Azərbaycan qəzeti — 1942–1945-ci illərdə Almaniyanın Berlin şəhərində Azərbaycan legionerləri tərəfindən nəşr edilmiş azərbaycandilli qəzet. Nəşr İkinci Dünya müharibəsi dövründə əvvəlcə Almaniyanın Şərq Nazirliyinin himayəsi, sonradan isə Təbliğat üzrə Baş İdarənin nəzarəti altında fəaliyyət göstərmişdir. Qəzet Azərbaycan legionerləri üçün nəzərdə tutulmuş mətbuat orqanlarından biri olmuşdur.
Tarixi "Azərbaycan" qəzeti 1942-ci ildə Berlində nəşrə başlamışdır. Məqalədə göstərilən məlumata görə, redaksiyanın ünvanı Berlin, W8, Behrenstraße 65, 111 olmuşdur. Qəzet əvvəlcə Almaniyanın Şərq Nazirliyinin himayəsində nəşr edilsə də, sonradan Təbliğat üzrə Baş İdarənin tabeliyinə verilmişdir.
“Azərbaycan” qəzetinin ilk sayı Fuad Əmircanın redaktorluğu ilə çap olunmuşdu. Amma Fuad bəy Türkiyə türkcəsi ilə yazdığı üçün legionçular qəzeti tam anlamırdılar. Onların tələbi ilə qəzet Azərbaycan türkcəsində Məcid Musazadənin redaktorluğu ilə çap olunmağa başladı.
1945-ci ilin mart ayında Berlinin bombalanması zamanı qəzetin redaksiyası yanğına məruz qalır. Bundan sonra qəzetin nəşri dayandırılıb.
Qəzetin əməkdaşları Məcid Musazadə və Zahid Ağayev İtaliyaya, Əli Adıgözəlov isə SSRİ-yə yollanıb.
Xüsusiyyətləri "Azərbaycan" qəzeti 6–8 səhifə həcmində nəşr olunurdu. Tirajı m20 min nüsxə arasında dəyişmişdir.
Qəzetiəyişiba heyətinə aşağıdakı şəxslər daxil idi:
Məcid Musazadə (Qarsalanlı) — baş redaktor; Cəmil İsgəndərli — redaktor müavini; Əliheydər Süleymanov — arxiv işçisi; Mövsüm Babayev — təlimatçı; Xaliq Babayev — mətbəə üzrə texniki əməkdaş; Zahid Ağayev — icraçı katib; Əli Adıgözəlov — korrektor.
Bəzi məlumatlara görə, sonralar Sovet İttifaqı Qəhrəmanı kimi tanınan Mehdi Hüseynzadə də "Qürbətzadə" təxəllüsü ilə qəzetdə yazılar dərc etdirmişdir.
Məzmunu Qəzetdə Azərbaycanın tarixi, milli istiqlal ideyası, ədəbiyyatı, folkloru, adət-ənənələri və mədəniyyəti ilə bağlı materiallar dərc edilirdi. Burada Azərbaycan Cümhuriyyəti, üçrəngli dövlət bayrağı, Məhəmməd Əmin Rəsulzadə və istiqlal hərəkatı haqqında yazılar müntəzəm yer alırdı.
Nəşrdə legionerlərin fəaliyyəti, onların həyatı, müxtəlif tədbirlər və Milli Azərbaycan Komitəsinin fəaliyyəti barədə xəbərlər dərc olunurdu. 1943-cü ilin 14 noyabr tarixli nömrəsində Berlində keçirilmiş Milli Azərbaycan Qurultayı haqqında geniş materiallar, çıxışlar və fotoşəkillər verilmişdir.
Qəzetdə həmçinin Azərbaycan ədəbiyyatına xüsusi yer ayrılırdı. Hüseyn Cavid, Əhməd Cavad və digər Azərbaycan şair və yazıçılarının yaradıcılığına dair məqalələr, şeirlər və ədəbi nümunələr çap edilirdi.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:1942-ci ildə yarananlar Kateqoriya:"Azərbaycan" qəzeti Kateqoriya:Azərbaycan dilində qəzetlər Kateqoriya:Almaniya qəzetləri