

26 may 2013-cü ildə Oplenatsdakı yenidən dəfn mərasimində iştirak etdi. Serbiya prezidenti Tomislav Nikoliç və hökumət nümayəndələrinin qatıldığı mərasimdə, nənəsi Kraliça Aleksandra ilə yanaşı babası II Pyotr, atasının nənəsi dul Kraliça Mariya və Şahzadə Andreyin də qalıqları buraya yenidən dəfn olundu.

17 iyul 2015-ci ildə Filipp və qardaşları atasının Belqradda keçirilən 70-ci ad günü şənliklərinə qatıldı. Şənliyə qatılanlar arasında İsveç kralı XVI Karl Qustav və Monako knyazı II Albert də vardı.

27 aprel 2022-ci ildə böyük qardaşı Şahzadə Pyotr verdiyi rəsmi açıqlama ilə, özünün və öz şəcərəsindən gələnlərin taxt hüququndan imtina etdiyini elan etdi. Beləcə, vəliəhd ünvanı Şahzadə Filippə keçdi. Atası vəliəhd-şahzadə Aleksandr oğlunun bu qərarından narazı oldu və bu mərasimə qatılmadı.

İstinadlar Kateqoriya:Serbiya əkizləri