Niderlandlı Kristina (; ) — Niderland kraliçası Yuliananın qızı, Niderland şahzadəsi.

18 fevral 1947-ci ildə dünyaya gəldi. Atası alman əsilli Lippe-Bisterfeldli Şahzadə Bernard, anası isə Niderland kraliçası Vilhelminanın qızı və varisi Şahzadə Yulianadır. Doğulduğu əsnada nənəsi hələ taxtda idi. 9 oktyabrda vəftiz edildi. Hələ 1 yaşı olmadan nənəsi taxtdan çəkildi və anası Yuliana taxta çıxdı.

Anası ona hamilə ikən yaşadığı qızılca xəstəliyi səbəbilə, kor doğuldu. Tibbi müdaxilələr və müalicələrin ardından gözləri nisbətən görməyə başladı. Qroningen Universitetində təhsil aldı. Kanadaya köçdü və musiqi təhsili aldı. Nyu-Yorkda əslən kubalı Corc Quilermo ilə eşq yaşamağa başladı. Ancaq partnyoru katolik məzhəbinə mənsub idi. 14 fevral 1975-ci ildə özünün və nəslindən gələcək olanların bütün taxt hüquqlarından imtina etdi. Ardından 28 iyunda cütlük evləndi. 1992-ci ildə isə rəsmi şəkildə katolik məzhəbinə keçdi.

Evləndikdən sonra Nyu-Yorkda yaşamağa başlayan Şahzadə Kristina daha sonra Hollandiyaya köçdü. 1996-cı ildə boşanan cütlüyün bu nigahdan 3 övladı doğuldu.

Şahzadə Bernardo (1977) Şahzadə Nikolay (1979) Şahzadə Edeniya (1981) 2018-ci ilin iyununda sümük xərçəngi diaqnozu qoyuldu. 2019-cu ildə vəfat etdi.

Mənbə

Ədəbiyyat

Hunter, Brian (1 June 1992). The Statesman's Year-Book 1992–93. Macmillan. p. 992. ISBN 978-0-333-55836-2

İstinadlar