İlkin Qismət oğlu Abdullayev () — Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi (2026-cı ildən).
Həyatı 1985-ci ildə anadan olmuşdur. 2007-ci ildə Bakı Dövlət Universitetinin bakalavr, 2011-ci ildə isə magistratura səviyyəsini "Beynəlxalq hüquq" ixtisası üzrə bitirmişdir.
2008–2009-cu illərdə Bakı şəhər 8 saylı hüquq məsləhətxanasında vəkil köməkçisi işləmişdir.
2009–2011-ci illərdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində məhkəmə iclasının katibi, 2011–2013-cü illərdə isə hakim köməkçisi vəzifəsində çalışmışdır.
2013–2018-ci illərdə Sabirabad rayon prokurorunun köməkçisi, böyük köməkçisi olmuşdur.
21 dekabr 2018–2021-ci illərdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi işləmişdir.
24 dekabr 2021 – 5 aprel 2024-cü illərdə Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsini icra etmişdir.
8 aprel 2024–2026-cı illərdə Xankəndi Şəhər Məhkəməsinin sədri və hakimi olmuşdur.
26 may 2026-cı il tarixindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının hakimidir.
İstinadlar
Xarici keçidlər Профиль на сайте Верховного суда АР Kateqoriya:Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri