Oldenburqlu Pyotr (; ) — Oldenburq şahzadəsi Georqun oğlu.
1812-ci ildə Yaroslavlda dünyaya gəldi. Atası Böyük Oldenburq hersoqu I Pyotrun oğlu Şahzadə Georq, anası isə rus çarı I Aleksandrın bacısı Yekaterina Pavlovnadır. Hələ bir neçə aylıq ikən atası tifus epidemiyası səbəbilə vəfat etdi. Pyotr və böyük qardaşı Aleksandr anasının ikinci evliliyinə qədər dayısı Çar I Aleksandrın himayəsində Sankt-Peterburqda yaşadılar. Anasının ikinci evliliyindən sonra hər iki qardaş əmisi Şahzadə Avqustun yanına Vürtemberqə yollandı və Ştutqartda təhsil aldı. 8 fərqli dildə danışa bilirdi.
1829-cu ildə dayısı I Nikolay onu Rusiyaya geri çağırdı və rus ordusunda polkovnik rütbəsiylə xidmətə başladı. Bir neçə il orduda xidmət etdikdən sonra mərkəzi idarəetməyə keçdi və 1834-cü ildə senator seçildi.
23 aprel 1837-ci ildə Visbadendə alman əsilli Nassaulu Tereza ilə evləndi. Olduqca xoşbəxt bir evlilik olan bu evlilik xanımının vəfatınadək davam etdi. Cütlüyün bu nigahdan 8 övladı doğulsa da, bunlardan biri uşaq yaşlarında vəfat etdi.
Oldenburqlu Aleksandra (1838-1900) Oldenburqlu Nikolay (1840-1866) Oldenburqlu Sesilya (1842-1843) Oldenburqlu Aleksandr (1844-1932) Oldenburqlu Yekaterina (1846-1866) Oldenburqlu Georq (1848-1871) Oldenburqlu Konstantin (1850-1906) Oldenburqlu Tereza (1852-1883)
Peşəkar pianist olan Şahzadə Pyotr 1842 və 1844-cü illərdə öz konçertolarını bəstələdi. Ömrünün 50 ilini Rusiyaya həsr edən Şahzadə Pyotr bütün xidmətləri qarşılığında yüksək nüfuz qazanmışdı. 1880-ci ildə Sankt-Peterburqda onun şərəfinə bir fəxri mərasim keçirildi. Dayısı oğlu olan çar II Aleksandra çox yaxın idi və onun 1881-ci ildə sui-qəsdlə öldürülməsi ona pis təsir etdi. Onun ölümündən 2 ay sonra 14 may 1881-ci ildə Sankt-Peterburqda vəfat etdi.
Mənbə
Ədəbiyyat
McIntosh, David, The Russian Oldenburgs, in Royalty History Digest.
İstinadlar