Danill Leonidoviç Beskorovaynı (; ) — Ukrayna futbolçusu, Qdanskın "Lexiya" klubunun müdafiəçisi. Beynəlxalq dərəcəli Ukrayna idman ustasıdır.

Klub karyerası "Krivbass" klubunun məktəbinin, Xarkov Ali İdman Məktəbinin və "Volın" futbol akademiyasının yetirməsidir. 21 iyul 2017-ci ildə Ukraynanın birinci liqasında "Volın" komandasının heyətində debüt etmişdir.Volyn vs. Balkany Zorya 0–0. 19 fevral 2018-ci ildə Klaipedanın "Atlantas" klubunun oyunçusu olmuş, lakin maliyyə problemləri səbəbindən 1 avqust 2018-ci ildə Slovakiyanın "DAK 1904" klubuna satılmışdır.Профиль на сайте futbalnet.sk İcarə əsasında Trebişovun "Slavoy" klubunda oynamış, həmin ilin 4 avqust tarixindən isə "Zemplin" klubunun heyətində yer almışdır.Безкоровайний: Перше заняття у Кварцяного починалося о шостій ранку і відразу бігли в бронежилетах. Fortuna Liqasında debütünü 18 avqust 2018-ci ildə "Senitsa"ya qarşı matçda etmişdir.MFK Zemplín Michalovce — FK Senica 1:1, 18.08.2018, futbalnet.sk

Beskorovoyni 2025/26 mövsümündən "Polessye"dən "Sumqayıt"a icarə əsasında keçmişdir. O, klubun heyətində 14 matçda forma geyinmişdi.

Milli komanda 2019-cu ildə U-20 komandasının heyətində Polşada keçirilən gənclər arasında dünya çempionatına qatılmış və həmin turnirin qalibi olmuşdur.ЧС-2019 (U-20). Збірна України: кадровий потенціал найсильнішої команди планети.

İstinadlar

Kateqoriya:Astana FK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycanda legioner Ukrayna idmançıları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Legioner Ukrayna futbolçuları Kateqoriya:Polşada legioner futbolçular Kateqoriya:Qazaxıstan Premyer Liqası futbolçuları Kateqoriya:Qazaxıstanda legioner futbolçular Kateqoriya:Slovakiya Superliqası futbolçuları Kateqoriya:Sumqayıt FK futbolçuları Kateqoriya:Ukrayna Birinci Liqasının futbolçuları Kateqoriya:Ukrayna Premyer Liqasının futbolçuları Kateqoriya:Ukraynanın kişi futbolçuları Kateqoriya:Volın Lutsk FK futbolçuları