Dünya ədəbiyyatı tarixi () — REA-nın A. M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutu tərəfindən hazırlanmış və 1983–1994-cü illərdə Moskvada "Nauka" nəşriyyatında işıq üzü görmüş səkkiz cildlik nəşr. Nəşrdə xronoloji ardıcıllıqla qədim dövrlərdən XX əsrin əvvəllərinə qədər dünya xalqları ədəbiyyatının inkişafı ətraflı işıqlandırılır.
İlkin olaraq on cildin buraxılması nəzərdə tutulmuşdu,1968-ci ildə hətta X cildin preprinti işıq üzü görmüşdü. lakin səkkizinci cild nəşr olunduqdan sonra redaksiya doqquzuncu və onuncu cildlərin buraxılmasından imtina etmişdir.
Təsviri İlkin plana əsasən, nəşr 10 cilddən ibarət olmalı idi. Lakin nəşrin çıxmağa başladığı dövrdə 10-cu cild (1945-ci ildən 1960-cı illərə qədər olan ədəbiyyat) plandan çıxarılmış və 9-cu cilddə "genişləndirilmiş yekun" ilə əvəz olunmuşdur. Ümumilikdə 1983-cü ildən 1994-cü ilə qədər səkkiz cild işıq üzü görmüşdü, baxmayaraq ki, titul səhifəsində dəyişməz olaraq "9 cilddə" yazılırdı; 1917–1945-ci illər ədəbiyyatına həsr olunmuş 9-cu cild hazırlansa da, işıq yüzü görməmişdir (8-ci cildin ön sözündə məlumat verildiyi kimi, Sovet dövrü ədəbiyyatının bir çox təzahürlərinin "kökündən yenidən qiymətləndirilməsi" prosesi ilə əlaqədar olaraq onun dərc edilməməsinə qərar verilmişdi9-cu cildin birinci redaksiyasının maketini (1967) böyük kitabxanalarda tapmaq olar (bax ).).
Nəşrin təşəbbüsçüləri SSRİ Elmlər Akademiyasının müxbir üzvü İvan İvanoviç Anisimov və filologiya elmləri doktoru İrina Qriqoryevna Neupokoyeva olmuşlar. Baş redaktor SSRİ EA müxbir üzvü Georgi Petroviç Berdnikov (1–7-ci cildlər), 8-ci cilddə isə baş redaktor kimi onun müavini akademik Yuri Borisoviç Vipper, Berdnikov isə sadəcə redaksiya heyətinin üzvü kimi göstərilmişdir.
Redaksiya heyətinə akademik Aleksey Sergeyeviç Buşmin, akademik Dmitri Sergeyeviç Lixaçov, REA müxbir üzvü Georgi İosifoviç Lomidze, akademik Dmitri Fyodoroviç Markov, REA müxbir üzvü Andrey Dmitriyeviç Mixaylov, filologiya elmləri doktoru Sergey Vasilyeviç Nikolski, akademik Boris Borisoviç Piotrovski, akademik Georgi Mixayloviç Fridlender, akademik Mixail Borisoviç Xrapçenko, akademik Yevgeni Petroviç Çelışev daxil idilər. 8-ci cilddə onların sırasına filologiya elmləri doktoru Leonid Qriqoryeviç Andreyev, SSRİ EA-nın müxbir üzvləri Pyotr Alekseyeviç Nikolayev və Vladimir Rodionoviç Şçerbina əlavə olunmuşlar. Bundan əlavə, məsul redaktorun rəhbərliyi altında hər cildin ayrıca redaksiya heyəti var idi.
Nəşrin ümumilikdə yüksək elmi səviyyəsinə baxmayaraq, orada təəssüf doğuran xətalar da öz əksini tapmışdır. Belə ki, ikinci cildin yekun hissəsində "orta əsr qadın yazıçıları və şairələri" siyahısına Arivara no Narihira da daxil edilmişdir.История всемирной литературы. Т. 2. С. 594 (mətnin müəllifi — Andrey Dmitriyeviç Mixaylov)
Cildlərin siyahısı Cild 1 / Cildin red. heyəti: İosif Samuyloviç Braqinski (məsul red.), Nikolay İvanoviç Balaşov, Mixail Leonoviç Qasparov, Pavel Aleksandroviç Grintser. — 1983. — 584 s. (Qədim dünya ədəbiyyatı) Cild 2 / Cildin red. heyəti: Xalıq Koroğlu, Andrey Dmitriyeviç Mixaylov (məsul redaktorlar), Pavel Aleksandroviç Grintser, Yeleazar Moiseyeviç Meletinski, Andrey Nikolayeviç Robinson, Lev Zalmanoviç Eydlin. — 1984. — 672 s., ill. (III–XIII əsrlər orta əsrlər ədəbiyyatı) Cild 3 / Cildin red. heyəti: Nikolay İvanoviç Balaşov (məsul red.), İosif Samuyloviç Braqinski, Pavel Aleksandroviç Grintser, Xalıq Hüseyn oğlu Koroğlu, Dmitri Sergeyeviç Lixaçov, Yeleazar Moiseyeviç Meletinski, Andrey Dmitriyeviç Mixaylov, V. B. Nikitina, Boris Lvoviç Riftin. — 1985. — 816 s. (Renessans dövrü ədəbiyyatı: XIV–XVII əsrin birinci rübü) Cild 4 / Cildin red. heyəti: Yuri Borisoviç Vipper (məsul red.), Pavel Aleksandroviç Grintser, Dmitri Sergeyeviç Lixaçov, Natalya Fyodorovna Rjevska, Boris Lvoviç Riftin, Andrey Nikolayeviç Robinson. — 1987. — 687 s., ill. (XVII əsr ədəbiyyatı) Cild 5 / Cildin red. heyəti: Sergey Vasilyeviç Turayev (məsul red.), N. A. Vişnevskaya, Andrey Dmitriyeviç Mixaylov, Kirill Vasilyeviç Piqaryov, Boris Lvoviç Riftin, Oleq Konstantinoviç Rossiyanov, Vladimir İvanoviç Semanov. — 1988. — 784 s. (XVIII əsr ədəbiyyatı) Cild 6 / Cildin red. heyəti: İnna Arturovna Terteryan (məsul red.), Dmitri Vladimiroviç Zatonski, Albert Viktoroviç Karelski, V. K. Lamşukov, Yuri Vladimiroviç Mann, Nina Stepanovna Nadyarnıx, Sergey Vasilyeviç Nikolski, Zoya Qriqoryevna Osmanova, Boris Lvoviç Riftin, Yelena Yuryevna Saprukina. — 1989. — 880 s. (XIX əsrin birinci yarısının ədəbiyyatı) Cild 7 / Cildin red. heyəti: İnna Abramovna Bernşteyn (məsul red.), Uran Abramoviç Quralnik, Aleksandr Borisoviç Kudelin, Nina Stepanovna Nadyarnıx, Zoya Qriqoryevna Osmanova, Nina Sergeyevna Pavlova, Zlata Mixaylovna Potapova, N. B. Yakovleva. — 1991. — 832 s. (XIX əsrin ikinci yarısının ədəbiyyatı) Cild 8 / Cildin red. heyəti: İlya Moiseyeviç Fradkin (məsul red.), Aleksey Matveyeviç Zverev, Vsevolod Aleksandroviç Keldış, Nina Stepanovna Nadyarnıx, Sergey Vasilyeviç Nikolski, Zoya Qriqoryevna Osmanova, Kim Rexo, Natalya Fyodorovna Rjevska. — M.: Nauka, 1994. — 848 s., ill. (XIX əsrin sonu — XX əsrin əvvəlləri ədəbiyyatı)
İstinadlar
Xarici keçidlər Nəşrin tam mətni Fundamental elektron kitabxana saytında
Kateqoriya:Ədəbiyyat tarixi